Unudulmaz,
həzz dolu və hər iki tərəfin də təmin olunduğu seks həyatını hər kəs
arzulayır. Lakin bəzən tərəflərdən birinin fərqində olmadan etdiyi
səhvlər xoşbəxt sona mənfi təsir edir. Belə səhvlərə yol vermək
istəməyən cütlüklər Aile.lent.az-ın təqdim etdiyi 4 qızıl qaydanı
diqqətlə oxusun.
1. Əhvalınızı korlayan mövzuları yatağınızdan uzaq tutun
Seksin
əvvəlində əsla cansıxıcı mövzulardan bəhs etməyin. Gündəlik həyatda
kifayət qədər darıxdırıcı hadisələr var və bu hal həm sizin, həm də
tərəf müqabilinizin əhvalını korlayır. Bu vəziyyəti dəyişdirmək üçün
yatağa girməzdən əvvəlki həyatınızı olduğu yerdə buraxın və zövq dolu
anlar yaşamaq üçün özünüzü o ana kökləyin.
2. Seksual alt paltarları geyinin
Hər
şeydən əvvəl gözə xitab edilir. Ona görə də öz bədəninizə uyğun
paltarlar tapın və möcüzəvi seksə hazırlaşın. Təbii ki, sirləri də
həyatınızdan çıxarmayın. Anlaşılmaz bir mühitdə, naməlum gözləntilərlə
dolu şəraitdə seks gözəl ola bilər.
3. Təmizlik və bədən qoxusu əhəmiyyətlidir
Hər
şeyi bir kənara qoyaq, bütün seksuallığı və həyəcanı təmizliklə belə,
təmin edə bilərsiniz. Tər, siqaret və s. kimi pis qoxular tərəf
müqabilinizi sizdən itələmək üçün ən vacib faktorlardır. Tərəf
müqabilinizin zövqünə görə qoxular və təmiz bədən gözəl seksə
təminatdır.
4. Həssas nöqtəyə toxunuş
Hara
və necə toxunmağınız tərəf müqabilinizi nə qədər tanıdığınıza bağlıdır.
Onun həssas nöqtələrini axtarmaqsa tərəf müqabilinizi daha çox
həyəcanlandıracaq və bu kəşf hər ikinizə ləzzət verəcək.