İlk
dəfə cinsi münasibətdə olmamısansa, bu mövzuda özünü gərgin hiss
etməyin normaldır. Hər kəs yaddaqalan ilk gecə üçün narahatçılıq
keçirir. Bəs ilk gecəni necə xatırlamaq istəyirsən? Peşmanlıq və
ağrılımı yoxsa həyatınızın ən gözəl gecəsi olaraqmı xatırlamaq
istəyirsən? Ətrafından eşitdiyin ilk gecə hekayələri səndə narahatlığın
artmasına səbəb olur. Ətrafından eşitdiyin söhbətləri qulaq ardına at və
bizim məsləhətlərimizə qulaq as.
İstədiyindən əmin ol
İlk
gecə həyatın boyunca xatırlayacağın anlardan biri ola bilər.
Həqiqətən istədiyinə əmin olmadan yaşayacağın cinsi münasibət sonradan
sizi bədbəxt edə bilər. İlk gecəni vaxtının gəldiyini düşündüyün və ya
partnyorunun istədiyi üçün deyil, doğru vaxtda doğru adamla olduğunu
hiss etdiyin an yaşamalısan.
Plan edin
İlk
dəfə birlikdə olmaq bir çox adam üçün həyəcanlı gələ bilər. Xüsusilə
də, qadınların ətraflarından eşitdikləri "acı"dolu hekayələr onların
daha çox narahatçılıq keçirməsinə səbəb ola bilər. İlk gecənin
gərginliyini azaltmaq üçün birlikdə plan edə bilərsiniz.
Böyük gözləntilərin olmasın
Cinsi
münasibət ilk dəfə heç də uğurlu olmaya bilər. Xüsusilə də ilk başlarda
agrı hiss etməyin və özünü yaxşı hiss etməməyin normaldır. İlk gecədən
zövq alacağını ümid etmə. İlk gecədə orqazm olacağını unut.
Masturbasiya edin
Seksdə heç təcrübənin olmaması səni qorxusursa, təkbaşına təcrübələr
qazana bilərsən. Masturbasiya haqqında soruşulan ən çox sualdan biri
bakirəliyə zərər verib - verməməsidir. Bakirə qızlar üçün klitoral
masturbasiya məsləhət görülür. Cinsi əlaqə zamanı da həm
ehtiraslanmağınız, həm də ağrı hiss etməməyiniz üçün də partnyorunuz
sizə masturbasiya ilə kömək edə bilər.
Kontrolu əlinə al
İlk
dəfə əlaqə zamanı özünü rahatlatmağın və ehtiraslanmağın önəmlidir. Bu
da daha çox partnyorundan asılıdır. Onunla bu mövzuda danış. Seks zamanı
ağrı hiss edirsənsə bunu ona de və yönləndirməyə çalış. Kontrolu
tamamən ona buraxmayın. Hətta ilk gecələr üçün qadının üstdə olduğu
pozalar tövsiyyə edilir. İlk gecə üçün bu poza sizi utandıra bilər,
ancaq bu zaman hər şey daha asan və ağrısız olacaq.
Hamilə qalmamaq üçün tədbir görün
İlk
gecə də belə hamilə qalmağın mümkündür. Çox adamlar isə buna elə də
istəkli deyillər. Prezervativlər bu işdə sizə kömək ola bilər.