Cinsi əlaqəni öldürən tabular

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 435
Səs ver:
(səs: 0)
İllərcə doğruluğuna inanılan bir çox düşüncənin əslində xurafatdan başqa bir şey olmadığını hamımız çox yaxşı bilirik. Ancaq cinsi həyatla əlaqədar bəzi sualların cavabları hələ cavabını tapa bilmiş deyil. Bu yazıda, cinsi həyat üzərinə deyilən bəzi səhvləri ortaya çıxarmaq və doğrularını bütün çılpaqlığıyla nəzərə sərmək üçün yataq otağını araşdırmağa aldıq.

Ən çox yaşanan problem "sədaqətsizlik": ‘Qadınlar genetik olaraq sədaqətə, kişilər isə aldatmağa proqramlaşdırılmışdır cümləsi, bütün Kazanovaların bir bəhanəsimi, yoxsa bioloji bir gerçəkmi? Bəzi elm adamı, aldatmanın irsi ola biləcəyi ehtimalı üzərində dayansa da bir çox mütəxəssisə görə də biz qadınlar, uşağımızın məsuliyyətini ala bilmək üçün bioloji olaraq uzun müddət tək bir partnerle yaşamağa proqramlaşdırıldıq. Amma monogaminin genetik olaraq kodlaşdırılmış olması, nə qadınlar nə də kişilər üçün etibarlı ola bilməz. Son zamanlarda edilən araşdırmalar da bu fikiri dəstəkləyir. Belə ki, araşdırmalara görə qadınların 42% həyatlarının bir dövründə yoldaşlarını aldatmışlar! Kişilərin 46%-nin sədaqətsiz olduğunu düşünəcək olsaq, qadınların da aldatmağa meylli olduğu açıq-aşkar ortada!. Təbii bu rəqəmlər, xarici ölkələrdəki qadınlar üçün etibarlıdır! Ancaq mütəxəssislərimizə görə, ölkəmizdəyoldaşlarını aldadan qadınların sayı da gün keçdikcə artır. Günümüzün müasir qadını cəmiyyət və ailə təzyiqindən və tabulardan xilas olub, iqtisadi azadlığını əlinə aldı, doğum idarə üsulları mövzusunda işıqlandı və cəmiyyət üçün deyil, əvvəlcə özü üçün yaşamanın lazımlı olduğunun fərqinə vardı və dolayısilə cinsiliyini də qorxusuzca yaşamağa başladı.

Gələk bir başqa seks düşməni elan edilmiş tabuya "Mastürbasiya edən,yoldaşından məmnunsuzdur". Partnerimizin zaman-zaman yataqda tək başına cinsəlliyi yaşadığını fərq etdiyimizdə beynimizi bir qurd gəmirməyə başlayır.! "Artıq məni cazibədar görmür?","Başqa bir qadınmı var?" düşüncəsi, dərhal çaxnaşmaya qapılmamıza səbəb olur. Əslində mastürbasiya, partneriniz üçün əslində bir boşalma üsulundan başqa bir şey deyil. Edilən araşdırmalar, kişilərin 92%-nin və qadınların 60%-nin həyatlarının bir dövründə ən az bir dəfə mastürbasiya etdiklərini ortaya qoyur.

İnsanlara bu qədər zamanı sağlam bir şəkildə necə birlikdə keçirə bildikləri soruşulduğunda, beş cütdən dördü istinasız eyni cavabı verir "Yatağa əsla əsəbi girməyin." Yatmadan və hətta yatağa girmədən əvvəl problemləri həll etmək, yalnız zehnən, ruhən və fiziki rahatlamanızı təmin etmir eyni zamanda iki insan arasındakı səmimiyyətin səviyyəsini yüksəldir. Mövzunu uzatmaq və əsəbi halı qorumaq isə problemi sabahısı günə də daşıyır ki, bu da bir cüt arasındakı romantik məsafəni genişlədir. Əgər digər cütün yaxşı bir evlilik üçün nə təklif etdiyini maraqlanırsınızsa: "Seksə hər vaxt bəli dəyin."
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri