Ailə həyatında seksdən zövq almanın 9 qızıl qanunu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 11 036
Səs ver:
(səs: 0)
Seksuallığın ən sıx yaşandığı yaşlar 20 ilə 40 yaş arasıdır. Ancaq bəziləri vücudlarıiyla barışıb, seksual fantaziyalarını inkişaf etdirə bilsələr,
bu yaş aralığı genişlənər və tərəflər həyatları boyunca cinsi həyatlarını davam etdirə bilərlər.
Yaş artdıqca və ya uzun ailə birliliyində cinsi istəkdə azalma, kişilərdə ereksiya və boşalma problemləri, qadınlarda vaginal quruluq (yetərli islanmama)problemləri meydana gələ bilər. Bu kimi faktorları aradan götürmək üçün ailədə cütlərin bir-birləriylə yaxınlaşma tərzi, cinsi istək və arzularını qoruması, vücud dəyişikləri ilə barışması, fantaziyalarını inkişaf etdirə bilməsi, cinsi seçimlərinə baxa bilmələri kimi vacib xüsusiyyətlər çox önəmlidir.

1- Seksuallığın bədən görünüşü ilə heç bir əlaqəsi yoxdur.
Mükəmməl olmayan bədənlər də seksdən zövq alar və tərəf müqabilinə zövq verər. Burada tərəflərin qarşılıqlı olaraq dürüst və hörmətli olmaları, cinsiliyi bu şəkildə yaşamaları əhəmiyyətlidir.
Bir-birinə qarşı seksual meyli gücləndirən faktorlar tərəflərin qarşılıqlı istəyi, bir-birinə icazə və güzəştə getmək bacarığı, cinsi əlaqədə doğru məlumatlara malik olmaları, bir-birindən kifayət qədər zövq ala bilmək hisslərini formalaşdıra bilmələridir.

2- Əylənmək də seksuallığın bir parçasıdır.
Tərəflərin seksual istəkləinin azad olması, fantaziyalar qurması, dürüstlük və hörmət çərçivəsində zövq aldığı şeyləri partnyoruna təqdim etməsi, cinsi istəyi bir hədiyyə hesab etməsi və hər kəsin zövq almağa haqqı olduğunu qəbul etməsi ilə cinsi həyatlarını rəngarəng edə bilməsi çox əhəmiyyətlidir.

3- Seksdə sıxlıq əhəmiyyətli deyil.
Evli bir cütün seks etmə istəkləri adamına görə tam dəyişən fərqli bir vəziyyətdir. Heç bir cüt seks etmə aralığı az və ya çox deyərək alçaldılmamalıdır. Ancaq davamlı evliliklər zamanla formalaşan periodik bir aralıqla yaşarlar. Xüsusilə qarşılıqlı münasibətdə cinsi istəyi qorumaq baxımından periodik aralığın əhəmiyyəti var.

4- Seksdə çəkingənliyə yer yoxdur
Seksuallığın qorxuducu çəkingənliklə deyil, səmimi və açıq olaraq danışılması xoşbəxt bir cinsi həyat üçün bir lazımlılıqdır. Cütlər bir-birinə xoşlandığı şeyləri söyləyə bilməli, özünü seks əsnasında yaxşı və rahat hiss etməli, seksuallığın bir "performans nümayişi" və ya "normal" olması lazım olduğunu düşünməməlidir. Bu da ancaq danışaraq mümkündür.

5- Uşaqlı ailələrdə seks bitməz
Unutmayın ki, uşaq sahibi olmaq sizin cinsi ehtiyaclarınıza təsir etməməlidir. Cütlər gündəlik həyatlarına görə seks üçün ayıracaqları zamanı seçməli və bu zaman ərzində xüsusilə bir-birlərinə konsentrasiya olmalıdırlar.
6- İqtidarsızlıq(cinsi potensiyanın zəifləməsi) problemi, tamamilə başınızda yaratdığınız bir problem deyil.
Son 25 ildə cinsi potensiyanın zəifləməsi problemlərinin tibbi bir vəziyyətdən qaynaqlandığı məlum olmuşdur. İqtidarsızlıq probleminin əksəriyyətlə psixoloji bir istiqaməti olsa da (depressiya, narahatlıq və stressin rolu ola bilər), hər vaxt fiziki bir səbəbi də vardır.

7- İqtidarsızlıq problemi yalnız yaşlı kişilərdə görülməz
Bu vəziyyət 40 yaşdakı kişilərdə daha sıx görülməklə birlikdə, hər yaşdakı kişidə meydana gələ bilər. Araşdırmada 40 ilə 70 yaş arasındakı kişilərin təxminən yarısının zaman - zaman potensiyanın zəifləməsi problemi yaşadığı məlum olmuşdur. Bu problemin nisbəti yaşla birlikdə artsa da, tək başına yaşlanma da əsas bir səbəb kimi göstərilir.

8- Cinsi əlaqə üçün çox yaşlı deyilsiniz.
Bütün yaşlardakı cütlər cinsi əlaqəylə əlaqədardır. Cinsi həyat, sağlam bir əlaqənin əhəmiyyətli bir parçasıdır. Həqiqətən də edilən bir çox araşdırmada aktiv cinsi həyat yaşlanmaya baxmayaraq, evliliyin çox təbii bir hissəsi olduğu göstərilmişdir.

9- Cüt, qarşılıqlı cazibədarlığını itirmiş olsa belə bunu təkrar əldə edə bilər.
Əhəmiyyətli olan bunu hansı nöqtədə itirdikləri mövzusudur.
Cütlər bir-birlərinə qarşı cazibədarlıqlarını bu nöqtələrdə itirərlər:
Seks əsnasında istəksiz olmaqdan, anormal olmaqdan çəkinsələr, sekslə əlaqədar nöqtələri partnyorlarıyla danışa bilməzlərsə, seks haqqında hiss etdiklərini sözlərlə ifadə edə bilməzlərsə.

Seks əsnasında və ya sonrasında partnyorunu qucaqlamaqla yaxın hiss etmək, bir-birinə toxunaraq həyəcanlandırmağı bacarmaq, fantaziya və arzularlarını bölüşmək və kişi-qadın bədənini xarakterlərini qiymətləndirməklə bədənsəl uyğunlaşma və qarşılıqlı cazibədarlıq təkrar davamlı bir seks həyatı əldə etməyə imkan verə bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 11 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri