Xasiyyətimiz uyğun gəlmir - NƏ ETMƏLİ?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 536
Paylaş:
Səs ver:
(səs: 0)
Uzun müddətdir ki, birlikdəsiniz. Bir-birinizi dəli kimi sevir, ayrılmağı ağlınıza belə gətirmirsiz. Amma... Sizi rahat buraxmayan bir maneə var: ziddiyyət. Əgər xasiyyətiniz bir-birinin tam əksidirsə, onda yüz faiz sizə darıxdırıcı olmayacaq. Ancaq bir-birinə əks olan mübarizə və cəlbetmə münasibətlərinizi yora bilər.

Fərqli fikirlər, həyata fərqli baxışlar, bir-birini başa düşməmək münasibətləri korlayan amillər sırasında birincidir. Görəsən, bu şərtlər altında münasibətləri saxlamaq mümkündürmü?! Çıxış yolunu necə tapmalı?
Belə bir deyim var: «Ziddiyyət həmişə cəlb edir». Ömrünün sonuna kimi birlikdə yaşayacağın insanı seçərkən bu fikirlə razılaşmaq çox çətindir. Sənin həyata baxış tərzinə fərqli yanaşan, onu qəbul etməyən bir insanla necə yaşamaq olar? Başqa adət-ənənələrlə böyüdülmüş biri ilə necə yola getmək olar?

«Mənim ən yaxşı sevgilim» filmini xatırlayın: filmin 30 yaşlı qəhrəmanı 20 yaşlı bir gənc oğlana aşiq olur. Onlar arasında ehtiraslı sevgi yaranır. Amma onların fikirləri heç vaxt üst-üstə düşmür: qadın zərif, sərbəst və müvəffəqiyyətlidir, həmişə səliqəli geyinir. O, ərə gedib, gözəl ailə sahibi olmaq, övlad dünyaya gətirmək istəyir. Oğlansa öz dar cinsində, saçları dağınıq halda dolaşır. Evlənməyi, ata olmağı ağlına belə gətirmir. Sonda bir-birini sevən cütlük ayrılmaq məcburiyyətində qalır. Ayrılığa dözə bilməyən sevgililər filmin sonunda evlənirlər.
Əlbəttə ki, bu, ssenaristlərin «xoşbəxt sonluq» ssenarisidir. Real həyatda isə hər şey belə gözəl olmur. Sevdiyin insanla ümumi cəhətləriniz az olduğu halda xoşbəxt ailə qurmaq mümkündürmü?

Başa düşməyə çalışaq – necə etiraz etməliyik ki, yarımızın xətrinə dəyməyək və xoşbəxtliyimizi qoruya bilək

Bayquş – torağay
O, əsl torağaydır; saat 9 olan kimi yatmağa gedir. Sənsə bayquş kimi gecə yatmaqdansa, birlikdə maraqlı filmə baxmağa, söhbət etməyə üstünlük verirsən. O isə əsnəyə-əsnəyə «yuxum gəlir» deyib, gözlərini yumur. Hətta sənə diqqət də göstərmir. Sən isə ondan incəlik, nəvaziş gözləyirsən. Bu halın yaxşı tərəfi də var.
Onun üçün saatın zəngini qurmağa ehtiyac yoxdur: o, saat 6 olan kimi ayağa qalxır, səni qucaqlayıb, üzündən öpür, sonra da sağollaşıb işə gedir. Amma ondan incidiyin üçün qarşılıq göstərə bilmirsən. Tək bir şey istəyirsən – sakitçilik və səhərin şirin yuxusu. Onu dəyişmək? Bu, o qədər də asan deyil.

Cütlüklərin tipik problemləri:
Aktivlik müddətinin üst-üstə düşməməsi
Sevgilini istədiyin kimi dəyişməyə çalışmaq
Bu vəziyyətdə özünü günahkar hesab etmək

Həqiqətən də: «Torağaylar» belə bir deyimlə yaşayırlar: «Kim tez durur, Allah ona ruzi verir». «Bayquşlar» isə öz növbəsində hələ ta qədim zamanlardan gecə insanları qoruyurlar. Mütəxəssislər isə hələ də iddia edirlər ki, sağlamlığı qorumaq üçün bioloji ritmə diqqət yetirilməlidir.

Nə etməli?
Psixoloq məsləhəti: Əvvəlcə hakim və günahkar oyununu bir kənara qoyun. Böyük insanlar hər bir vəziyyətdə uyğun çıxış yolu tapmağı bacarırlar. Əgər sənin sevgilin hər gün tezdən durmağı xoşlayırsa və bu hal səni narahat edirsə, bunu böyüdüb, söz-söhbətə gətirib çıxartmaq lazım deyil. Ondan xahiş et ki, səhərlər sənin görəcəyin bütün işləri təxirə salsın. Əgər onun tez yatıb, səninlə maraqlanmadığına üzülürsənsə, bunun da çarəsi var: o, yatağa getməzdən əvvəl 10 dəqiqəsini sənə ayırmağı xahiş et. Əmin ol, etiraz etməyəcək, onunla gündəlik işlərinizdən, etdiklərindən, baş verənlərdən danış. Ondan gününün necə keçdiyini soruş, onun səni qucaqlamasını istə. O, yuxuya getdikdən sonra isə rahatca öz işlərinlə məşğul ol: filmə bax, internetdən məlumatları oxu… Beləcə, hər ikinizdə həyat ritminə qarşı sinxronluq yaranacaq.
Hər şeyi başqa cür də edə bilərsən: yaxşı olar ki, səhər tezdən oyanıb idmanla məşğul olasan, yoqa edəsən. Bu, gün ərzində sənə gözəl enerji verəcək. Sevgilinsə hər səhər «yatmış gözəl»lə qarşılaşmaqdan qurtulacaq.

Unutma:
Bütün münasibətlərin başlanğıcında hər iki tərəf öz həyat rejimlərini və qaydalarını bölüşməlidirlər. Əgər münasibətlər lazımı qədər yaxın və güclüdürsə, onda hər iki tərəfin həyat qaydaları zamanla öz-özlüyündə uyğunlaşacaq. Bunun üçün isə güc və səbr lazımdır.

Biz səninlə iki sahilik
Sənin yeni tanış olduğun və ilk baxışdan vurulduğun sevgilin «həyatının inkişaf perspektivinə» aid olmayan mənasız işlərlə maraqlanırsa? Həmin an hiss edəcəksən ki, siz ayrı dünyaların insanlarısız. Onu sənə bağlayan heç nə yoxdur – O, yaddır.
«Bir-birinə yaxın qəlb!» - bu, xətasız münasibətin başlanğıcıdır. O, sənin səviyyəndədir, qan qruplarınız uyğun gəlir və həyata səninlə eyni prizmadan baxır. Bu, həyatın ağır məqamlarında sənə dəstək olacaq mənbə deməkdir. Və əlbəttə ki, qəlblər belə yaxın olmayanda uzunmüddətli münasibət təsəvvür etmək mümkün deyil. Bu ayrıfikirlik münaqişəyə səbəb olur: gündəlik söz-söhbət, dava-dalaş hər iki tərəfi bezdirir. Nəticədə... ayrılıq.

Psixoloq məsləhəti:
Güclü cazibə cütlüklər arasındakı bəzi hallarda tərəfləri azdırır. Cütlüklərin bənzərliklərinin çox olması sonralar ortaya çıxacaq fikir ayrı-seçkiliyinə qarşı gözləri bağlayır. Bir neçə müddətdən sonra fərdi ayrıseçkilik əvvəlcədən cızılan planları məhv edir. Bu da hər iki tərəfdə güclü məyusluq əmələ gətirir, hətta münasibətləri tamamilə məhv edir.
Və ya… Cütlüklərin xasiyyəti bir-birinə çox oxşayır. Qəribə olsa da bu halda da münasibət qurmaq uğurlu alınmır. Çünki anlaşılmazlıq olanda onu həll etməyi hər iki tərəf də bacarmayacaq. Hər iki hal ailənin dağılmasına gətirib çıxarır. Buna görə də münasibətlərdə hər şey öz qədərində olmalıdır. Fikirlər ayrı və ya bir ola bilər. Əsas odur ki, cütlük arasında anlaşma, problemləri həll etmək qabiliyyəti olsun.

Menecer – frilans
Sən menecersən. Sevgilinsə hələ ştata götürülməyən sərbəst işçidir. Onun işi internetdən sifarişlər qəbul etmək və ünvana çatdırmaqdır. Evlənməzdən əvvəl hər ikiniz iş rejiminin uyğunlaşdığına əmindiniz. Evləndiniz. İlk günlər hər şey yolunda gedirdi. Amma sonra... Sevgilin səhərə kimi internetdə oturur, bəzən elə olur ki, o sifarişi gecə saat 4-də çatdırmalıdır. O isə sakit hərəkət etməyi qətiyyən bacarmır. Bu, sənə mane olur. Hər səs eşidəndə sən «sakit ol, səhər işə getməlisən» deyirsən. Günlərlə oturub söhbətləşə bilmirsiniz: sən işləyəndə o yatır, sən yatanda isə o işləyir. Hətta ev işlərini də lazımı qədər çatdıra bilmirsən: ərinin köynəkləri vaxtında ütülənmir, yemək hazır deyil. Nəhayət, həyat yoldaşın səndən işdən çıxıb evdə oturmağı tələb edəcək. Nəticədə, cütlük arasında söz-söhbət yaranacaq.

Cütlüklərin tipik problemləri:
Frilansın işinin qiymətləndirilməməsi
Ev işlərini onun boynuna yıxmağa çalışmaq
Ünsiyyətin çatışmazlığı

Həqiqətən də: Gəlin etiraf edək; çoxlarımız frilans, eləcə də ştatdankənar işə ciddi yanaşmırıq. Amma heç ağlımıza belə gətirmirik ki, bu işdə çalışanlara da ehtiyacı olanlar var. Əgər frilans qadındırsa, onu «evdar qadın» adlandırmaq olmaz. Unutmayın ki, evdə oturub, iş təşkil etmək ofisdə işləməkdən də çətindir. Buna qaydaya salınmayan iş rejimini də əlavə etsək – partnyorunu asanlıqla anlaya bilərsən.
Nə etməli?

Psixoloq məsləhəti:
Nə qədər də «bizim aramızda iş fərqi yoxdur» desəniz də yanılırsız. Hər iki cütlük aralarındakı iş səviyyəsinə fikir verməlidir. Yüksək vəzifədə çalışan bir qızın özündən qat-qat aşağı işdə işləyən biri ilə münasibət qurması çox nadir hallarda alınır. Yaxşı olar ki, bir-birinizə işinizdə dəstək olasız. Kişilər çox vaxt işdə əzilməyi sevmirlər. Buna görə də gərək qadın həmişə kişiyə dəstək olsun. Onda sevgilin daha çox çalışacaq ki, sən onunla fəxr edəsən. Hətta ona işi ilə bağlı məsləhətlər də ver. Əgər sizin dünyagörüşünüz bir-birindən tamamilə fərqlənirsə, bu münasibətlərə heç də xeyir gətirməyəcək.
Unutma:
Yad bir həyat rejiminə müdaxilə etməyin sonu o qədər də ürəkaçan olmur. Ola bilsin ki, işləri qaydaya salmaq və bir-birinzə vaxt ayırmaq münasibətləri normada saxlasın. Əsas odur ki, sən ona qarşı dürüst ol. Hər addımda onu əzmə, işini təhqir etmə. Yoxsa o səni sevdiyinə məhəl qoymadan ayrılmağı təklif edəcək.

Simic – bədxərc
Onunla tanış olan gündən anladın ki, sənin namizədin pulu kağız kimi xərcləyir. «Buket-konfet» ərəfəsində bu, çox romantik görünürdü. Münasibətlər ciddiləşdikdə isə bu, heç də xoş hal deyil. O, bahalı restoranlarda nahar etməyi, brend paltarlar geyinməyi xoşlayır. Amma evlənmək vaxtı çatanda hələ imkanı olmadığından şikayətlənir: evin təmirə ehtiyacı var, qızıllar alınmalıdır... Onun maaşdan qalan pulu yalnız avtomobilinin kreditinə bəs edir. Sən sevgilindən xahiş edirsən ki, xərclərinə fikir versin. Bu söz onu qıcıqlandırmaqdan başqa bir işə yaramır. O, sənə əsəbiləşir: sən həyatımı istədiyim kimi yaşamağa imkan vermirsən, özünü sərt anam kimi aparırsan.

Xasiyyətimiz uyğun gəlmir - Nə etməli?

Cütlüklərin tipik problemi:
Qarşılıqlı inamsızlıq
Maddi imkansızlıq
Sağlam olmayan münasibətlər – biri hər şeyi qaydaya salmağa çalışır, digəri...
Həqiqətən də: Pul – münasibətlər arasında ən dəhşətli mövzudur. Biz qadınlar kişilərin həyatına müdaxilə edirik: qazancına, sərbəstliyinə, uğurlarına və rahatlıqlarına. Bütün bunları qaydaya salmaq üçün isə pul xərcinə qarışmalıyıq. Bu da münasibətləri döyüş meydanına çevirir: bütün günü söz-söhbət, narazıçılıq. Həyatın ən çətin anlarından biri odur ki, pulun hər şey olduğunu düşünürük. Amma qəlb incəliyi puldan asılı deyil.
Nə etməli?

Psixoloq məsləhəti:
Məsələni müdrikcəsinə həll etmək lazımdır. Burada əsas amil odur ki, özünüzü uşaq-valideyn kimi aparmayasız. Kişilər qadınların simicliyini böyüdüb, dramatik hala gətirməməlidirlər. Çünki qadın ailəsini qorumaq, gələcəkdə daha böyük problemlər yaşamamaq üçün xərclərə nəzarət edir.

Unutma:
Cütlüklər xərclərə fərqli baxdıqda mübahisələrin yaranması normaldır. Buna görə də ümumi büdcə yaratmaq vəziyyətdən çıxış yolu ola bilər.

Ekstravert – introvert
O, enerjilidir, bütün günü əylənməyi, gəzməyi xoşlayır. Sənsə sakit evdə oturmağı, istirahət etməyi, kitab oxumağı arzulayırsan. Bu fərqliliyə baxmayaraq, sizi bağlayan nəsə var, amma bu, həmişəlik deyil. İlk çətinliklər başlayır. Səs-küylü kompaniyalarda sən narahat olursan, hətta çox vaxt evdə qalmağa üstünlük verirsən. Sevdiyin insanın ətrafında qısaətəkli, açıq-saçıq geyinmiş qızları görmək səni özündən çıxardır. Sən sevgilinə inanırsan, amma özünü onlarla müqayisə etdikcə, dəli olursan. O, tez-tez xətrinə dəyir, sənə ancaq iradlar tutur.

Cütlüklərin tipik problemi:
Qarşılıqlı təhqiredici hərəkətlər
Fərqli asudə vaxt və qısqanclıq
Özünü qiymətləndirilməyən hiss etmək

Həqiqətən də: Psixoloqlar həmişə «ekstravert» və «introvert» ifadələrinə diqqətlə yanaşırlar. Çünki daxili ünsiyyətsizlik müxtəlif səbəblərə gətirib çıxara bilər. Əgər hər iki tərəf bir-birinə ruh verirsə, o zaman münasibətlər pozitiv olur. Bu münasibətdə oğlan sevdiyi qadının ünsiyyətinə ehtiyac duyur, qızsa ondan həyata daha sadə baxmasını tələb edir.

Psixoloq məsləhəti:
Nə etməli?
Əgər sən sevgilinə «qəlb həmdəmi» olmaq istəyirsənsə, onunla daha çox ünsiyyətdə olmağa çalış. Xasiyyətdəki ciddi dəyişikliklər uzun vaxt alır, onun məhv olması isə olduqca sürətlidir. Bundan başqa ondan tez-tez düşüncələri, ideyaları, arzuları haqqında soruş. Sənin həqiqi marağın daxili dünyanı ona nümayiş etdirməyə kömək edəcər. Əgər ev rahatlığı hər hansı bir şənlikdən vacibdirsə, sevgilindən səninlə yalnızlığı bölüşməsini tələb etmə. Qoy, o səninlə vaxt keçirtməyin, yoxsa şənliyə getməyin vacib olduğuna özü qərar versin. Unutma: «qadağa olunan vasitə həmişə şirindir». Təkbaşına vaxt keçirə biləcəyin vasitələr axtarmaq pis olmazdı. Məsələn: forumlara gir, internetdə keçirilən kulinariya kurslarına üzv ol, evinin yaxınlığındakı fitnes, yoqa və ya rəqs kurslarına get. Bu məşğuliyyət növlərində sevgilinin sənə göstərmədiyi dəstəyi tapa bilərsən. Əmin ol ki, o da bir gün əyləncəsindən bezib, sakit həyat arzulayacaq. O zaman ömrünün sonuna kimi ən gözəl yerin sənin yanında olduğunu anlayacaq.

Hər şeyə rağmən biz birlikdəyik!
Düşünürük ki, hər mövzuda sən özünəuyğun bir hissə tapdın. Bu yerdə yaranan mübahisəni aydınlaşdırmaq sənə asan olacaq, əgər özünə sual versən:
O, sənə heç kimin verə bilməyəcəyi nəyi verir?
Onun bu hərəkətləri 10 ildən sonra da səni maraqlandıracaqmı?
O, hansı vacib amili verməyə qadir deyil?
Birdən 10 il sonra bunu problem etməyə başlasan?
Və ən əsası: O, 10 ildən sonra özünü necə görür?

Əgər siz həyat yolunuzu fərqli yollarla gedirsinizsə, onda birlikdə yüksəliş olmayacaq. Yox, yenə yolunuzun bir olduğunu fikirləşirsənsə, onda xatırla: insanlar fərqli vərdişlərə görə yox, yola getməyi bacarmadıqları üçün boşanırlar. Elə burada da sizə birlikdə qalmaq üçün hörmət, nəzakət, incəlik və səbr kömək edəcək.
Əgər sevginiz güclüdürsə və ayrı yaşaya bilməyəcəyinizi anlayırsınızsa, onda bütün problemlərin öhdəsindən gəlməyi bacaracaqsınız.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 536
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
her bir insan problem yasayir ama burda yazilan ele problem vardiki artiq onlarin cozumu ayrilmaqdir gec olmadan
6 iyun 2018 22:52
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Gultekin.A
Maragli melumatdi.Aile qurdugda problemler artir .bir mesel var biri od olanda biri su olmalidirki aile mohkem olsun.
6 iyun 2018 22:36
2
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
6 iyun 2018 18:13
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri