Seksdə sizi gözləyən təhlükələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 482
Səs ver:
(səs: 1)
Seks əhvalınızı qaldıra bildiyi kimi, bütün işləri də korlaya bilər. Bu məqalədə seks-zədələr barədə danışılır.

1. Penisin qırılması. Bu kişinin başına gələ biləcək ən dəhşətli hallardan biridir. Düzdü sizin penisdə heç bir sümük olmasa da, orda ereksiya zamanı qanın gəlməsi ilə bərkiyən hüceyrələr var ki, onlar səhv hərəkət zamanı zədələnə bilərlər. Penis dərhal şişir və göyərir, bu hal badımcan effekti adlanır. Bu zədələr çox yayılmış və yalnız cərrahi müdaxilə ilə müalicə olunur. Bundan qaçmaq üçün qadın üzərinizdə olan zaman ehtiyatlı olun.

2. Sürtülmələr. Quru seks penisdə yaralara gətirib çıxarda bilər. Əgər siz xüsusi kremlərdən istifadə etmirsiniz isə, qadının tam ehtirasa gətirməlisiniz. Əks halda quru seks sizlərə acı xatirələr saxlaya bilər. Lakin bilin ki, bunlar keçicidir. Hər hansı bir zədələnmə gördüyün zaman sakitləşdirici losyon və gellərdən istifadə edin və seksə ara verərək, penisinizə istirahət verin.

3. Penis üzüklərindən şişmələr. Düzdü ölkəmizdə çox istifadə olunmasa da, belə zədələrə də rast gəlinir. Bu üzüyün əsas məqsədi ereksiyanı uzun müddət saxlamaq və boşalmanı gecikdirməkdir. Zədələr əsasən onu uzun müddət gəzdirən və ya balaca olan zaman baş verir. Üzük qan damarlarını sıxır və qan penisə daxil ola bilimir. Bu üzük bundan sonra sizin üçün dəhşətə çevrilə bilər ki, siz artıq ereksiyanız ilə ümumiyyətlə vidalaşmalı olarsınız. Bu səbəbdən artıq göyərmələr varsa, sıxdığını hiss edirsiniz isə onu çıxartmalısınız. Ümumiyyətlə belə üzüklər əldə edərkən, onun yandan tez bir zamanda aça biləcəyiniz bir yerin olmasından əmin olun.

4. Dişlənmək. Oral seks zamanı bəzi qadınlar eyforiyada sizin balaca dostunuzu dişləyə bilərlər. Bu zaman ilk öncə dəridə zədənin olub olmamasına fikir verməlisiniz. Əgər cızığ və ya qan görürsünüz isə mütləq onu antibakterial krem ilə sakitləşdirin. Yox əgər görsəniz ki, güclü qanaxma var jqut ilə penisin başı tərəfindən sıxın və “təcili yardıma” zəng edin.

5. Penisdə ağrı. Əsasən bu hal uzun davam edən seksdən sonra olur. Qan dövranını gücləndiyi üçün ağrı hissləri ola bilər. Amma narahat olmayın bir-iki günə keçəcək.

6. Xayalarda ağrı. Seks sizin xayalarınızı narahat etməməlidir, lakin cüzi ağrılar hiss edə bilərsiniz. Əgər seks zamanı qadın xayanızdan dartıb və ya azca sıxıbsa və ümumiyyətlə təmas olubsa, ağrı ondan ola bilər. Yadda saxlayın ki, xayalarınız çox həssasdırlar və onlarla diqqətli davranmaq lazımdır. Həmçinin güclü orqazm və boşalmadan sonra da xayalarda ağrı hiss edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 12 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri