Eşq nişanələri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2358
Paylaş:
Səs ver:
(səs: 0)
Ehtirasın çılğın təzahürlərindən sonra kişinin, yaxud qadının bədənində öpüş, hətta dırnaq və dış izləri qalıbsa,onlara məhəbbət nişanələri deyilir.
Qədim dövrün məhəbbət kitablarında eşq nişanələrinə xüsusi diqqət yetirilir və hətta tərəf-müqabilin əllərində, boynunda, döşlərində, qarnında və ombalarında bu cür nişanə-izlər qoymaq tövsiyə edilir. İlk görüş zamanı, ayrılıq dəmində, səfərə yola düşərkən, səfərdən qayıdarkən, küsüşmədən sonra barışarkən və nəhayət qadın cuşa gələrkən, iki cins arasında bu cür nişanələrin «dəyiş-düyüşü» baş verir.
Bunu ona görə edirlər ki, insan öz keçmişini, öz təkrarsız sevgi məqamlarını unuda bilməsin. Axı belə «yaddaş» ömürlük öz izini qoyur. Hətta qocalıq dəmində də yarıpozulmuşbu nişanələr ötən günləri, keçmiş ehtiras anlarını insanın yadına salır.
Ətrafdakı adamlar kişinin, yaxud qadının bədənində «eşq nişanələrni gördükdə, bu, istər-istəməz onların intim təcrübəsi haqqında assosiasiya yaradır və onlar instinktiv olaraq lazımi intimual dalğaya tuşlanırlar.
Boynunda, çiynində və ya sinəsində „eşq nişanələri" olan gənc qadınlar maqnit kimi kişiləri özlərinə cəzb edirlər. Bədənində dırnaq və diş izləri olan kişilər barədə də həmin sözləri demək olar. Bu cür „damğalı" kişilərə qadınlar xüsusi maraq göstərirlər.
Qədim Hind təliminə görə cırmaq izləri vasitəsi ilə tərəf-müqabilin bədəninin konkret yerlərinə cinsi enerjini göndərmək olar. Erogen zonaları, sıxma nöqtələrinin və akupunktura meridianlarını stimullaşdırmaq və bununla da enerjinin azad olunmasına və dövranına kömək etmək üçün dırnaqlardan şüurlu surətdə istifadə edilə bilər.
Qədim Hindistanda bəzən dırnaqlara elə şəkil verirdilər ki, sevgi oyunu zamanı bunları təyinat üzrə dəqiq tətbiq etmək mümkün olsun. Belə hesab olunurdu ki, sevgililər bir-birlərinin bədənində „sevgi izi" qoyanda, onların ehtirası uzun çəkir və o heç vaxt sönmür.


»Qadın və ya kişi öz dırnaqlarını məhəbbət və nəvazişlə işə salaraq böyük həzz bəxş edə bilər. Ər üçün də, arvad üçün də dırnaqlardan ustalıqla istifada etməkdən gözəl heç nə yoxdur".

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2358
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv