"University of California”nın alimlərindən biri olan Alis İli aclığın
qadınların cinsi həyatına təsirini araşdırıb. Professorun "Appetite”
jurnalında yayımlanan araşdırmasına görə, qadınlar ac olanda seksə
maraqlarını itirirlər.
Tədqiqata cəlb edilən könüllü iştirakçıların beyinlərinin romantik
əhval-ruhiyyəli və erotik fotolara verdiyi reaksiya ölçülüb. 8 saat ac
saxlanılan qadınların beyni fotolara heç bir reaksiya verməyib. Yemək
yedikdən sonra eyni fotolara yenidən baxan qadınların beyninin müəyyən
bölgələrində güclü fəaliyyət müşahidə edilib.
Professor bildirir ki, "ac olanda narahat və əsəbi oluruq, doyduqdan
sonra isə daha pozitiv şeylər düşünməyə və hiss etməyə başlayırıq”.
Professor eyni testi kişilərlə də etməyi planlaşdırır.