"Bizdə "intim" sözünü pıçıltı ilə deyirlər"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 420
Səs ver:
(səs: 0)
Kişilərin xəyanətləri haqda qadınlar həmişə şikayətçidir.
Amerikalı psixoloq M.Gray Neuman "Kişilər niyə xəyanət edir?" mövzusunda 200 kişi üzərində bir araşdırma aparıb. Tədqiqatda iştirak edən kişilərin ortaq cəhətləri isə evli olmaları və hamısının həyat yoldaşlarına xəyanət etmələri olub.Araşdırmanın sonunda bu nəticələr ortaya çıxdı. Kişilərin 48%-i psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərib. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər, özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır. İkinci yerdə isə cinsi problemlər durur. Cinsi əlaqə zamanı bir-birlərini anlamayan və ehtiyaclarını təmin edə bilməyən cütlüklər arasında kişilər xəyanətə daha meyilli olur.
Tədqiqatlar göstərir ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib.
Həmçinin araşdırmalar göstərib ki, xəyanət edən bir kişi xəyanət edərkən və onda sonrakı dövrlərdə daima peşmançılıq duyğusu ilə yaşayır.
Onları xəyanətkara çevirən səbəbin qadınların, yoxsa şəraitin olduğuna psixoloq münasibəti:
Şəbnəm Sadiq:
"Kişilərə təbiətçə xəyanətkar demək səhvdir. Bunu belə izah etmək olar ki, digər cinslə müqayisədə kişilərin təlabatı daha çoxdur. Qadınlar isə bu nüansa ciddi yanaşmır. Buna kişilərin günahı kimi baxır. Əksinə qadınlar bu təlabatın çoxluğunu nəzərə alıb cinsi biliklərini artırmalıdırlar. Bizdə bu böyük problemdir. Mənim şəxsən özümün apardığım intim terapiyaları var. Müraciət edənlər terapiya müddətində intim sözünü belə yüksək səslə deyə bilmirlər. intim haqqında pıçıltı ilə danışırlar. Qadınlar həmin terapiyalarda çox zaman etiraf edirlər ki, orqazm olmurlar, sadəcə olaraq bunu təqlid edirlər. Qadınların cinsi biliklərini artırmaq üçün isə stimul lazımdır. Bu stimul da qarşı tərəfin diqqəti və yaxşı mənada tələbidir.
Kişi qadınına qarşı nə qədər diqqətli olsa, qadın da onu "razı salmaq" üçün hər şey edəcək. Bu vəziyyətdə də xəyanət ehtimalı azalır. Qadın və ya kişi olmasından asılı olmayaraq, insan həmişə yeniliyə can atır. Cinsi həyatda da yenilik vacibdir. Cinsi bilikləri artırmaq, mühiti dəyişmək münasibətlərdə əhəmiyyətlidir. Qadınlar bəzən günahı özündə axtarmır. Xarici görünüşlərinə diqqətlə kifayətlənirlər. Cinsəl həyatı problemli olan insanın gündəlik işlərinə konsentrasiya olması çətindir. Şəhərdə insanların simasına baxın: Hamısı gərgin, əsəbi. Buna səbəb ancaq maddi problem ola bilməz. Ətraf cinsi yaşantısı nataraz, kompleksli insanlarla doludur. İnsanların rəngi tutqun, qanları qaradır. Relaks üçün cinsi həyat üzərində işləmək lazımdır.
Bu problemləri şəxs özü həll edə bilmirsə, mütəxxəssisə müraciət etməlidir. intim terapiyalarına getmək, cinsi bilikləri artırmaq müsbət dəyişikliklərə yol açacaq".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 7 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri