Kişiləri əslində nə ehtiraslandırır, bilirsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 70 624
Səs ver:
(səs: 4)


(Material xalq artisti Aygün Kazımova tərəfindən təqdim olunub)
Kişiləri bu dərəcədə nə ehtiraslandırır ki, onlar bu istəklə alovlanırlar? Artıq əsrlərdir ki, bu suallar qadınlara rahatlıq vermir. Bilicilər, qadın düşgünləri və sadəcə maraqlananlar arasında keçirilən sorğunun nəticələri ən ali insan zəkasını belə narahat edən bu suala cavab kimi hesab olundu. intimual partnyoru nə ehtiraslandıra bilər? “İdeal məşuqə”? O hansı gücə malikdir? Sadəcə öz varlığı ilə ehtiraslandıra bilir? Biz bu mövzu barədə bir az araşdırma apardıq və budur nəticəsi.
Xarici görünüş. Kişi təbiətən elə yaranıb ki, o ilk növbədə vizual görünüşə uyğun reaksiya göstərir. Ola bilsin ki, buna görə də çılpaq qadın şəkilləri çap olunan jurnallar belə populyarlıq qazanır. Bu nəşrlər hələ də güclü cinsin nümayəndələrinin marağına səbəb olur. Belə bir el məsəli var “Kişilər gözləri ilə sevir”. Bu məsəl də sadaladıqlarımızın təsdiqidir.
Qadının xarici görünüşü, üzü, bədən quruluşu, bədəninin ayrı-ayrı hissələri, bəzən qarderobunun bəzi predmetləri belə partnyorunun ehtiraslanmasına təsir edir. İndi düşünün. Krujevalı alt paltarı əvəzinə nənəmizin darbalağı, cəzbedici görünən köynək əvəzinə isə enli çiyinli, uzun mayka əks cinsdə hansı ehtirası oyada bilər?! “Alovlu gecəni” unudun!
Sözsüz, bu o demək deyil ki, sizin sevgiliniz sizdən ümidini üzəcək və sizi sevməkdən vaz geçəcək. Hazırda söhbət kişinin ehtiraslanmağından gedir. Ona görə də ilk baxışdan kiçik görünən bu nüansları nəzərdə saxlamaq lazımdır. Təkcə kişi üçün cazibədar görünmək səhv fikirdir. Qadın öncə özü üçün gözəl görünməlidir. Və onu da qeyd edim ki, kişidə maraq və istək oyatmaq üçün qadında ilk növbədə özünüqiymətləndirmə olmalıdır.
Sizin üçün təcrübəli, füsünkar qadınların məsləhəti:
Siz məhz öz yoldaşınızı necə ehtiraslandırmağı düşünürsünüzsə, onunla birgə bazarlığa gedin. Bir neçə paltar geyinin, onun fikrini öyrənin və ən çox xoşuna gələni seçin. Arxayın olun. O, sizə ən çox yaraşanı və sizi intimual göstərən paltarı seçəcək. Zövqünüzə uyğun olmayan paltar seçimi heç də sizi qorxutmasın. Bir neçə şey “ancaq onun üçün” olmalıdır. Özü də pulunu o, ödəyib.
Daha yeni bir qayda – gözəllik salonlarına getmək. Heç olmasa, hərdən gedin. Qadın gözəlliyi qorumalı, qayğısına qalmalı olduğumuz çox böyük bir dəyərdir. Bilin ki, öz gözəlliyinizə sərmayə yatırtmaqla sizin uzunmüddətli intim əlaqələr üçün ehtiyat yığmış olursunuz. Onun dostlarının heyranlıqla dolu baxışı və rəfiqələrinizin paxıllıq dolu atmacaları uzun müddət üçün zəmanətdir.
Daha bir önəmli sirr. İmic dəyişikliyini unutmayın. Bu münasibətinizə başqa impuls verən çox güclü faktordur. Kişiləri cəlb edən xarici gözəllik barədə söhbət bitdi. İntim münasibətdə sevgi anlayışını da unutmaq lazım deyil. Çox da parlaq olmayan gecə lampası və otağı xəfif işıqlandıran şamlar...
Risk və ehtiras. Necə düşünürsünüz, sizin partnyorunuzun risk və ehtiras daha çox xoşuna gəlir, yoxsa soyuqluq və cəsarətsizlik? Bəli, rolunuzu necə lazımdır oynaya bilərsiniz, amma eksprimentlərdə güvənli cəsarətiniz sizin bu akta hazır olduğunuzu göstərəcək. Və bu da kişini ehtiraslandırmaya bilməz. 
Sevgi. Biz kişini nəyin ehtiraslandırdığı barədə çox danışa bilərik: ehtiraslı səs, özünü təqdim etmə bacarığı, yeriş, parlaq zəka və s. Amma elə bir nüans var ki, onu mütləq qeyd etmək lazımdır. Sizin partnyorunuzu hər şeydən əvvəl sevginiz, coşğunluğunuz, həyacanınız ehtiraslandırmalıdır. Bu sizdə varsa, deməli məqaləmizin başlığındakı sual özü özlüyündən cavablandırılıb.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 70 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri