Qadın orqazmının heyrətamiz tərəfi üzə çıxdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 943
Səs ver:
(səs: 0)
ABŞ-ın Rutger Universitetinin alimləri qadın orqazmının mərkəzi sinir sistemi ilə əlaqəsinə dair maraqlı nəticə ortaya çıxarıblar.

Mütəxəssislər cinsiyyət orqanlarının stimulyasiyası zamanı neyronların aktivliyini qeydə almaq üçün funksional maqnit-rezonans tomoqrafiyasından istifadə ediblər. Məlum olub ki, cinsi həzz zamanı bir neçə beyin mərkəzi birdən işə düşür.

Araşdırmada 40 qadın iştirak edib. Onların içərisindən cinsi akt zamanı ən güclü orqazm hiss edən 10 nəfərin göstəriciləri analiz olunub. Qadının özü, yaxud kişi partnyoru tərəfindən klitoral stimulyasiyası zamanı onun beyni skaner olunub.

Aydın olub ki, stimulyasiya zamanı beynin aktivliyi yüksəlir, orqazmdan sonra isə aktivlik aşağı düşür. Bu zaman beyindəki bir neçə mərkəzdə fəallaşma qeydə alınıb. Məsələn, alimlər müşahidə ediblər ki, orqazm zamanı hippokampda (emosiyalar və yaddaşın möhkəmlənməsinə xidmət edir), badamvari cismdə (emosional reaksiyaları və qərar qəbul etmə bacarığını şərtləndirir), hippotalamusda (orqanizmdə hemostazı təmin edir), beyincikdə və başqa strukturlarda ciddi aktivləşmə meydana gəlir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri