Seksi mükafat halına gətirin

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 337
Səs ver:
(səs: 0)
Xüsusilə uzun nəfəsli bir əlaqəniz varsa bunu unutmayın ki, seks qətiliklə bir vəzifəyə çevrilməməli,əgər çevrilsə, ondan gedərək uzaqlaşacağınıza, ondan qaçmaq üçün bir çox bəhanəyə, xüsusilə də o məşhur baş ağrısına sığınacağınıza şübhə yoxdur. Halbuki cinsi əlaqənizdə bir mükafata çevirsəniz, bunun sizi həm romantik olaraq bir-birinizə, həm də sevişmə fikirinə yaxınlaşdırdığını görəcəksiniz.

Yaxşı, belə bir mükafat sistemi necə işləyər? Əslində çox sadə! Son dərəcə qəribə bir orqan olan beynimiz, səbəb-nəticə əlaqələrini qurma mövzusunda xüsusilə müvəffəqiyyətlidir. Məsələn: bir kişinin beyni 'Sevdiymi oxşadığım zaman xoşuna gəlir, elə isə bunu daha çox təkrarlamalıyam' tərzi kəşfləri rahatlıqla edə bilər.

Burada tək etməniz lazım olan, bir-birinizdə xoşlandığınız və təsirləndiyiniz davranışları qavramaq üçün bir az daha çox diqqət sərf etmək və seksual bu davranışların bir nəticəsi, yəni mükafatı halına gətirmək. Bu yanaşma ikinizi də həvəsləndirəcək.

Axşam evdə birlikdə keçirdiyiniz zamanı çox daha yaxşı qiymətləndirə biləcəyinizdən heç şübhəniz olmasın. Məsələn partnerinizle birlikdə film izlərkən, kitab oxuyarkən, yemək hazırlayarkən ya da yerkən bir-birinizə daha çox təmas edin. Hər təmasın dərhal o anda sevişməklə nəticələnməsini gözləməyin,kiçik öpüşlər, oxşamalar, qıdıqlamalar, bunların hamısı sizi gecənin irəliləyən saatlarındakı gözəlliklərə və hər şeydən əhəmiyyətlisi, sevişmə düşüncəsinə hazırlayar.

Bilindiyi kimi qadın bədəninin 'oyanmaq' üçün çox daha çox zamana ehtiyacı olduğunu düşünəcək olsaq, bir-birinizə toxunmağa nə qədər erkən başlarsınızsa, o qədər vaxt qazanmış olarsınız. Ayrıca bunu bir vərdiş halına gətirmək, zamanla aranızda çox xoş və fərqli bir bağ qurulmasını da təmin edəcək, bu əlaqə fiziki müstəvidən ruhi müstəviyə də əks olunacaq. Qısacası, kiçik və zəhmətsiz toxunuşların hər anlamda böyük faydasını görəcəyiniz qəti.

Cinsi tənbəlliyi aşmanın yollarından biri də əlbəttə seks istəyinin odlayıcı silahlarından faydalanmaq. Bunu ağılınızdan çıxarmayın ki, partneriniz sizinlə sevişməyə daha çox istəkli olması sizin istəyinizi də artıracaq. Əhəmiyyətli olan iki tərəfin arzusunun bir-birini tətikləməsi. Bu tətikləməyi təmin etmək üçün bir az səy göstərib evin içində eşofman altları yerinə mini şortlarla gəzə bilər, duşdan sonra bədəninizi salonda, partnerinizin gözü qarşısında kremləyə bilər, duşdan çıxdıqdan sonra saçınızı dərhal qurutmaq yerinə bir müddət yaş sərgiləyə bilər, qısacası bir az poza göstərə bilərsiniz!
Eyni şəkildə, gün içində bir-birinizə atacağınız erotik mesajlar ya da qısa telefon danışmaları da sizi axşama hazırlayacaq. Bu cür kiçik detallar çox işə yarayar, çünki həm çox səy göstərməniz lazım deyil, həm də həqiqətən təsirli olar.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri