“Azərbaycanlı qadınlar boşanmağa daha çox meyillidir” - Səbəbi isə...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 3 440
Səs ver:
(səs: 0)
2017-ci ildə Azərbaycanda da boşanmaların sayı 13 mindən çox olub.

2018-ci ilin ilk üç ayı ərzində isə ölkədə 3 min 556 boşanma faktı qeydə alınıb.
“Boşanmaq üçün müraciət edənlərin əksəriyyəti bu gün cavanlardır”.
Bu sözləri açıqlamasında hüquqşünas Tağı Hüseynov bildirib.
Onun sözlərinə görə, 10 ilə qədər ailə quranlar arasında boşanma halları daha çox baş verir:
“Boşanmaya səbəb kimi ən çox sosial şəbəkələr və ailələrin müdaxiləsi göstərilir. Əvvəllər deyilirdi ki, kasıbçılığın üstündə boşanma olur. Amma bu gün səbəbər tamam fərqlidir. Sosial şəbəkələr insanları ailədən soyudur. Az qala hər kəs sosial şəbəkədə özü üçün bir ailə qurur. Ona görə də, cütlüklər bir-birindən narazı qalmağa başlayır. Kişilər elə bilir ki, İnstaqramdakı qadın daha gözəldir. Cütlüklər arasında yaranmış soyuq münasibət sonradan boşanmalara gətirib çıxarır. Təkcə Azərbaycanda deyil, dünyada da boşanmaların əsas səbəbi kimi sosial şəbəkələr göstərilir. Bu gün kütləvi şəkildə virtual xəyanət var. Hardasa 50%-dan artıq. Yaxşı olardı ki, valideynlər öz övladlarını müdafiə etmək əvəzinə qarşı tərəfə haqq qazandırmaqla qızışdırcı mövqedən çəkinsinlər.
Boşanmaq üçün müraciət edənlər arasında ən az 6 ay evli olan cütlük olub. Boşanma səbəbi kimi xəyanət göstərilib. Açığı deyim, xanımların bəziləri xəyanəti qəbul edə bilmirlər. Amma anlamırlar ki, xəyanət etməyən kişi çox azdır. Yəni, onu heç tapa bilməzlər.
Boşanmaq üçün müraciət edənlər arasında ən yaşlı cütlükdə xanımın 60, kişinin isə 65 yaşı vardı. Bu, çox nadir hallarda olur. İnsanlarda bu gün açığı səbirsizlik çoxdur. Dözümsüzlük artdığı üçün insanlar bir-birinə səbrlə yanaşa bilmirlər.
Boşanmaq üçün bu gün vəkilə müraciət edənlərin əksəriyyəti xanımlardır. Azərbaycanlı qadınlar kişilərdən boşanmağa daha çox meyillidirlər".
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri