Ən absurd və gülməli boşanma səbəbləri - 1

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 2 092
Səs ver:
(səs: 0)
1- 2011-ci ildə ıtaliyalı 99 yaşlı bir kişi boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbəb isə kişinin 96 yaşlı arvadının 1940-ci illərdə öz məşuqəsinə yazdığı sevgi məktubları olub. Kişi təsadüfən məktubları tapıb və arvadını boşamaq qərarına gəlib. Beləliklə bu yaşlı cütlük, dünyada ən yaşlı boşananlar kimi tarixə düşüblər.

2- 67 yaşlı rumınıyalınin isə 6 aylıq nigahı arvadiyla uyumsuzluq nəticəsində pozulub. Uyumsuzluq isə qadının pişiyinin, kişinin çox sevdiyi iki tutuquşunu yeməsindən sonra aşkar olunub.

3- Brıtanıyali Nil Dyuxart isə arvadını onun, üzərində məşhur futbolçularin avtoqrafı olan köynəyini yuduğuna görə boşayıb. Belə desək, onları futbol ayırıb.

4- Alman cütlüyün nigahı qısqanclıq səbəbindən pozulub. Sən demə ər, arvadının çox sevdiyi və müxtəlif yarışlarda çempion olan itinə qısqanaraq, xəlvətdə itə ziyanlı qidalar yedirdirmiş. Nəticədə it kökəlmiş və birdə yarışlarda iştirak edə bilməmişdir. Bunu öyrənən qadın, dərhal boşanma üçün ərizəyə imza atıb.

5- Italiyalı cütlük çox gözəl toy mərasimindən sonra, Parisdə keçirdikləri bal ayından qayıdan kimi boşanıblar. Səbəb isə, kişinin bal ayına öz anasını da aparması olub.

ARDI VAR...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri