Seks araşdırmalarından çıxan qəribə nəticələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 079
Səs ver:
(səs: 1)
Seks araşdırmaları adətən hər kəs tərəfindən böyük maraqla qarşılanır.Əslində buna səbəb seks mövzusunda insanın özünün hansı vəziyyətdə olması ilə araşdırmanın nəticəsini müqayisə etməkdi. Bir çox seks araşdırmaları bizə onsuz da bildiyimiz şeyləri söyləyir.

Qadınlar.biz seks araşdırmalarında soruşulan qəribə suallar və verilən cavablardan çıxan qəribə nəticələri sizlərə təqdim edir.

1.Seksin rəngi
Littlewoods adlı bir alışveriş şirkəti apardığı seks araşdırması üçün  "Hansı rəng otaqda seks etmək istərdiniz?” sualını vermiş və belə bir nəticəyə gəlmişdir: Yataq otağının rəngi bənövşəyi olan cütlüklər, yataq otağı mavi və ya boz rəngdə olan cütlüklərə görə ikiqat daha çox seks edirlər. Yataq otağında seks üçün təsirli olan başqa bir rəng də var : qırmızı.

Maraqlısı budur ki, cütlüklərin çarpayı üstünün örtükləri belə seksdə rol oynuyurmuş. Ipək çarpayı örtükləri istifadə edən cütlüklər həftədə orta hesabla 4.5 dəfə sekslə məşğul olurmuş.

2. Seks düşüncəsi
Amsterdam Universitetində aparılan araşdırmaya görə sekslə bağlı bir şey düşündüyünüz zaman vücudumuz konsantre olmamıza kömək edən hormonlar buraxır. Hətta elm adamları araşdırıb təyin ediblər ki, sekslə bağlı bir şeylər düşünən insanlar imtahanlarda uğurlu nəticələr əldə edirlər.

3. Seks ölkələri
Keçən il Durex firması 26000 nəfər üzərində seks bağlılıqları mövzusunda anket təşkil etmişdi. İnsanlara "hansı aralıqla sekslə məşğul olmaları və nə dərəcədə seksdən zövq almaları” ilə bağlı suallar verilmişdi. Daha sonra əldə etdikləri bütün nəticələri ölkələrə görə sıralayan firmanın açıqlamasına görə "Ən çox seks edilən ölkələr”in ən birincisi Yunanıstan, ikincisi Braziliya, üçüncüsü Rusiya olduğu halda, ən sona qalmış ölkələr isə Amerika və İngiltərə olmuşdur.

4. Çılğın kitabxanaçılar
20 il öncə 5000 kitabxanaçı arasında aparılan bir anketin nəticələri böyük bir skandala yol açacağı düşüncəsiylə heç açıqlanmamışdır. Uzun müddət tozlu rəflərdə qalan bu araşdırma nəhayət bu günlərdə gündəmə gəldi və kitabxanaçıların səssiz görünüşlərinin altında çılğın daxili dünyaları olduğu ortaya çıxdı.

5. Seks müddəti
Bir qadın jurnalı 1000 kişi üzərində apardığı araşdırmada , anketə qatılanlara "Ön sevişmə daxil olmadan neçə saat boyunca sekslə məşğul olmaq istərdiniz?” sualını vermişdir. Qarşı tərəfin duyğularını düşünmədən cavab verilməsi istənən kişilərin böyük hissəsi 15 dəqiqə ilə 30 dəqiqə arasında  seks yapmaq  istədiklərini söylərkən, 30%-lik digər hissəsi isə seksə 5 dəqiqədən az bir vat ayırmaq istədiklərini söyləmişlər. Ən maraqlı cavab isə 50%-lik hissədən verilib: Seks müddətini 1 saatdan da çox müddətə çıxarmağı hədəflədiklərini bildirmişlər.

6. Seks istəyi
Amerikanın məşhur yataq istehsalı firmalarından biri amerikalı yetişkinlərin həyatda ən çox nə istədikləri ilə bağlı bir araşdırma apardı. Araşdırmanın nəticələrinə görə 10 kişidən 6-sı, 10 qadından 8-i  yaxşı bir gecə yuxusunu seksdən çox istədiklərini bildirmişlər. Ən maraqlısı budur ki, anketə qatılanların 65 %-i həyatlarının sonuna qədər seksdən imtina edə biləcəklərini, lakin maşın sürməkdən heç vaxt imtina etməyəcəklərini söyləmişlər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 6 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri