Toy gecəsi həyəcanı...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 13 257
Səs ver:
(səs: 1)
Yeni evlənən cütlüklərdə evlilik qorxusu ilə yanaşı, ilk toy gecəsi həyəcanı da yaşanır.

İlk gecə qadında da, kişidə də fərqli qorxular yaradır. Həmin qorxuların qarşısını necə almalı, nə etməliyik?

İlk gecə ilə bağlı bəzi şeylər həm qadının, həm də kişinin narahatlığına səbəb olur. Qadın üçün ilk cinsi əlaqədə çox ağrı hiss etmək, çox qanama olmağı, ya da heç qanama olmaması - bəkarətin sübutu kimi, kişilərdə isə sürətli ereksiya, yaxud əksinə, ereksiyanın baş tutmaması, yoldaşının cinsi ehtiyacını ödəyə bilməmək, penisin ölçüsü ilə bağlı bəzi sıxıntılar ön plandadır.

Səhv inanclardan qurtulmağın yolu

Səhv inancları dəyişdirmək və cütlükləri sakitləşdirmək olduqca çətindir. Məlumatsızlıq və qorxu ilə yaşanılan ilk cinsi əlaqə cütlüklərin bir-birinə olan sevgi və hörmətlərini itirmələrinə və təqsirlilik hissləri ilə bir-birilərindən uzaqlaşmalarına səbəb olur.

Cütlüklərin ilk gecədən mükəmməl evlilik və mükəmməl seks həyatı gözləməyi səhvdir. Yeni evlənənlər və ya evlənməyə hazırlaşanlar düzgün cinsi məlumatlar almalı, oxumalı və cinsi orqanlarını tanımalıdırlar. Üstəlik cütlük sekslə bağlı söhbətlər etsə, nələri xoşlayıb-xoşlamadıqlarını bildirsələr, daha yaxşı olar.

Cütlük bir-birini yetəri qədər tanıyar, ilk gecə ilə bağlı daha real gözləntilərə sahib olar və sadəcə həmin anlara diqqətini cəmləşdirib sevişməyin dadını çıxarar. Cütlük ilk gecə ilə bağlı boş-boş xəyallar qurmaqdansa, reallığa əsaslansalar, xəyal qırıqlığına daha az uğrayarlar.

Mənbə: Qadinlar.Co
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 13 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri