Qadınların 99%-i boyunlarından öpülməkdən inanılmaz həzz alırlar.
Sevimli bəylər, qadınınızı fəth etmək istəyirsinizsə, onu başdan
çıxardıb, cəzb etmək istəyirsinizsə boyundan öpün.
"The Art of
Kissing” (Öpüşmə Sənəti) adlı kitabın yazıçısı William Crane, bütün
dünyada 100,000 insandan çox insanı dəyişik öpüşmə texnikaları və
seçimləri haqqında sorğuladı. Əksər qadın öpüşmə əsnasında,
partniyorundan boyunlarını öpməsini istədiklərini ifadə edərkən,
kişilərin yalnız 10%-i boyun öpməyi düşünür.
«Bir çox kişi
qadınların boyundan öpülməsindən xoşlandığına inanmır, çünki onlar üçün
bu heç bir hiss ifadə etdirmir». Eyni zamanda Crane, daha çox önsevişmə
istənilirsə, qulaqların da hədəf alınmasını tövsiyə edir.
Dodaqları öpmək
Sevdiyiniz
adamın dodaqlarına qonduğunuz kiçik bir öpüş bəzi zamanlar dünyalara
əvəz ola bilər. Hələ fransız öpüşü sizi unudulmaz edəcək.
Əlləri öpmək
Əllər
bədənin ən həssas yerlərindəndir. Sevgilinizin əllərinə edəcəyiniz bir
masaj onun bütün stressini götürəcək və rahatlamasına köməkçi olacaq.
Sevgilinizin barmaqlarını dodaqlarınız üzərində gəzdirərək onu intimə
təhrik belə edə bilərsiniz. Onun barmaqlarını öz bədəninizdə gəzdirərək
həm öz duyğularınızı həm də onun intim duyğularını hərəkətə keçirə
bilərsiniz.
Boyunu öpmək
Sevgilinizin boynunu öpməyi,
hətta yumşaqca dişləməyi heç sınadınızmı? Sınamadınızsa dərhal bir
vampir hərəkəti edin və sevgilinizin boynuna doğru yönəlin, baxın nələr
olur!
Saç dibləri
Sevgilinizin saçlarını yumşaq toxunuşlarla peysərindən yuxarıya doğru yüngülcə oxşamağa əsla laqeyd yanaşmayın!
Qulaqları öpmək
Qulaqları yalnız eşitməyə fayda sanırsınızsa yanılırsınız! Qulaqlara bir öpüş sevgilinizə unudulmaz bir neçə saniyə yaşadacaq.
Qarın
Qarın
və cinsi orqan arasında qalan bölgə olduqca həssasdır. Bu bölgəyə
yumşaq əl massajları etsəniz sevgiliniz üzərinizə hücum etməmək üçün
özünü çətin tutacaq. Krem istifadə etsəniz əl hərəkətlərinizi daha da
yumşalda bilərsiniz. Masajdan sonra göbək dəliyinə də kiçik bir öpüş
qondurmağı unutmayın!
Kürək
Boyundan başlayan
toxunuşları yavaş hərəkətlərlə kürək sümüyünə doğru sürüşdürərək əvvəl
sevgilinizi rahatlaşdırın. Bu sırada yanaqlarına da öpüşlər qonduraraq
onu yaxşıca uçura bilərsiniz. Daha sonra sinə qəfəsinə doğru
irəlilətdiyiniz əllərinizlə onu göyün yeddinci qatına qaldıra
bilərsiniz.