Qadında güclü orqazm üçün nə vacibdir? - SORĞU

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 7 551
Səs ver:
(səs: 1)
Bluminqtonda “Seksual Sağlamlığın İrəliləyişi Mərkəzi”ndən Debbi Xerbenikin (Debby Herbenick) rəhbərliyi altında Amerika alimləri seksual həzzin alınmasının əsas üsulunu tapmaq üçün sorğu keçiriblər.

Qadinla.com bildirir ki, 1000-dən çox qadının iştirak etdiyi sorğunun nəticələri “Journal of Sex & Marital Therapy” jurnalında dərc edilib. Bu haqda “Popular Science” nəşri məlumat yayıb.
Tədqiqatçılar 18 yaşdan 94 yaşadək olan 1055 qadın arasında sorğu keçiriblər. Könüllülər özlərinin seksual davranışına aid olan bir neçə suala cavab veriblər ki, bunlardan əsasları cinsiyyət orqanlarının stimulyasiyası vaxtı aldıqları həzlər və ümumiyyətlə, cinsi əlaqə zamanı seçimlərlə bağlıdır.
Respondentlərin 18 faizi bildirib ki, həzzin alınması üçün cinsi əlaqə kifayətdir. 37 faiz qadın cinsiyyət orqanlarının əlavə stimulyasiyasının mütləq olduğunu vurğulayıblar. 36 faiz qadın bildirib ki, stimulyasiya vacib deyil, lakin bu, orqazmın güclü olması üçün edilə bilər. 6 faiz isə sekslə məşğuliyyət zamanı orqazm almadıqlarını vurğulayıblar.
Daha əvvəl bu qrup “PLOS One” jurnalında məqalə dərc edərək, bildirmişdi ki, seks zamanı diqqəti öpüşlərə və romantik frazalara ayırmaq lazımdır. Həmçinin məkanda müsbət atmosfer yaratmaq da vacib şərtlərdəndir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 7 551
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri