Kişiləri başdan çıxaran qoxular və qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 12 706
Səs ver:
(səs: 1)
Seksopatoloqlar illərdir ki, ideal seks müddəti üzərində mübahisə edirlər. Bəziləri iddia edirlər ki, ideal seks müddəti 7-13 dəqiqədir. Bəziləri də ideal seks müddətinin illər içərisində dəyişildiyini bildirir. Belə kİ, onların fikrincə 1938-ci ildə aparılan araşdırmalar ideal seks müddətinin 2 dəqiqə olduğunu sübut edib. 1942-ci ildə bu müddət 10 dəqiqəyə qədər artıb, 1955-ci ildə isə 16 dəqiqə olduğu açıqlanıb.
Ancaq son araşdırmalar mütəxəssislərin yanıldığını göstərdi. Belə ki, tədqiqatlar sübut etdi ki, ideal seks müddəti hər cütlük üçün fərqlidir. Bir cütlük üçün 7 dəqiqə kifayət etdiyi halda, digəri üçün 30 dəqiqəlik, hətta 1 saatlıq seks ideal hesab olunur.
Odur ki, cütlüklər bunu öz aralarında müəyyənləşdirməlidirlər.
Seksopatoloq Erik Korti gecədən səhərə qədər sevişdiklərini iddia edən cütlüklərə inanmadığını, cinsi əlaqə zamanı müddətin deyil, performansın önəmli olduğunu deyir.
Erik hətta 15 dəqiqəlik seksi belə unudulmaz etmək üçün daim formada olmağı məsləhət bilir. Məşhur seksopatoloq cinsi həyatından məmnun olmaq istəyənlərə afrodizyakları məsləhət görür.
Həm qadınları, həm də kişiləri başdan çıxaran bəzi qoxular var ki, bunlar ən təsirli afrodizyaklar hesab olunurlar.

Lavanda yağı
Bir neçə damcı lavanda yağı qoxusu cinsi baxımdan təhrik olmanıza səbəb olur. Bu partnyorunuz üçün də keçərlidir.

Vanil
Mükəmməl bir gecə keçirmək istəyirsinizsə, partnyorunuzla yataq otağına keçmədən öncə vanil qoxulayın.

Minaçiçəyi
Bir çimdik minaçiçəyi qurusunu bir stəkan suda qaynadın və otağın bir köşəsinə qoyun. Bu qoxu cinsi istəyi artıran xüsusiyyətə malikdir.

Yasəmən gülü
Bu gülü də 1 stəkan suda qaynadıb qoxusunun otağa yayılmasını gözləyin. Yasəmən gülü insanı təhrik edən və cinsəl arzuları oyandıran xüsusiyyəti ilə fərqlənir.

Darçın
Darçın qoxusu testosteron hormonunun səviyyəsini yüksəldir. Bu da cinsi istəyin artması ilə nəticələnir.

Yanıq şəkər tozu
Şəkər tozunu yandırın və bu qoxunun otağa yayılmasını gözləyin. Bu qoxu həm seks istəyini artırır, həm də cinsi performansın daha yüksək olmasına səbəb olur.

Portağal qoxusu
Portoğalın qoxusu insanı bihuş edəcək qədər gözəldir. Odur ki, onun qabıqlarını yataq otağınızın müxtəlif yerlərinə qoyun. Tənbəllik etməsəniz, portağal qabıqları ilə mum hazırlaya bilər və ya belə mumları hazır halda ala bilərsiniz.

Yaşıl alma
Yaşıl alma qoxulamaq insanın seks tələb etməsi ilə nəticələnir. Odur ki, çalışın evinizdə həmişə yaşıl alma olsun.

Popkorn
Nə qədər təəccüblü olsa da, bu qoxu kişilərə seksi xatırladır. Odur ki, gecələr televizorun  qarşısına keçəndə əlinizdə popkorn da olsun. Bəlkə bu üsulla həyat yoldaşınızı futboldan ayırıb yataq otağına apara bildiniz.

Banan
Bananın qabığında bufotenin adlı bir maddə var. Bu maddə insana narkotik kimi təsir edir, özünə inamı artırır. Bu maddə qadınların özlərini daha seksual hiss etmələrinə kömək edir. Odur ki, bol-bol banan yeyib, qabığını qoxulayın.

Badam
Badamın tərkibindəki E vitamini sağlam sperma üçün çox önəmli rol oynayır. Badam yağı isə seks zamanı istehsal olunan hormonların səviyyəsinin daha da yüksəlməsini və beləliklə daha çox həzz almağınıza kömək edir. Seksdən öncə partnyorunuzu badam yağı ilə masaj edin.

Xiyar
Xiyar qoxusu xüsusilə də qadınlar üzərində çox  təsirlidir. Həm qadının özünü rahat hiss etməsinə, həm də cinsi arzularının güclənməsinə səbəb olur.

Afrodizyak təsirli qoxularla yanaşı, belə effekt verən qidalar da var. Onlardan ən güclüləri isə aşağıdakılardır:

Qabaq tumu
Mütəxəssislər kişilərin hər gün 15-20 ədəd qabaq tumu yeməyini tövsiyə edirlər. Hollandiyada aparılan araşdırmalar göstərib ki, fol turşusu və sink baxımından zəngin olan qabaq tumu cinsi gücü artırır.

Quşüzümü
Sperma azlığının ən əsas səbəbi C vitamin çatışmazlığıdır. Cinsi istəksizlik də sperma sayının az olmasından qaynaqlanır. Ona görə də C vitamini anbarı olan quşüzümü əsl afrodizyak hesab olunur.

Qarpız
Qarpız "Viaqra” ilə eyni effektə sahibdir. Qanın damarlarda daha rahat hərəkət etməsinə kömək edir. Seks həyatında xoşbəxtlik arzulayanlar üçün qızıl qədər dəyərli qidadır.

Acı bibər
Meyvə və tərəvəzlərə acılıq verən kapsaisin adlı maddədir. Bu maddə beyinə siqnal göndərərək endorfin hormonunun daha çox istehsal edilməsinə səbəb olur. Enerji verir və cinsi baxımdan təhrik edir.

Nar
Nar və nar suyu qan dövranını sürətləndirir. Beləliklə ereksiya zamanı yaranan problemləri aradan qaldırır. Bol-bol nar yeyərək yataqda partnyorunuza unudulmaz dəqiqələr yaşada bilərsiniz.

Krivetka
Krivetka bir insanın seks zamanı ehtiyacı olduğu bütün enerjini bəxş etməyə qadirdir. Seks zamanı sizə lazım olacaq vitaminlər və minerallar da krivetkanın tərkibində bol miqdarda var.
Əzələ hərəkəti üçün lazım olan maqnezium və kalsium, cinsi aktivliyi və sperma sayını artıran antioksidantlar və sinklə zəngindir.

Bal
Keçmişdə İranda yeni evlənən cütlüklər bir neçə ay hər gün baldan hazırlanan xüsusi içki içirmişlər. Çünki balın tərkibindəki B vitamini və fruktoza enerjinin artmasına, yorulma hissinin aradan qalxmasına səbəb olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 12 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri