Sevmədiyinlə intim mənfi təsirə malikdir

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 569
Səs ver:
(səs: 0)


Mütəxəssislərin araşdırmaları nəticəsində məlum olur ki, intimlə məşğul olmaq ömrü uzadır və sağlamlığı möhkəmləndirir.
intimin təsiri hər hansı sahə ilə məhdudlanmır. Həkimlər iddia edirlər ki, eşq həzzi - dərmandır, hansını ki, kardioloqlar, immunoloqlar, endokrinoloqlar və hətta onkoloqlar da öz müalicəsində istifadə edə bilər. Doğurdamı intim bütün naxoşluqları müalicə edir?

intimdən ağıllanırlar?

Almaniyada alimlər aydınlaşdırdılar ki, intimlə məşğul olmaq beyinin boz maddəsindəki qəfəsləri stimullaşdırır, müntəzəm intim isə bu qəfəslərin fəallığını uzun müddət təmin edir. Bu tədqiqatlardan sonra sadə nəticə çıxartmaq olar — axmaqlaşmamaq üçün intim faydalıdır. Amma yalnız intimlə məşğul olaraq ağıllanmaq da mümkün deyil.

intim cavanlaşdırır?

Şotlandiya psixoloqları bir neçə min insanın müayinəsini keçirdilər və nəticə çıxartdılar ki, həftədə üç dəfə və ya daha çox cinsi əlaqədə olanlar öz həmyaşıdlarından 10 yaş cavan görsənirlər. Alimlər bunu onunla izah edirlər ki, intimlə məşğul olan zaman orqanizmdə ağrının və narahatlığın azalmasını tənzimlə xüsusiyyətlərinə malik olan endorfin hormonlarının mübadiləsi sürətlənir. Hətta onları "həzzin hormonu" da adlandırırlar.

intim infarktdan qoruyur?

Kristian Bernard dünyada ilk dəfə ürəyin dəyişilməsi əməliyyatını həyata keçirən məşhur cərrahdır. O iddia edirdi ki, intim — ürəyi və damarları sağlam saxlamağın ən gözəl və ən xoş üsuludur. Ürəyin öyrənilməsi üzrə Britaniya fondunun mütəxəssisləri onunla tamamilə razıdır. Mütəxəssislər deyirlər ki, sevdiyi insanla müntəzəm intimlə məşğul olmaq infarktın qarşısını almağa bacarıqlıdır. Məsələ ondadır ki, intim fiziki yüklənmə kateqoriyası olan "aerob" (damarlar üçün faydalı olan, qanı oksigenlə təmin edən) zonasına daxil olur. Bura ağır qaçışı, tennis və rəqsləri aid edirlər.

Yapon alimləri sevdiyi həyat yoldaşlarını aldadan və təsadüfi münasibətlərə üstünlük verən kişilərdə intimlə məşğul olan zaman ürək tutması riskinin çox olduğunu sübut edərək İngiltərədəki kolleqalarını təsdiq etdilər. Amma sadiq ərlərdə (sözsüz ki, sevdiyi qadınla nigahdadırsa) — intim yalnız sağlamlıq üçün "işləyir" və intim onları müalicə edir!

intim – panaseya (panaseya – bütün xəstəlikləri sağaldan dərman deməkdir)?

Həkimlər tərəfindən intimin endokrinoloji xəstəliklərin mülicə etmək və menstruasiya dövrünü normallaşdırmaq (hormonların təkmilləşdirməsinə təsiri nəticəsində) kimi müsbət xüsusiyyətləri olduğu aşkar edilmişdir. Həmçinin, intim dayaq-hərəkətedici orqanların xəstəliklərinin profilaktikası da ola bilər. O, tənəffüs gimnastikanın alternativi kimi xidmət edə bilir. intimlə məşğul olmağın immun sisteminə də müsbət təsiri sübüt olunmuşdur. Alimlərin dediklərinə görə intim psixi xəstəlikləri də müalicə edir, həzmi aktivləşdirir. Yunan alimləri belə nəticəyə gəldilər ki, intim orqazmi döş xərçəngindən müdafiə edir.

intim baş ağrının dərmanıdır?

Yoldaşı ilə cinsi münasibətə girmək istəyi olmadığı an “Başım ağrayır” ifadəsindən istifadə edən qadınlar artıq yeni “bahənə” axtarmağa başlasınlar. Alimlər baş ağrısında ən yaxşı dərmanın intim olduğunu elan etdilər. Yenə də endorfin-analgetiklərin sayəsində. Buna görə indi baş ağrısına intimlə məşğul olmaq üçün “bahənə” kimi baxmaq lazımdır, intimdən qaçış kimi yox.

Sözsüz ki, heç bir tədqiqatlara güvənməmək olar. Alimlərin nəzəriyyələrini və təxminərini təkzib etmək olar. Amma zövq verən şeylər – həyatı uzadır fikrini təsdiqləyən həyat müdrikliyi və təcrübəsi ilə mübahisə etmək qəliz məsəlidir.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri