Qadınların yandıran soyuqluğu ( Evli Cütlərə )

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 5 059
Səs ver:
(səs: 2)

Qadınların yandıran soyuqluğu.

Həm insanı, həm də ailəni üzən problemin səbəbləri və çarələri 
 
"İnsanda cinsi zəiflik anadangəlmə olur və o, doğulanda bu xüsusiyyət artıq onun genində yazılmış olur”
Ailədə yaranan problemlər çoxdur və bu çoxluq da zaman-zaman ailələrin dağılmasına səbəb olur. Buna zəmin olan problemlərdən biri də ailədə tərəflərdən birinin cinsi zəifliyi və ya istəksizliyi, bunun da ər-ərvad arasında intim münasibətə mane olaraq münasibətlərdə soyuqluq yaratmasıdır. Bu problem həm kişi və qadın kompleksi, həm ailədaxili problemlərin səbəbkarı olmaqla yanaşı, cəmiyyətimizdə yer alan ciddi sosial-psixoloji faktordur. Cinsi zəiflik bütün dünyada, habelə Azərbaycanda da çox aktualdır. O, insanın həyat qabiliyyətinə, nəsil artımına zərbə vurduğunu, ailədaxili münaqişələrə, psixoloji problemlərə və digər sosial-iqtisadi problemlərə ciddi şəkildə səbəb olduğunu nəzərə alsaq, görərik ki, nə qədər əhəmiyyət kəsb edir.

Ər tərəfindən narazılığa gətirib çıxaran qadın cinsi zəifliyinin səbəbi nələrdir?

Mütəxəssislər cinsi soyuqluğun iki əsas səbəbini göstərirlər. Birinci səbəb – ailədə qız uşağının tərbiyəsi ilə bağlıdır. Ərlə arvad arasında intim münasibətlər olmadığı ailələrdə adətən bir soyuqluq, gizli bir narazılıq hökm sürür. Bu davranışın modeli qızın yaddaşına çökür. Bir müddətdən sonra o, ərə getdikdən sonra özünü bu cür soyuq və quru aparır, əri ilə intim münasibətlərdən qaçır. Bu da ər tərəfindən narazılığın getdikcə artmasına səbəb olur.Cinsi soyuqluğun ikinci əsas səbəbi – orqazm ilə bağlıdır. Məlumdur ki, qadında orqazm qabiliyyəti bir qayda olaraq, birgə yaşayış prosesində tədricən yaranır. Bu qabiliyyəti qadında tələsmədən, böyük səbr və həssaslıqla tərbiyə və inkişaf etdirmək lazımdır. Əgər siz yalnız özünüzü düşünərək tələssəniz, təzyiq göstərsəniz, özünüz orqazm keçirməklə vəzifənizi bitmiş zənn etsəniz, qadında bu qabiliyyəti yerli-dibli öldürə, onda frigidliyin yaranmasına səbəb ola bilərsiniz.

Qadında cinsi istəksizlik daha çox ailədəki tərbiyə üsullarından, yoxsa orqanizmin daxili vəziyyətindən irəli gələn bir problemdir?
 
İnsanda cinsi zəiflik anadangəlmə olur: "Belə ki, o doğulanda bu xüsusiyyət və ya çatışmazlıq artıq onun genində yazılmış olur. Bir qədər ətraf mühitin, ailədə tərbiyə üsullarının da təsiri olur. Ancaq bu, əsasən genetik və orqanizmin daxili vəziyyəti ilə bağlı olan bir problemdir. Eyni zamanda, orqanizmdə hormonal ehtiyatın olma dərəcəsindən asılıdır. İstər qadın, istərsə də kişi orqanizmində cinsi istəyə cavab verən və yoxlayan hormonlar olur”.

Stress cinsi istəyi üstələyir…

Ailəylə bağlı problemlər cinsi istəyə təsir göstərir: "Qadında stress yaradacaq bir vəziyyət, böyük bir üzüntüsü, sıxıntısı və yaxud yaxın bir insanının itkisi kimi bir hal varsa, bu zaman heç bir cinsi həvəsdən söhbət gedə bilməz. Stress hər şeyi üstələmiş olur. Ancaq bəzi qadında hər bir şey normaldır, ailə vəziyyəti yaxşıdır, bir neçə övladı da var, ancaq onun özünün cinsi istəyi, ehtirası yoxdur. Onu heç bir şey intim mübasibətə həvəsləndirmir.

Nevroloji xəstəliklər və bir sıra müalicə üsulları da cinsi zəifliyə səbəb olur…
 
Təsnifata görə, cinsi zəifliyə səbəb olan bir sıra faktorlar mövcuddur: psixogen faktor, damar faktoru, miogen faktor, neyrogen faktor və qarışıq faktor. İndi səbəbləri aşkar etmək üçün diaqnostik vasitələr çox inkişaf edir. Problemi əmələ gətirən faktorları aşkar etmək mütəxəssislər üçün daha da asanlaşıb. Psixogen faktorun faizi 10-15 faizə düşüb. Elə hallar olur ki, xəstədə həm orqanik, həm də psixogen faktor bir yerdə olur.Yəni problem əgər orqanik olaraq başlayırsa, məsələyə psixogen faktor da qoşula bilir. Hər hansı bir nevroloji xəstəliklər nəticəsində neyrogen faktor da cinsi zəifliyin yaranmasında rol oynayır. Təzyiqi aşağı salan dərmanlar da cinsi zəiflik yarada bilər. Ona görə də həkim-terapevtlər, kardioloqlar və başqaları xəstəyə dərman yazarkən bu faktları nəzərə almalıdırlar. Əgər hər hansı bir xəstəliyin müalicəsi zamanı cinsi zəiflik yaranırsa, psixoloji olaraq heç o xəstəliyin özünü də müalicə etmək olmur.

Cinsi zəiflik qadının vaxtından əvvəl qocalmasına səbəb olurmu?

  Əgər qadın bizim milli adət-ənələrimizə uyğun bir ailədə böyüyürsə və bütün xüsusiyyətləri nöqtəsinə kimi izləyirsə, onun aldığı tərbiyə imkan vermir ki, o, olduğu çərçivədən kənara çıxsın. Belə ki, qadın həyat yoldaşı və ya görüşdüyü bir şəxsə sadaqətli qalmaq naminə yeni axtarışlara çıxa bilmir və öz ehtirasını içində boğur. Lakin əgər yumurtalığın fəaliyyəti yaxşıdırsa, onda heç bir genetik və xaricdən gələn orqanik və funksional dəyişiklik, hipofizdə heç bir anormallıq yoxdursa, o, vaxtından əvvəl qocala bilməz. Bu, mümkün olan bir şey deyil. Qadında qocalma klimaksla başlayır və artıq orqanizmdə və dəridə bir sıra problemlər əmələ gətirir. Hətta ürəyin fəaliyyətinə də təsir göstərir. Bu da qadının qocalmasına səbəb olur. Ancaq qadında ehtirasın və ya cinsi istəyin olmaması yaşlanmaya zəmin yaratmır. O, digər problemlərə gətirib çıxara bilər”.

Daha çox iş qadınları cinsi istəksizlər sırasına daxildirlər…
 
Psixoloqlar qadında cinci zəifliyə səbəb ola biləcək stress, iqtisadi səviyyədə enişlər, iş həyatı, təhsil səviyyəsi və evlilik qərarlarının təsirlərini araşdırıblar. Araşdırma nəticəsində müəyyən olunub ki, psixoloji faktorlar və stressi daha çox yaşadıqlarına görə, yüksək təhsilli məzunlarda və karyera sahibi qadınlarda cinsi istəksizliyə daha çox rast gəlinir. İstəksizlik yaşayan qadınlar özlərini bədbəxt, həyat yoldaşlarını yarı yolda buraxmış, qadınlığı azalmış və cinsi istiqamətdən müvəffəqiyyətsiz hiss edirlər. Təhsil səviyyəsi aşağı olan qadınlar isə hər hansı ginekoloji probleminə görə həkimə müraciət etməkdən çəkinirlər. Buna görə də, bu və digər problemin həlli üçün vaxtında mütəxəssis fikrinə müraciət etmək zəruridir.

Cinsi zəiflik necə aradan qaldırılmalı?
 
Mütəxəssis fikirlərinə görə, müalicə sadədən mürəkkəbə doğru aparılmalıdır. Əgər səbəb psixogen faktorla əlaqədardırsa, psixoloji söhbətlər aparılmalıdır. Yəni psixoterapiya lazımdır. Urogenital infeksiya varsa, bu infeksiyar götürülməlidir. Yaxud hormonal problem varsa, əvvəlcə hormonları müalicə etmək, qaydasına salmaq lazımdır. Bunlardan sonra sırf cinsi zəifliyin müalicəsinə başlanmalıdır. Xəstə şəkərli diabetdirsə, ilk müalicə şəkəri normallaşdırmağa yönəldilir. Digər orqanlar haqqında məlumat almaq, şəkəri yoxlatdırmaq lazımdır. Cinsi fəaliyyəti tənzimləmək üçün həmçinin qidalanmaya və gigiyenaya da mütləq diqqət yetirilməlidir.

Bu, qadının ehtirasını artırmağa imkan verir…
 
İntim münasibət fizioloji bir təlabatdır və bu, ödənilməlidir. Mütəxəssislərin fikrincə, son illərin təcrübəsi göstərir ki, ginekoloji medativ avtomassajın xüsusi növü qadının ehtirasını və şövqünü xeyli artırmağa imkan verir. O, həm də qadın cinsiyyət sisteminin bütün xəstəliklərinin müalicəsində kəsərli vasitə sayıla bilər (miomalar-əzələ toxumasında xoşxassəli şiş, kistalar sovrulur, menstrual sikl normallaşır və s.). Avtomasaj zamanı yalnız uşaqlığa deyil, bütün orqanizmə, xüsusilə kiçik çanaq orqanlarına – sidik kisəsinə, yoğun bağırsaq və ələlxüsus, düz bağırsağa və damarlara təsir edilir. Meditativ ginekoloji masaj uşaqlıq nahiyəsində istinin arabir də sancma və soyuğun yaranmasına əsaslanır. Bu zaman bütün kənar fikirlər beyindən çıxarılmalı, yalnız bir fikir sənə hakim kəsilməlidir. Bu zaman özünüz üçün intim ovqat yaratmağa, sizi şövqə gətirə biləcək hər bir şeyi yada salmağa, cürbəcür intim səhnələri xəyalınızda canlandırmağa çalışın.Bir sözlə, siz özünüz üçün elə bir intimual əhval yaratmalısınız ki, bunun sayəsində uşaqlığın yığılıb açılması prosesi başlaya bilsin. Uşaqlıq həmişə öz-özünə yığılır. Qadın orqazm halını keçirəndə, onun uşaqlığı 8-12 dəfə yığılıb açılır. Ginekoloji medidativ masaj zamanı da uşaqlıq yığılır, lakin bu, yüz dəfələrlə baş verir.Beləliklə, rahat vəziyyətdə uzanıb sidik kisəsi nahiyəsində, habelə, bel nahiyəsində xoş bir istiliyin olduğunu təsəvvür etməyə çalışın. Bu, təxminən 30 saniyə çəkir, bundan sonra həmin istini daha kəskin duymağa çalışın və bu duyğunu 30-60 saniyə özünüzdə saxlamağa cəhd edin. Həmçinin, uşaqlıqdakı istini xəyalən bir az da artırın və ona "arabir sancma” əlavə edin (sanki uşaqlıq nahiyyəsinə yüngülcə iynə batırırlar), istilik və "iynə sancmasını” daha kəskin və aydın, daha xoş duyğu kimi hiss etməyə çalışın, buna müvafiq emosiyalar – intim xatirə və fantaziyalar əlavə edin və bu hissi daha 30-60 saniyə özünüzdə saxlamağa çalışın. Sonra elə bir məqam gəlib çatır ki, siz sidik kisəsi nahiyəsində xoş bir keyimə, elə bil güclə duyulan titrəmə hiss edə bilirsiz. Bax bu məqamdan uşaqlığın yığılması prosesi başlaya bilər. Həmin anda siz özünüzə bir qədər kömək etməlisiniz: qarın presinin və ya aralıq əzələlərinin bir neçə dəfə yığılıb-açılması sayəsində bir növ uşaqlığın "işə düşməsinə” təkan verməlisiniz.Bu təmrini birinci 2 həftə ərzində gündə yalnız 1 dəfə, yüngül və xoş yorğunluq duyana qədər yetirməlisiniz. Sonrakı dövrdə, sağalana qədər bu təmrin həftədə ən çox 3-5 dəfə, bundan sonra isə yalnız ehtiyac olanda icra edilməlidir. Bütün hallarda uşaqlığın öz-özünə yığılması 500-600 həddini aşmamalıdır.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 5 059
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri