Kişilərin çox sevdiyi 3 sevişmə tərzi (+18)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 24 748
Səs ver:
(səs: 2)
Yoldaşınızın nə vaxt və hansı vəziyyətdə, nə cür sevişmədən xoşlandığını, cinsi arzularını təxmin edə bilmək sizi sıradan bir qadın olmaqdan çıxarıb, möhtəşəm bir həyat yoldaşı edə bilər.

Yoldaşınızı çox yaxşı tanıdığınızı düşünüsünüz. Amma bəlkə hələ onda heç bilmədiyiniz yeniliklər araşdırmaq lazımdır. Məsələn, seks həyatı mövzusunda... Onun nə vaxt hansı növ sevişmədən xoşlandığını, cinsi arzularını təxmin edə bilmək, sizi adi qadın olmaqdan çıxarıb, möhtəşəm bir həyat yoldaşı edə bilər. İndi gözlərinizi bağlayın və sevdiyiniz adamın vəziyyətə görə vəhşi, romantik, yoxsa passiv seksual qadını seçim edəcəyini düşünün...

Hormon dəyişikliklərinə, stress səviyyəsinə və bəzən günün fərqli saatlarına görə sevişmə formaları dəyişiklik göstərə bilər.


Vəhşi seks

Əriniz, kişi dostları ilə bir futbol matçından qayııtdıqda və ya işdə yorucu bir gün keçirdikdən sonra sizi divara yapışdırıb, ayaq üstə sevişmək istəyi ola bilər. Bunun səbəbi, alfa instinktinin aktiv olmasından irəli gəlir.

Bir kişi hansısa idman hadisəsinə qatılanda, sırf tamaşa etmək belə olsa, tutduğu komanda qazandısa və ya iş yerində əhəmiyyətli bir müvəffəqiyyətə imza atıbsa, testosteron səviyyəsi artar. Bu cür bir hadisədən sonra sevincinə, sizin kimi bir qadına sahib olma sevincini qataraq, xoşbəxtliyini gücləndirmək istəməsi çox təbii bir haldır.

Testosteron səviyyəsinin yüksək olduğu bir başqa dövr də səhər naharından əvvəldir. Hormon, xüsusilə səhər tezdən yüksək olar və saat 10-a doğru enişə keçər. Kişilər səhər yuxudan oyananda artıq seksə hazırdırlar.


Duyğu dolu seks

Düşündüyümüzün əksinə, ümumiyyətlə kişilərin ən böyük şikayətlərindən biri, qadınların onlara seks zamanı kifayət qədər toxunmamasıdır. Romantika bağlılığını gücləndirmək üçün kişilərin də toxunulmağa ehtiyacı var. Əhəmiyyətli olan, yoldaşınızın ən çox nə zaman romantik seksə ehtiyacı olduğunu kəşv edə bilməkdir. Kişilər bu tip sevişməyi, yeni bir təcrübə yaşadıqdan sonra istəyə bilərlər. Yenilik yaşamaq, arzunu alovlandıran dopamin hormonunun səviyyəsini artırır. Bu səbəblə yoldaşınız yeni bir oteldə, düşərgədə və ya ulduzların altında romantik bir seks istəyə bilər.

Romantik seksin istənildiyi başqa bir vəziyyət də qorxuducu bir hadisə yaşandıqdan sonrakı zamandır. Qorxu və ya təhlükə duyğusu da dopamin səviyyəsinə təsir və sizə daha yaxın olmaq istəməsini təmin edir.


Yorulmadan seks

Darıxdırıcı ailə yığıncaqları, iş görüşmələri və ya yorucu işlərdən sonra yoldaşınız enerji sərf etmədən seks etmək istəyə bilər. Yorğunluq və stress kişinin seks libidosuna təsir etdiyi kimi, seks əsnasında sərf edə biləcəyi enerjini də azaldır. Bu vəziyyətlərdə etmək istədiyi tək şey, çox yorulmadan zövq almaqdır.

Kişilərin cinsi performansları ilə əlaqədar olan yüksək gözləmələr təəssüf ki, onların stresinə stress yükləməkdədir. Kişilər yüksək seks performansı proqramlaşdırıldıqları üçün enerjisiz qalmaları özlərini pis və etibarsız hiss etmələrinə gətirib çıxarar. Əgər kürək üstü yataraq sizdən ona zövq vermənizi gözləyirsə, bu sizə güvəndiyini və cinsi baxımdan kəşflərə, yeni təcrübələrə açıq olduğunu göstərir.

Hər zaman sevin-sevilin, yoldaşınızla cinsi əlaqəyə vəzifə borcu kimi yox, sevərək, istəyərək, zövq almaq üçün girin...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 24 748
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri