Bir çox ailə hamiləlikdən qorunmaq üçün ən asan yolları tapmağa
çalışarkən , uşaq sahibi olmaq istəyən bir çox ailələri narahat edən fez
bir zamanda necə hamiləliyə çata biləcəkləri fikridir. Məsələ ondadı
ki, hamiləlikdən qorunmaq üçün çalışan ailələr bəzən hamiləlik kimi
sürprizlərlə qarşılaşarkən, hamiləliyə hər vəchlə çatmaq istəyən
ailələrin arzuları arzu olaraq qalır...
Asan hamilə
qalmaq üçün nələr edilməsi lazım olduğunu sizlərə çatdırmaq, əlbəttə,
bizim bir vəzifəmizdir. Siz də maraqlanırsınızsa oxumağa davam edin.
Bu mövzuda
ilk diqqət yetirməniz lazım olan , yoldaşınızla doğru zamanda cinsi
əlaqəyə girmək zamanıdır. Çünki hər qadının özünə məxsus mayalanma dövrü
var və bu dövr xaricindəki sınaqlarda müvəffəqiyyətsiz nəticələr
almanız təbiidir. İki adət(aybaşı) dövrünün tam ortasında qadın rəhminə
yeni yumurta düşür ki, məhz bu dövr hamilə qalmaq üçün lazım olan ən
əhəmiyyətli dövrdür. Bu səbəbdən ən asan yolla hamilə qalmaq üçün adət
dövrü başladıqdan iki həftə sonra cinsi əlaqə, həm də bir gün deyil, bir
neçə gün ərzində həyata keçirilməlidir. Bu hamilə qalmaq şansınızı
artırmış olacaq.
Tezliklə uşaq
sahibi olmaq istəyən cütlərdə , həm ana namizədi həm də ata namizədi
zərərli maddələr istifadə etməni bıraxmalıdırlar . Bu maddələr arasında
siqaret və spirtli içkilər kimi birbaşa zərərli maddələrlə bərabər , çay
, qəhvə , kola kimi içkilər də məhdudlaşdırılmalıdır. Bu tip məhsullar
ananın hormonlarına təsir etməklə yanaşı , atanın sperma sayı və
keyfiyyətinin də aşağı düşməsinə səbəb olurlar.
Cinsi əlaqədə
kişinin üstdə olduğu mövqelər hamilə qalmaq üçün daha uyğun mövqedir .
Çünki spermalar bu mövqelərdə rəhmə doğru daha asan bir şəkildə yol alır
, bu isə döllənməni asanlaşdırır . Cinsi əlaqənin ardından bir müddətə
yanlarınızı yuxarı doğru qaldıraraq saxlamaqla və gözləməklə(ən yaxşısı
bir yastıq qoymaqla) spermaların yumurtaya daha asan çatmasını təmin edə
bilərsiniz.
Son
tövsiyyəmiz isə psixoloji və ruhi faktorlardan asılıdır . Rahat və gözəl
əhval - ruhiyyə cinsi əlaqədə hamilə qalmağı asanlaşdırır. Çünki bu
vəziyyətlərdə qadın cinsi orqanı çox daha çox ıslanmaqla beləcə
spermaların keçişini olduqca asanlaşdırır . Istəksiz , bədbəxt və hamilə
qalmaq fikrini başa taxaraq edilən cinsi əlaqədə təəssüf ki, kafi
sürüşkənlik meydana gəlmir və hormonlar da hamiləliyə uyğun şəkildə
fəaliyyət göstərmir .