Səni istəyir, ya yox? - 7 SÜBUTU

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 562
Səs ver:
(səs: 1)
Aranızda heç cür adlandıra bilmədiyiniz bir cazibə olduğuna inanır, ya da bu məsələdə nə hiss etdiyinizi hələ də dəqiqləşdirə bilmirsiniz?

Bu bəndlərin hamısı sizə uyğun gəlirsə, demək ki, aranızda cinsi cazibə var.

- Ona yaxınlaşdığınız zaman qəribə davranırsa. Əgər aranızda heç bir şey yoxdursa, onun yanında oturarkən oturuşunu dəyişməyəcək. Amma onunla aranızda cinsi cazibə varsa, qəribə davrana bilər. Çiyniniz ona dəydiyində fərqli reaksiya göstərirsə, tez uzaqlaşmağa çalışır, ya da yolunu dəyişdirirsə, əlinizdə 1 sübutunuz artıq var demək.

- Bütün günü gözlərinizin içinə baxırsa. Eyni məkanda ikən gözünüz ona sataşanda uzun-uzun baxışırsınız? Gün boyu bu hal təkrarlanırsa, aranızda cinsi cazibə, istək var demək. Çox insan birinin gözlərinə uzun müddət baxmağa maraqlı deyil. Bu, yalnız özəl hallarda yaşana bilər.


- Bədən dili. Eyni yerdəykən bədəni və üzü həmişə sizə tərəf dönük vəziyyətdədir, ya da ən kiçik fürsətləri sizə toxunmaq üçün bəhanə olaraq istifadə edir.

- Səs tonu. Bir kişi sizi bəyənirsə, sizin yanınızda səs tonu dəyişir. Sizinlə söhbət etməsə belə, onunla eyni yerdəykən səs tonuna diqqət edir. Daha alçaq səs tonu ilə danışmağa çalışır, yüksələn səs tonunu azaltmağa çalışacaq.

- Açıq-saçıq zarafatlar. Cinsi məzmunlu zarafatlar edərkən davranışlarına diqqət edin. Seks barəsində danışarkən də sizin gözlərinizin içinə baxmağa çalışacaq.

- Səssizlik problem yaratmırsa. Çox vaxt iki insan danışarkən səssizlik yaranması sıxıcı bir hal alır. Amma iki insan arasında cinsi cazibə, istəyin olması bu səssizliklərdən narahat olmağı əngəlləyir.

- Siz yalnız ikən işlər dəyişirsə. Ətrafınızda başqaları yox ikən və baş-başa ikən işlər dəyişirmi? Bir az diqqətli incələyin. Baş-başa ikən danışdığınız mövzular, davranışlarınız başqa insanların yanındaykən dəyişirsə, özəl bir şeylər paylaşırsız, demək.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri