Qadınlar seksdən ona görə soyuyur ki... - SƏBƏBLƏRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 4 841
Səs ver:
(səs: 0)
Araşdırmalara görə, dünyada hər beş insandan birində cinsi istəksizlik müşahidə edilir. Adətən daha çox qadınlar bu problemdən əziyyət çəkir. Cinsəllikdən uzaqlaşma və istəksizlik bir çox səbəblə bağlıdır. Türkiyəli psixoterapevt Rıdvan Üneyin fikrincə, bəzən bu xoşagəlməz hallara fiziki, bəzən də psixoloji problemlər səbəb olur. QADİNLA.COM mütəxəssisin qadınlarda cinsi istəksizliyə dair fikirlərini təqdim edir.

Cinsi istəksizliyin əsas səbəblərindən biri psixoterapiya ilə bağlıdır. Cinsi həyat haqqında məlumat çatışmazlığı və ya səhv məlumatlanma qadınlarda cinsi istəksizliyə gətirib çıxarır: “Qadınlar düşünür ki, kişilər hər zaman istəklidir və qadınların cinsi istəyinin olması ayıb hesab edilir. Bu hal isə qadınların kişilərə nisbətən cinsəllikdən daha çox soyumasına gətirib çıxarır. Amerikada aparılan araşdırmalardan birinin nəticəsinə görə, kişilərin 15%-i, qadınların isə 32%-i cinsəllikdən soyuma halları yaşayır. Müsəlman ölkələrində isə qadınlara aid bu faiz daha yüksəkdir”.

Cinsəllikdən soyumanın fiziki səbəbləri

Şəkər, ürək xəstəliyi, təzyiq problemləri kimi həyatı boyu davam edən xəstəliklər, xərçəng, menopauza, istifadə edilən dərmanlar və hormonal problemlər də cinsi istəksizliyə səbəb olur. Həkimin sözlərinə görə, cinsi istəksizliyin müalicəsi var.

R. Üney qadınlarda və kişilərdə cinsəllikdən soyuma səbəblərini bu cür sıralayıb:

Qadınlarda cinsi istəksizliyin səbəbləri:

1. Cinsi mövzuda məlumatın az olması
2. Cinsi mövzularda istəkli görünərsə, bunun başqa mənalara yozulmasından çəkinmək
3. Aldadılma
4. Ön sevişmə müddətinin az olması
5. Öz bədənini bəyənməmək
6. Orqazm ola bilməmə
7. Depressiya
8. Evlilikdə uyğunlaşmanın olmaması
9. Hamilə qalma qorxusu
10. Kifayət qədər romantiklik yaşaya bilməmə
11. Kişinin qadın cinsəlliyi mövzusunda məlumatsızlığı
12. Cinsi istəkləri mövzusunda özünü ifadə edə bilməməsi
13. Cinsəlliyin başlamasını kişidən gözləmək
14. İlk təcrübənin ürəkaçan nəticə verməməsi
15. Menopauza
16. Masturbasiya etməmə
17. Vaginizm (birləşmənin olmaması)
18. Hamiləlikdə cinsəllik mövzusunda səhv məlumatlanma
19. Əmizdirmə
20. Mənəvi şiddət
21. Fiziki şiddət
22. Günahkarlıq duyğuları
23. Cinsəllikdə həyat yoldaşına itaət etmə
24. Cinsi təcavüz

Kişilərdə cinsi istəkdə azalma səbəbləri

1. Sərtləşmə problemi
2. Erkən boşalma
3. Evlilik problemləri
4. Ağır və uzun iş saatları
5. Məlumat çatışmazlığı
6. Tərəf müqabilinin istəksizliyi
7. Xəyanət
8. Həyat yoldaşından başqa qadınlarla cinsi münasibət
9. İlk təcrübənin mənfi nəticələnməsi
10. İqtisadi problemlər
11. Depressiya
12. Cinsəllikdə müvəffəqiyyətli ola bilməmə qorxusu
13. Yaşlılıq
14. Gizli homoseksuallıq
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri