Mübahisə zamanı,bu sözləri heç vaxt deməyin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 3 134
Səs ver:
(səs: 0)
BOŞANMAQ ISTƏYIRƏM!

Bəzən söylədiyiniz sözün geri dönüşü olmaz.Üzr istəmək də bir işə yaramaya bilər.Bu cümləni söyləməyin,çünki geri dönüşü olmayan bir yola girə bilərsiz.

EYNƏN ATAN KIMISƏN!

Birilərini ailə fərdlərinə bənzətmək,sadəcə o şəxsə deyil,digərinə də həqarət etmək deməkdir.Hər kəs özü ayrı fərddir,onu hər hansı birinə bənzətməyin.

TƏHQIR ETMƏYIN!

Onu alcaldacaq sözlər söyləməyin.Kişiliyini və şəxsiyyətini aşağılayan söyüş və təhqirlər etməyin.Qorxaq,fərasətsiz və s.

UŞAQ SƏNƏ GÖRƏ BELƏ OLDU!

Uşağınızı davanizin mövzusuna çevirməyin.O sizin əlinizdə bir alət deyil.Uşağı mübahisənin xaricində tutun.

KÖHNƏ PROBLEMLƏRI HƏR DƏFƏ AÇIB AĞARTMAYIN!

Keçmişdə olmuş bir olayı hər dəfəsində önə çıxararaq mübahisə halına gətirməyin.

HƏR ZAMAN BELƏSƏN!

Ondan şikayətçi olduğunuz mövzunu, mubahisə zamanı üzünə vuraraq,onun davranışını düzəldə bilməyəcəksiniz.

NIYƏ HIRSLƏNDIN?

"Madam ki,günahkar deyilsən,niyə hirslənirsən?" cümləsi,qarşıdakı insanın hirsini iki qatına çıxara bilər.Dava edərkən niyə hirsləndiyini soruşmaq,yaraya düz səpməyə bərabərdir.

MƏNIMLƏ INDI DANIŞACAQSAN!

Sizinlə o anda danışmasını istəməniz,onu məcbur etmək və gərginləşdirməkdən başqa bir isə yaramaz.Gerçəkdən danışmaq istəyirsinizsə ikiniz üçün də,uyğun zamanı gözləməlisiz.

HƏR ŞEYIN GÜNAHKARI SƏNSƏN!

Təyyarəyə gecikməkdən tutmuş,yağışın yağmasına qədər hər şeydə onu günahlandırsaz,onda sizin söylədiklərinizin heç bir dəyəri qalmayacaqdir.

ŞIDDƏTƏ SÖVQ ETMƏK!

Bədən dili şiddətə yönəlmiş,lakin özünü kontrol altında saxlayan bir kişiyə "Bir də vuracaqsan?" "Kişisənsə vur" kimi cümlələr deyib,onu şiddətə sövq etməyin.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 134
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri