Masajla onun ağlını başından al

Şərhlər: 2
Baxılıb: 17 098
Səs ver:
(səs: 2)
Xüsusi ortam yaradıb masaj edərək partnyorunuzun ağlını başından çıxara bilərsən. Şamlar, musiqi və bədənə sürtülən yağlar... Bununla sən onu rahatlaşdırmaqla yanaşı, həmçinin həyəcanlanmağını da görəcəksən.

Atmosfer yaradın
Masajın təsirli olmağı üçün atmosfer önəmlidir. İlk öncə işığı az olması vacibdir. Otağın müəyyən yerində şamlar yerləşdirə bilərsən. Mühitə uyğun musiqi də qoysan iş bitmiş sayılır. 

Masajın "olmazsa olmazı" yağlar
Yağlar mesajın ayrılmaz hissəsidir. Masaj yağları bədən kremləri ilə müqayisədə bədəndə daha çox qalıcılığa malikdir. Sizə aromatik masaj yağlarını məsləhət görürük. Məsələn Body Shop Aromaterapi seriyası əzələləri boşaldır və stressi aradan qaldırır. Mütləq bu tip yağlardan istifadə edərək partnyorunuzu masaj edin.

Ünsiyyət qur
Masaj edərkən tamamilə səsliyin ona yaxşı təsir edəcəyini düşünə bilərsən. Ancaq mütəxəssislər bunun tamamilə əksini deyir. Təbii ki bu mütamadi danışın və onun gününün necə keçdiyini soruşun mənasına gəlmir. Arada bir yumşaq səs tonu ilə "yaxşısan?", "bu hərəkət xoşuna gəlirmi?" kimi suallar soruşun.

Yavaş hərəkətlər
Dinləndirici və rahatlaşdırıcı masajda hərəkətlərdə yumşaq olmalıdır. Yatağın da yumşaq olmasına diqqət göstər.

Yatağın rahatlığı
Ağ yataq örtüyü hər zaman dinləndirici ortam yaradır. Yatağın yumşaq olmasına da fikir ver. Maksimum rahatlıq üçün partnyorunuz yatağa yatdığı zaman başının, dizlərinin və ayaq biləklərinin altına kiçik, yumşaq yastıqlar qoymağı unutmayın.

Masajın mərhələləri
Bir az da texniki bilik verək. Masaj "isinmə" hərəkətləri ilə başlamalıdır. Bədən isindikdən sonra ikinci mərhələyə keçmək lazımdır. Bu zaman əzələləri yumşaltmalısan, bu masajın təməlidir. Üçüncü mərhələdə isə əzələlərin arasında yığılıb qalan toksinləri atmaq və qan dövranını gücləndirmək üçün masaj edilir. Son mərhələ əzələləri istirahət etdirmək və yumşaltmaq üçün edilir. Masaj bu formada sona çatır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 17 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri