Oral seksi cinsi əlaqə saymaq olar? TEST ET

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 9 306
Səs ver:
(səs: 1)
Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi məlumata görə, 15—19 yaşlı gənclər arasında sorğu aparılıb. Sorğuda iştirak edənlərin təxminən yarısı oral seks ilə məşğul olduğunu bildirib. Yazıçı Şarlen Azam öz kitabında qeyd edir: «Gənclərlə [oral seks haqda] söhbət etsəniz, görəcəksiniz ki, onlar üçün bu, qəbahətli bir şey deyil. Onlar bunu cinsi əlaqə saymır» («Oral Sex Is the New Goodnight Kiss»).

Sən necə fikirləşirsən?

Aşağıdakı sualları cavablandır.

1. Oral sekslə məşğul olan qız hamilə qala bilər?

A. Hə
B. Yox

2. Oral seks sağlamlıq üçün zərərlidir?

A. Hə
B. Yox

3. Oral seksi cinsi əlaqə saymaq olar?

A. Hə
B. Yox

Faktlar nəyi göstərir?

Öz cavablarınızı aşağıdakı cavablarla müqayisə edin.

1. Oral sekslə məşğul olan qız hamilə qala bilər?
Cavab. Yox. Məhz buna görə, səhv də olsa, çoxları oral seksi təhlükəsiz sayır.

2. Oral seks sağlamlıq üçün zərərlidir?
Cavab. Hə. Oral sekslə məşğul olan şəxs hepatit (A və ya B), genital ziyil, süzənək, herpes, QİÇS və sifilis xəstəliklərinə yoluxa bilər.

3. Oral seksi cinsi əlaqə saymaq olar?
Cavab. Hə. Qarşı tərəfin cinsiyyət orqanları ilə hər hansı bir əlaqə — təbii cinsi əlaqə, oral, anal əlaqə, başqasının cinsiyyət orqanını sığallamaq və ya qıcıqlandırmaq kimi şeylər cinsi münasibət sayılır.

Bu, nəyə görə vacib məsələdir?

Bu mövzuya dair Müqəddəs Kitabdan bir neçə ayəyə baxaq.

İncir Kitabında deyilir: «Allah istəyir ki, siz... əxlaqsızlıqdan uzaq durasınız» (1 Salonikililərə 4:3).

Orijinal dildə «əxlaqsızlıq» ifadəsi altında təbii əlaqə, oral, anal seks və başqasının cinsiyyət üzvünü sığallamaq və ya qıcıqlandırmaq da daxil olmaqla nikahdan kənar cinsi münasibətin bütün növləri nəzərdə tutulur. Əxlaqsızlıqla məşğul olan şəxs bunun acı nəticələrini dadacaq. Ən əsası isə Allahla münasibətlərini korlayacaq (1 Butrus 3:12).

Müqəddəs Kitabda deyilir: «Əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir» (1 Korinflilərə 6:18).

Oral seksin həm fiziki, həm də ruhani zərərləri var. Bu həmçinin insana emosional zərbə vurur. Bu haqda bir kitabda deyilir: «İnsan təkcə vaginal cinsi əlaqədən (təbii cinsi əlaqə) sonra peşman olmur və özünü istifadə olunmuş kimi hiss etmir. Nikahdan kənar cinsi əlaqədə olduqdan sonra insan hansı mənfi hissləri keçirirsə, istənilən növ qeyri-təbii cinsi əlaqədən sonra da həmin pis hissləri keçirə bilər. Cinsi əlaqə elə cinsi əlaqədir. Bunun başqa adı yoxdur» («Talking Sex With Your Kids»).
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri