Cinsi əlaqədən imtina etmək üçün səbəblərimiz

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 272
Səs ver:
(səs: 0)
İşgüzarlar üçün
Vacib çıxış zamanı sekslə məşğul ol, bütün həyəcan aradan götürüləcək. Şotlandiyada Peysli Universitetinin araşdırmaları sübut etdi ki, səhər sekslə məşğul olanlar işdə digərlərinə nisbətən daha sakit olurlar və fikrini bir yerə cəmləməyi rahat bacarırlar. Təcrübədən öncə sekslə məşğul olanlar stressə daha az məruz qalırlar. Onların təzyiqi də normal olur. Çünki seks zamanı qana sakitləşdirici oksitosin hormonları buraxılır.

Ağrının dərmanı
Yəqin ki, gineqoloqlar çox deyiblər ki, ərə get və sağlamlıqla bağlı problemlərin aradan qalxacaq. Bu sözdə həqiqət var. Orqazmdan sonra faqositlərin (ağ qan hissəcikləri) sayı artır. Məhz onlar orqanizmin qoruyucu funksiyasını təmin edir, xərçəng hüceyrələrini öldürür və viruslarla mübarizə aparır.

Seks immuniteti də gücləndirir. Bəzi mütəxəssislər hesab edirlər ki, həblərə nisbətən orqazm miqren ağrılarını azaldır və menstrual ağrıları da aradan qaldırır.

Mehriban olaq
Oksitosin hormonu bizi mehriban edir. Orqazm ən qapalı qadını belə mehriban edir. Sakit və gülərüz qadına çevrilirsən. Məlum olub ki, ayda 3 dəfədən az sekslə məşğul olanlar digərləinə nisbətən az xoşbəxtdirlər.
İntim yaxınlıq – sizin seksual və özünə əmin olduğunuzu sübuta yetirir.

Yataqda səhər yeməyi
"Seks – fitnes və pəhrizi bir araya gətirir” – bu sözləri bir çox həkimlər deyir. Seks endorfinin miqdarını artırır, depressiya riskini aşağı salır. Əgər qadın pəhriz saxlayırsa, onun seksə olan tələbatı artır. Adətən emosional çatışmamazlığı şirniyyatla aradan götürürlər, lakin seklə də piylərin əriməsi mümkündür.

Sakitlik, yalnız sakitlik
Orqazmdan sonra qana prolaktin ifraz olunur. O, ehtiras zamanı qanda yaranan dofamin hormonunu zəiflədir. Bir hormonun digəri üzərində qələbəsi insana doyma və məmnunluq hissi bəxş edir. Lakin bu hiss yalnız "vaginal seks” zamanı baş verir. Masturbasiya ilə müqayisədə məhz vaginal seksdən sonra prolaktinin miqdarı 4 dəfə artır.

Sağlam yuxu
Əgər kişi yuxusuzluqdan əziyyət çəkirsə, intensiv seks bu problemi aradan qaldıracaq. Kişilərin 80%-i seksdən sonra tez yuxuya gedir. Çünki seksdən sonra qanda heyvani nişastanın - əzələləri qidalandıran qlikogenin miqdarı azalır. Onun çatışmamazlığından insan özünü yorğun hiss edir. Kişilərdə əzələ kütləsi qadınlara nisbətən çox olduğuna görə onlar seksdən sonra yorulurlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri