Prezervativ seksdən alınan həzzi azaldır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 404
Səs ver:
(səs: 0)
Ginekoloqlar və seksopatoloqlar cütlükləri prezervativdən istifadə etməyə çağırsa da, onun istifadəçilərinin sayı günü-gündən azalır. Buna səbəb isə prezervativin seksdən alınan həzzi azaltdığının iddia olunmasıdır.

Qadınların çoxu hamiləlikdən qorunmaq üçün fərqli üsullara müraciət edirlər və partnyorlarına inandıqları üçün cinsi əlaqə zamanı yoluxan xəstəliklərdən qorxmurlar.

Ancaq ginekolqlar bu fikirdə deyillər. Mütəxəssislər bildirirlər ki, sadəcə QİÇS kimi təhlükəli xəstəliklər yox, eləcə də qrip, göbələk və digər xəstəliklər də cinsi yolla yoluxa bilər. Ona görə də daimi partnyorunuzla cinsi əlaqəyə girmədikdə mütləq prezervativdən istifadə etmək lazımdır.

Seksopatoloqlar bildirirlər ki, prezervativin seksdən alınan həzzi azaltdığı iddiası yalandır. Bunu deyənlər böyük ehtimalla ucuz qiymətə satılan prezervativdən istifadə edənlərdir. Çünki son illər prezervativin bir çox növü satışa buraxılıb.

Vibrasiya effektli
Onlar arasında kişinin performansını artıran, vibrasiya yayaraq qadına və kişiyə daha çox həzz verən, qoxulu, hətta meyvə ətirli qoxulu olanları da var. Mütəxəsisslər keyfiyyətli prezervativdən istifadənin çox önəmli olduğunu bildirirlər.

Onların sözlərinə görə, son 5 ildir ki, prezervativlər daha da incəlib. Yəni artıq istifadə zamanı hiss edilməyən prezervativlər mövcuddur.

Məlumdur ki, seksdən alınan həzz əsasən, beyinlə bağlıdır. Yəni beyində sekslə məşğul olmaya hazır olan cütlüklər daha çox zövq alırlar və daha sağlam cinsi həyatları olur. Prezervativin həzzi azaltdığını iddia edən cütlüklərin bu fikri beyinlərinə yeritdikləri üçün seks zamanı rahat ola bilmədikləri təxmin edilir.

Bir sözlə, prezervativ iddia edildiyi kimi seksin ləzzətini azaltmır, əksinə doğru istifadə edilsə daha çox həzz almağa kömək edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri