İşgüzar xanımlar aldadılır?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 008
Səs ver:
(səs: 0)
Hazırda işləyən və universitet oxuyan qadınların sayı kifayət qədərdir. Və elmi dərəcəsi olan qadınlarla kişilər arasında elə də fərq yoxdur. Hətta qadınlar, etdikləri işlərin beşdə dördündə yaşıdları olan kişilərdən daha çox qazanırlar. Artıq, ən azı kişilər qədər qadınlar da evə pul gətirirlər.
Amma edilən yeni bir araşdırmaya görə bir kişi əgər bir qadına maddi olaraq tamamilə bağlıdırsa, həyat yoldaşıyla eyni pulu qazanan bir kişiyə görə , həyat yoldaşını aldatmağa beş qat daha çox meyllidir.
Kişi şəxsiyyəti və onların kövrək eqoları - ənənəvi olaraq evə çörək aparan olmaları ilə sıx bağlıdır. Kişilərin lap əvvəldən pul qazanmaq və evi təmin etmək, qadınların isə uşaq tərbiyə etmək və evi idarə etmək funksiyaları olmuşdur. Ancaq vəziyyət bu günün cəmiyyətində belə deyil. Bu gün görürük ki əlaqələrdəki ənənəvi cinsiyyət rolları tərsinə dönüb. Bu gün "müstəqil qadın" çağına girmişik.
Evin dolanışığını təmin edən, gözləyən və uşaqları yetişdirən qadınlar vəziyyəti belədir artıq.... Bir qadın üçün bunlar çox iş deməkdir. Digər tərəfdən isə kişi öz kövrək eqosuyla şəxsiyyətini təzyiq altında görür və evin qoruyucusu rolunu itirdiyini düşünür. Və arvadı canını dişinə sıxaraq işləyərkən o, doğru yoldan yayına bilir.
Bu tam olaraq nə deməkdir? Əgər kişiniz sizdən az qazanırsa, onun öz özünəhörmət və güvəninin tam olduğundan əmin olun. Ənənəvi olmayan cinsi rolları (evə, uşaqlara baxmaq) boynuna götürürsə onu iltifatlarla (və sekslə) mükafatlandırın. Qadınlar evcilləşmiş kişilərə yaxından nəzarət etməyi çox sevərlər.
Özü əsl qazanan olmasa da onun ailə gəlirini nəzarət etməsini təmin edin. Ailənin maddi işlərinə baxmasına icazə verin. Və lütfən yoldaşlarıyla vaxt keçirməsi üçün onu ürəkləndirin. Və əgər uşağınızın bezini dəyişən bir həyat yoldaşına sahib olacaq qədər şanslısinizsa , axşamları onun kişi olduğunu xatırlamasına icazə verin.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 008
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri