Sadəcə cinsi əlaqə zamanı adabtasiya oluruq

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 8 828
Səs ver:
(səs: 1)
Harvard Universitetində edilən araşdırmaya görə, xəyal qurmaq düşünülənin əksinə insanı daha da bədbəxt edir. İnsanlar yalnız seks əsnasında edilən işə tamamilə fokuslanır.

Edilən bir araşdırma xəyallara dalmanın insanlar üzərindəki təsirinin mənfi olduğunu ortaya qoydu. Araşdırma, zehinlərimizin cəmi zamanın 69% xəyallara daldığını ortaya qoydu.

Mütəxəssislərə görə, yalnız seks edərkən beyin edilən işə tamamilə fokuslanır.

Harvard Universiteti mütəxəssisləri tərəfindən edilən araşdırmada, həyatın necə daha gözəl ola biləcəyini düşünmək yerinə, anı yaşamanın və bundan zövq almağa işin psixoloji baxımdan daha faydalı olacağı ifadə edilir.

Araşdırma, iki mindən çox insanla cib telefonu texnologiyasından faydalanaraq reallaşdırıldı.

İştirakçılarla təmas qurularaq gündəlik həyat içindəki halları, nə etdikləri, xoşbəxt olub olmadıqları və xəyal qurub qurmadıqları soruşuldu. Könüllü iştirakçılar cib telefonlarından bu suallara cavab verdi.

Alınan cavablar gündə bir neçə dəfə aktuallaşdı və cəmdə 250 min cavab əldə edildi.

Yalnız seks əsnasında beyin tamamilə etdiyi işə fokuslanır.

Araşdırmaya görə, insanlar ən çox seks edərkən, məşq edərkən və söhbət edərkən xoşbəxtdir.

Ən az xoşbəxt olunan zamanlar isə işləyərkən keçir. Ancaq çaşdırıcı bir şəkildə daha gözəl bir şey haqqında xəyal qurmaq, darıxdırıcı işləri əyləncəli hala gətirmir. Əksinə, zehinin xəyal qurmasına icazə verdikdən sonra insan əvvəlkindən daha bədbəxt olur. Başqa bir ifadəylə, araşdırmaya görə, xəyal qurmaq insanı olduğundan daha bədbəxt edir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 8 828
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri