Seks zamanı ağrı: səbəbləri və müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 422
Səs ver:
(səs: 0)
Dispareuniya nədir?

Dispareuniya tibbi termindir ki, seksdən bir qədər əvvəl, seks zamanı və ya ondan sonra ağrı hisslərini göstərir. Daha çox sayda dispareuniya halları cinsi akt zamanı qeydə alınır, lakin hərdən ağılar seksdən əvvəl əmələ gəlir, yaxud da əlaqədən bir saat sonra və ya bütün gün ərzində təsirini saxlayır.



Seks zamanı ağrılar niyə əmələ gəlir?

Dispareuniyanın bir neçə əsas səbəbi mövcuddur və biz hər bir səbəbi ayrılıqda nəzərdən keçirəcəyik.

Cinsi həyatın başlanması

Gənc qızlar və qadın nadir olmayan hallarda seks həyatına qədəm qoyduqdan sonra ilk bir neçə həftə və ay ərzində ağrılar hiss edirlər. Ağrını təkcə ilk seks deyil (bakirəliyin pozulması), sonrakı cinsi aktlar da doğurur.


Tərəf müqabillərinin fizioloji uyğunsuzluğu

Kişilərdə penisin həddən artıq böyük ölçüdə olması və ya qadının həddən artıq dar vaginaya malik olmaları normal seks həyatı üçün maneə ola bilər. Buna baxmayaraq, qadın orqanizminin fizioloji xcüsusiyyətləri sayəsində bu problemi də aradan qaldırmaq mümkündür. Məsələ ondadır ki, qadın vaginası olduqca elastikir və zaman keçdikcə istənilən ölçüdə kişi cinsi orqanına qarşı “uyğunlaşa” bilir. Bundan əlavə, cütlük seks üçün elə pozalarr seçə bilər ki, bu zaman qadın özü penisin daxil olma dərinliyini müəyyən edə bilsin.

Kifayət qədər şirənin ifraz edilməməsi

Qadınlarda seksual həyəcan zamanı ifraz edilən şirə (selik) penisin daxil olmasını asanlaşdırmaq və bununla əlaqədar olan diskomfortun aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Şirənin olmaması və ya kifayət qədər olmaması cinsi akt zamanı və ondan sonra da ağrıların əmələ gəlməsinə gətirib çıxarır. Mütəxəssislər ehtimal edirlər ki, şirənin (selik) ən çox rast gəlinə zəif ifrazat problemi qadının cinsi aktın başlanması anına kifayət qədər seksual oyanışlı olmaması ilə əlaqədardır. Kişilər tez-tez ereksiya vəziyyətinə yetişən kimi cinsi akta başlamağa can atır, tərəf müqabilləri olan xanımın seksə hazır olub-olmamasına lazımi diqqəti ayırmırlar. Hazırlıq sevişmələrinə ayrılmış vaxtı artırın və kifayət qədər şirənin ifraz edildiyinə əmin olmamış cinsi akta başlamayın. Vəziyyətdən digər bir çıxış yolu – aptek və ya seks-şopdan süni şirə (lubrikant) əldə etməkdir.

İltihabi xəstəliklər

Sidik-cinsiyyət orqanlarının iltihablı xəstəlikləri: vaginanın iltihabı (kolpit), uşaqlıq boynunun iltihabı (sersivit), uretlər (uretrit), şidik kisəsinin iltihabı (sistit), uşaqlığın iltihabı (endometrit) və uşaqlıq boruları, artımları və yumurtalığın iltihabı (adneksit). Sadalanan orqanların hər birinin iltihabı özünəməxsus şəkildə təzahür edir. İltihabı göstərən əsas həyacan əlamətləri: xoşagəlməzli iyli, vağına ifrazatları, vaginada quruluq və yanma, sidiyə gedən zaman ağrılar, sidik saxlamanın çətinləşməsi, qanlı ifrazatlar, qarın altına və kənarlara vuran ağrılar. İltihab müxtəlif səbəblərdən əmələ gələ bilər: bakterial vaginoz, göbələk xəstəliyi, xlamidoz, mikoplazmoz, trixomonoz, qonoreya, herpes virusu və s. İltihabın səbəbini müəyyən edərək müalicəni təyin etməyi ancaq sizin ginekoloqunuz həyata keçirməlidir.

Yumurtalığın kistası

Yumurtalığın iri ölçülü kistası (diametri 5 sm-dən artıq) heç də nadir olmayan hallarda fiziki yükləmələr və seks zamanı qarın altında küt ağrıların yaranmasına səbəb olur. Yumurtalığın kistası ilə əlaqədar olan ağrılar, bir qayda olaraq, penis çox dərinliyə qədər daxil edilməsi zamanı yaranır və müəyyən pozalar zamanı dərinləşir. Yumurtalığın kistası kiçik çanaq orqanlarının USM-si köməkliyi ilə müəyyən etmək mümkündür. Müalicə kistanın növündən, ölçülərindən və yaratdığı əlamətlərdən asılıdır. Bizim saytımızda qeyd edilən mövzuya həsr edilmiş ayrıca məqalə yerləşdirilmişdir: Yumurtalığın kistaları necə olurlar?

Endometrioz və adenomioz

Yumurtalıqların, uşaqlıq boruları və kiçik çanağın digər orqanlarının endometriozu tez-tez yapışıqların əmələ gəlməsinə səbəb olur. Yapışıqlar daxili orqanların hərəkətliliyini məhdudlaşdırır və seks zamanı ağrıların səbəbi ola bilir. Ağrılar, bir qayda olaraq, penisin dərinliyə daxil edilməsi halında yaranır və müəyyən pozalarda dərinləşir. Bizim saytımızda qeyd edilən xəstəliklərə həsr edilmiş məqalələr yerləşdirilmişdir: Yumurtalıqların, uşaqlıq borusunun və digər orqanların endometriozu və adenomioz: əlamərləri və müalicəsi

Uşaqlığın mioması

Uşaqlığın mioması praktiki olaraq istənilən yaş dövründə əmələ gələ bilən uşaqlığın əzələ təbəqəsinin xoş xassəli şişidir. Kiçik ölçülü uşaqlıq mioması, bir qayda olaraq, əlamətsiz keçir və xüsusi müalicə tələb etmir. Bəz hallarda mioma ölçüləri böyüyə bilər ki, bu da uşaqlığın böyüməsinə, ətraf orqanları və sinir liflərini sıxmasına yol açır və seks zamanı qarın ətrafında ağrıların əmələ gəlməsinə gətirib çıxarır.

Doğuşdan sonra cinsi həyatın bərpa edilməsi

Bir çox qadınlar doğuşdan sonra ilk həftələr və ya ilk aylarda seks zamanı ağrılardan şikayət edirlər. Belə ağrıların əsas səbəbi hormonal dəyişikliklər (qanda estrogenlərin səviyyəsi aşağı düşür) və bununla əlaqədar olan vağına quruluğudur. Doğuşlar zamanı epiziotomiya (aralığın kəsilməsi), eləcə də aralığın çatı və dağılması heç də nadir olmayan hallarda dispareuniyanın yaranmasına gətirib çıxarır. Bəzi mütəxəssislər həmçinin emosional amillərin rolunu da qeyd edirlər: gənc anaların fikri tez-tez ancaq körpə ilə bağlıdır və onlar erotik fantaziyalardan uzaq olurlar. Bizim saytımızda bu mövzuya həsr edilmiş ayrıca bir məqalə vardır: Doğuşdan sonra seks.

Psixoloji amillər

Depressiya, özünün seksual cəlbediciliyinə olan şübhələr, işdə stresslər, cütlük arasındakı anlaşılmazlıqlar, əvvəllər baş vermiş seksual zorakılıq (zorlama) kimi psixoloji amillər dispareuniyanın inkişaf etməsində mühüm rol oynayırlar. Qeyd edilmişdir ki, seks zamanı ağrı hiss edən qadınların əksəriyyəti pozulmuş əhvaldan, həyəcan hissindən, şəxsi həyatlarının qeyri-qənaətbəxş olmasından daha tez-tez şikayətlənir və başqalarından daha çox özlərini bədbəxt hiss edirlər. Belə olan hallarda seks zamanı ağrılardan xilas olmağa psixoloq və ya psixoterapevt kömək edə bilər.

Kontrasepsiya metodları (rezin qoruyucular, OK, uşaqlıqdaxili spiral)

Rezin qoruyuculardan istifadə edilməsi seks zamanı ağrıların yaranma səbəbi ola bilər. Bu rezin qoruyucunun işlənmiş olduğu kimyəvi maddələrə cavab olaraq vaginanın selikli qişasının qıcıqlanması ilə izah edilir. Rezin qoruyucuların maddəsinə qarşı yüksək həssaslıq (allergiya) vağına mikroflorası tərkibinin pozulmasına (bakterial vaginoz) və hətta vaginanın iltihabına yol aça bilər. Əgər siz şübhələnirsəniz ki, sizin probleləriniz rezin qoruyucularla əlaqədardır, onda rezin qoruyucu seçiminizi dəyişməyə və ya kontrasepsiya metodunu seçməyə cəhd göstərin.

Bəzi qadınlarda hormonal kontraseptivlərin (hamiləlik əleyhinə həblər) qəbulu seks zamanı ağrıların əmələ gəlməsinə səbəb ola bilər. Əksər hallarda bu qanda estrogenlərin səviyyəsinin aşağı düşməsi ilə əlaqdar olaraq sürtgü (şirə, selik) miqdarının da aşağı düşməsi ilə bağlıdır. Süni sürtgüdən (lubrikantdan) istifadə edilməsi bu problemi yüzdə yüz faiz həll etməyə imkan verir.

Hamiləliyə qarşı digər geniş yayılmış üsullardan biri də uşaqlıqdaxili spiraldır, hansı ki o da düzgün qoyulmaması və ya düşməsi səbəbindən dispareuniya səbəbi ola bilər. Əgər spiral uşaqlıq boşluğundan uşaqlıq boynunun kanalına doğru yerdəyişmə edirsə, bu seks zamanı ağrıların yaranmasına səbəb ola bilər. Belə olan halda spiral çıxarmaq və ya yenisi ilə əvəz etmək lazımdır.

Vaginizm

Vaginizm yad predmetlərin (misal üçün penis, tampon və ya həkim baxışı zamanı güzgü) vaginaya daxil edilməsinə cavab olan vağına əzələlərinin iradədən kənar olaraq yığılmasıdır. Bu iradədən kənar spazm cinsi akt zamanı ağrıların və narahatlığın səbəbi ola bilər. Vaginizmin səbəbləri hələ də məlum deyil, lakin daha çox hallarda bu vəziyyəti psixoloji amillərlə izah edirlər. Qeyd edilmişdir ki, seksual zorakılığa məruz qalmış qızlar daha çox hallarda vaginizmdən əziyyət çəkirlər. Həmçinin vaginizm güclü stress, qorxu, həyəcanlı vəziyyət nəticəsində də yarana bilər. Vaginizmin müalicəsində Keqel hərəkətləri tətbiq edilir ki, onlara qadına vağına əzələlərinə nəzarət edə bilmə imkanı verirlər. Bəzi hallarda problemin öhdəsindən gələ bilmək üçün psixoloqa və ya psixoterapevtə müraciət etmək lazım gəlir.

Əməliyyatlar və zədələr

Əvvəllər kiçik çanaq orqanlarının həyata keçirilmiş əməliyyatları, misal üçün uşaqlığın çıxarılması (histerektomiya), yumurtalığın kistasının çıxarılması, uşaqlıq borusunun əməliyyat edilməsi, eləcə də çanaq sümüklərinin sınıqları və avtomobil qəzaları zamanı çanaq sümüklərinin daxil olması ilə zədələnmələr seks zamanı ağrıların yaranma səbəbi ola bilər. Hər bir konkret halda müalicə alınmış zədənin növündən asılı olaraq tam fərdi olacaqdır.

Klimaksla əlaqədar olan vaginanın yaş dəyişiklikləri

Yaşı 45-50-dən yuxarı olan qadınlarda qanda estrogen hormonlarının səviyyəsi aşağı düşür ki, bu da vaginanın selikli qişasının atrofiyasına (quruluğuna) və cinsi akt zamanı kifayət qədər sürtgü (selik) ifraz edilə bilməməsinə gətirib çıxarır. Bizim saytımızda qeyd edilən mövzuya həsr edilmiş ayrıca bir məqalə yerləşdirilmişdir: Seksual həyat və klimaks.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri