Xoşbəxt seks karyeraya da təsir göstərir

Şərhlər: 1
Baxılıb: 5 035
Səs ver:
(səs: 1)
Bəli, seks stressdən azad olmağımıza, daha sağlam qərarlar almağımıza, daha yaxşı işləməyimizə təsir göstərir. Deməli daha uğurlu karyeranın açarı seksdir.
İş yerinizdə uğurlu olmaq istəyirsinizsə sizə kiçik bir sirr verək. Seks həyatınız nə qədər hərəkətli olarsa işiniz də o qədər uğurlu olar. Aparılan araşdırmaya görə, həftədə bir neçə dəfə sevişənlər digərlərinə nisbətdə daha çox qazanırlar. Bəli! Düz başa düşdünüz. Karyeranız və şəxsi həyatınız arasındakı balans seksdən keçir. 

Bildiklərinizi unudun
"Həm uşaq, həm də kariyera" deyən qadınların həyatı heş də asan deyil. Səhərlər daha tez oyanıb uşaqlara səhər yeməyi hazırlayıb onları məktəbə göndərməklə başlayan gün ofisdə davam edir. Hər zaman yüksək enerji də olmağınız və bütün bunlarla bərabər özünüzə də zaman ayırmağınız lazım olur. Ətrafınızda çox heyrətlə baxdığınız belə qadınlar mütləq var. Onların bitməyən enerjisinin sirrini sizinlə paylaşma zamanı gəldi. Bədəninizdə yığılan stressi ən təbii yolla sekslə ata bilərsiniz. Stressiz həyat da daha uğurlu kariyera deməkdir. Aparılan araşdırmaya görə, həftədə 4 dəfə sevişənlər seks həyatları durğun olanlara nisbətən 4-5 dəfə çox pul qazanırlar.

Seks kariyeranıza yaxşı təsir edir
Əslində dərin düşünsəniz dediyimizin doğru olduğunun fərqində olarsınız. Bütün problemlərinizi sizə anlıq da olsa unutduran, əyləncəli fəaliyyət kimi baxa bilərik seksə. İşdən sonra idmana gedin, istərsəniz dostlarınızla görüşüb yemək yeyin ya da partnyorunuzla sevişin. Hətta mütəxəssislər masturbasiyanı da məsləhət görürlər. Yəni ən önəmli məqam işdən sonra mütləq özünüzə vaxt ayırmağınızdır. 

Balansı qoruyun
İş və şəxsi həyat arasındakı balansı qorumaq bir az çətindir. Sıxıcı iş həyatının keçməsi şəxsi həyata da təsir edir və motivasiyanız aşağı düşür. Balansı qorumaq heç də asan deyil. Ancaq bir dəfə balansı tutdura bilsəniz xöşbəxtliyi əldə etməyiniz an məsələsidir. İlk öncə sevdiklərinizə və dostlarınıza vaxt ayırın. Hər zaman getdiyiniz yerlərdən fərqli məkanlara getməyə çalışın. Bu sizin "yenilənmənizə" səbəb olacaq. 

Seks və professionallıq bir arada  
Professional olmaqla yaxşı seks arasında bir çox ortaq xüsusiyyətlər var. Eyni zamanda yaxşı seks həyatı karyeranızda uğur qazanmaqla bərabər özünüzə güvəni də artırır. Bunlar bir-birinə təsir edən ünsürlərdir. Deməli seks həyatı normal olan adamlar daha çox pul qazanır.
Bu yazıdan çıxardığımız nəticə budur: seks və karyera bir arada ola bilər, yəni kariyeraya görə seks həyatına laqeyd yanaşmayın.  Hər ikisi birlikdə olduğu zaman uğurlu həyatınız olar. İndi tək etməniz lazım olan bunu təcrübədən keçirməkdir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 5 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri