Oğlanlar baz, qızlar isə nimfomanka...

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 14 527
Səs ver:
(səs: 0)

 

Nimfomaniya – bu qadında hiperintimuallıq, cinsiyyət meylinin qeyri-normal güclənməsi və orqazm həyəcanına qabiliyyətin artması deməkdir.
Bu terminin mənşəyi kifayət qədər bədiidir. Qədim yunan miflərinə əsasən, nimfalar öz həvəslərini söndürmək üçün kişiləri meşəyə qaçırdırdılar. Nimfomaniyanın qəbul olunmuş digər adı var – “uşaqlığın quduzluğu”. Bu məna Platona aiddir. O izah edir ki, “uşaqlıq – qadının bədənində yerləşmiş və cinsiyyət funksiyalarını yerinə yetirmək istəyən vəhşi heyvandır. Uzun müddət hamilə qalmağa müvəffəq olmayanda, o quduzlaşır və hər cür naxoşluqlara qədər qadını çatdıraraq bütün bədən üzrə dolaşmağa başlayır”. Sözsüz ki, hamı buna bir əfsanə kimi yanaşır.
Nimfomaniya – qadında intimual istəyin həddindən artıq çox olması deməkdir. Bu əslində bir növ xəstəlikdir. Qadın bir gecə ərzində 30 dəfə orqazm yaşaya bilir. Bir kişinin də bunu təmin etməsi mümkün deyil. Qadın təmin olmayanda, olanla kifayətlənməyə məcbur olur. Nimfomaniya əlamətləri müşahidə olunan qadınlar 9 ildə 10.000 kişi ilə münasibətdə olduqlarını qeyd edirlər.
Nimfomaniya yalnız qadınlara deyil, onların cinsiyyət partnyorlarına da əzab verir. Çoxsaylı orqazmlar vaxtı nimfoman cinsi istəklərinin təmin olunmasına nail ola bilmir və partnyorunun imkanları onu qane etmir.
Səbəbləri
İlk olaraq onu qeyd edim ki, təbiət yaradılışı üzrə bu tip qadınlar "həmişə istəyirlər" fikrini dəstəkləyən kişiləri məyus olacaq. Güclü cinsiyyət meylinin fonunda nimfomaniya kifayət qədər nadir rast gəlinən prosesdir. Çox tez-tez hallarda nimfomaniyaya psixi xəstəliklər (maniakal-depressiv psixoz, şizofreniya, psixopatiyalar, hipertimik təzahürlərlə), hormonal pozğunluqlar, yumurtalıqlarda müəyyən şişlər və hipofiz səbəb olur.
Bundan başqa, yalançı nimfomaniya var ki, qadınlar intimual olmayan motivlər əsnasında bir çox kişilərlə cinsi əlaqəyə girirlər. Məsələn, öz cazibədarlığından arxayın olmayan qadın. Və bunu nimfomaniya ilə əlaqələndirirlər.
Diaqnoz və müalicə
Normanın məhdudiyyətləri və patologiyası arasında sərhəd hiper intimuallıqda elə də aydın deyil. Nimfomaniya əlamətləri olan qadın yüksək libido olmasını üstünlük hesab edərək, bu xəstəlik barədə narahat olmurlar. 
Nimfomaniyadan əziyyət çəkənlər o vaxt həkimə müraciət edirlər ki, yüksək libido normadan artıq olur və ya bu prosesin əks tərəfin xoşuna gəlmədiyini görür.
Əgər sizi yüksək libido narahat edirsə, o zaman hisslərinizi idarə etməyə çalışın və intim haqqında düşüncələrdən yayının:
- işdəki məsuliyyətinizi artırın;
- trenajorla məşğul olun (yalnız məşqçi ilə tək qalmamaq şərti ilə);
- sakitləşdirici ot dəmləmələri için;
- intimual istəyi artıran məhsullardan imtina edin: dəniz məhsulları, pendir, şokolad, qoz və s.
Bütün cəhdlər nəticəsiz olsa, onda intimoluqa müraciət edin. O, lazım olan müayinələri aparacaq, səbəbi müəyyən edəcək və lazımlı müailəcəni təyin edəcək.

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 14 527
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri