Ona yataqda yaxşı olmadığını necə deməli?

Müəllif: NoName
Şərhlər: 1
Baxılıb: 3922
Paylaş:
Səs ver:
(səs: 2)
O, sizə gül alır. O, çox diqqətlidir. Hətta ananızın da xoşuna gəlir. Amma səhərlər siz yuxudan partnyorunuz tərəfindən məyus edilmiş halda oyanırsınızsa, o zaman cinsi həyatınız qaydasında deyil. Bu yazıdakı məsləhətlərdən istifadə edərək, siz qarşı cinslə yataqdakı münasibətlərinizi qaydasına sala bilərsiniz.  

1) Əvvəlcə müəyyən edin. Sizin üçün "mükəmməl cinsi münasibət” nədir?! Əgər siz yataqda nə istədiyinizi özünüz dəqiq bilirsinizsə, onda qarşı tərəfi yönləndirmək asan olacaq.
 
2) Proses zamanı müəyyən göstərişlər verməkdən çəkinməyin (təbii ki, təvazökarlığı qorumaq şərti ilə). Amma daha effektiv üsul yatağa yollanmamışdan qabaq, sizin nələrə üstünlük verdiyiniz haqda söhbət etməkdir. Amma mütləq nəzakətli olmaq lazımdır. Əks halda sən ona əbədi olaraq yarımçıqlıq kompleksi aşılaya bilərsən. Daha çox sənin nələr xoşuna gəlir, nələr istərdin, bax, bu haqda danış və onu səhvlərinə görə qınama.
 
3) Düşün ki, sənin tələblərin reallıqlara nə qədər uyğundur. Ola bilər, sizin seksual həyatınız ona görə monoton görünür ki, sən bir xeyli erotik roman oxumusan və ya böyüklər üçün nəzərdə tutulan bir neçə filmə baxmısan?
 
4) Eksperimentlər aparmağı sınaqdan keçirin. Nə qədər çox birlikdə təcrübələrə həyata keçirsəniz, bir-birinizi o qədər yaxşı tanıyacaqsınız. O, sənin bədənini yaxşı tanıdıqdan sonra onunla necə davranmaq lazım olduğunu müəyyən edəcək. Sən özün uğurun sirrini dəqiq bilmirsənsə, sınaqlar və səhvlərdən sonra o, sənə uğurun açarını gətirə biləcək.
 
5) Unutma ki, seks münasibətlərdə mühüm yer tutur. Əgər o seksual həyatınızı yaxşılaşdırmağa çalışırsa, onda sənin səylərin hədər deyil. Əgər o səni daha çox həzzə çatdırmağa çalışmırsa və sənin arzularına qulaq asmırsa, onda bu pis əlamətdir. Güman ki, onun sizə qulaq asmamağı özünü təkcə münasibətlərinizin seksual sahəsində göstərməyəcək... Bu halda ayrılmaq daha məsləhətlidir.

loading...
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3922
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Vuska87
Demek yox hiss eletdirmek lazimdir mence
6 mart 2016 01:41
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv