Seksdən yaxşı 20 şey

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1048
Paylaş:
Səs ver:
(səs: 1)
Sevgilin hər hansı bir səbəb olmadan sənə məktub yazır. Sadəcə, məni sevdiyinə görə? Necə də şirindir!

Xain burgerdən Həzz alma.
Evə gedərkən uzaqda işıqlanan M hərfini görürsən…
Bu halda nə edirsən?

“Əgər qalan vaxtı da daimi sağlam qidalanırsan və məşq rejiminə riayət edirsənsə, iki həftədə bir dəfə özünə burger kefi vermək olar”, – diyetoloq Hanan Saleh belə deyir. Xain burger: artıq diyetoloqlar tərəfindən təsdiqlənib.

Yatmaq
Təmiz, indicə quruducudan çıxmış və ya zivədən götürülmüş döşəkağıya baxmaq gözlərə zövq, qoxulamaq ləzzət, üzərində uzanmaq isə həzz verir. “Rahat yataq”, yumşaq yastıq və təmiz xırtıldayan döşəkağı birmənalı yuxunu daha zövqlü edə bilər”,

– Yuxu Terapiyası Klinikasının direktoru Brett Chamberlain belə deyir.

Dükanda Həm kreslo həm də jurnallar varsa.

Sənə təcili olaraq təzə ayaqqabı lazımdır, sevgilin isə dükandan tez qaçmaq istəyit.
Dayan görək, o küncdəki nədir? Rahat kreslo və bir topa jurnal?

Ay, alış-veriş ilahəsi, min şükür sənə
Məhz sənə lazım olan məqamda mürgüləmək.

“Biz yalnız yuxu çatışmazlığı olan halda yata bilirik. Bu, o deməkdir ki, sən mürgüyə ehtiyac duyursansa, deməli, kifayət qədər yatmamısan”,

– Chamberlain belə deyir.

Bu nə deməkdir? “İstədiyin an bir az mürgüləmək tam normaldır”.

Bu, əla xəbərdir…
Sənin sevmədiyin zəhlətökən işi sənin yerinə kimsə artıq görüb.

Sən bu işi çoxdan təxirə salırdın – bu gün Tualet Təmizləmə Günüdür. Hamamxanaya keçirsən, unitazın qapağını qaldırırsan və… kimsə artıq bu işi sənin yerinə görüb.

Xadimələrə eşq olsun!
Küçə ilə gedərkən yaraşıqlı oğlan səni başdan-ayağa süzür.

Budur, öz işlərin haqda fikirlərə qapanıb gedirsən, birdən Salam!.. Sən fikir vermədiyin şeylərə bu yaraşıqlı göz qoyur və bu SYŞ-dir (Seksdən Yaxşı Şey).

Almaq istədiyin əşya ilə kassaya yaxınlaşırsan və əlavə 25% endirim aldığını öyrənirsən. Axı bu necə ola bilər? Bu, gözəl, gülməli qiymətə olan yeni ayaqqabıya əlavə 25%?
OK – mən etiraz etmirəm!

Telefonunu yoxlayarkən aşkar edirsən ki, bəyəndiyin oğlan sənə mesaj yazıb.

Telefonu əlinə alırsan, budur, mesaj… Üzünə elə bir nurlu təbəssüm yayılır ki, onun işığı kosmosdan da görünür. Bu odur! Bu gün yaxşı gün olacaq.

Ad günü tortunu bir neçə saniyəyə udmaq.

Çünki o sənin olmasa da, adi tortlardan dəfələrlə dadlıdır.

Öz-özünə oyanmaq
Zəngli saatının çalmasına görə, qonşunun itinin hürməsi nəticəsində və ya bir adamın səhərlər oyanan ehtirasına görə deyil…
“Lazımi qədər keyfiyyətli yuxu sağlamlığa bir sıra müsbət təsirlər göstərir”,

– Chamberlain deyir. “Yaxşı yuxu immun sisteminin işində, metabolizm prosesində, yaddaş, təhlil və digər həyati vacib proseslərdə mühüm rol oynayır”.

Vəzifə artımı
İrəliləyiş kimi ruh yüksəldən bir şey ola bilməz. Və bu – düz tapdın – SYŞ-dir!

Şokoladın soyuqluq dərəcəsi əsl yeməli olanda.

“Şokoladı ağzında saxla və qoy o, yavaş-yavaş ərisin”, Saleh belə məsləhət görür. “Şokolad əsl ləzzəti bədən hərarətinlə eyni həddə çatanda verir”.

İlk dəfə süzüləndə şərab şüşəsindən gələn səs.

O, dərin, qızğın, az qala erotikdir… Elə bil, şərab deyir: “Ey! Salamlar! Səni görməyimə şadam. Əyyaşlıq etmək üçün mənə qoşulursan?”.
Biz bunu əla keçən axşamın saundtreki adlandırırıq.

Yaxşı saçlar günü
Lap pişiklər kimi, sən onlara fikir verməyəndə yavaşca sənə yaxınlaşırlar. Və onlar bunu edəndə… çox xoşuna gəlir! “Saçların nə qədər yaxşı görünürsə, bir o qədər özünü canlı hiss edirsən”,

– Rokk Ebony salonunun təmsilçisi, Schwarzkopf Hair Expo 2011 mükafatçısı saç ustası Joey Scandizzo belə deyir.

Kimsə sənin geyiminə kompliment yağdırır, sən isə onu outletdən aldığını deyirsən.

Naməlum şəxs: “Donun xoşuma gəlir! O, haradandır?”.
Sən: “Bu? Əslində, outletdəndir”.
Naməlum şəxs: “Zarafat edirsən?! O əynində bomba görünür…”.
Sən (hədsiz dərəcədə qənaətcil zövq qabilliyyətinlə öyünərək): “Hə, bilirəm, bilirəm”.
İdman zalında yorucu məşqlərdən sonra növbəti günün bədən ağrısı

Elə yaxşı ağrıyır ki! “Bu, gecikmiş əzələ hücumu ağrısı adlanır”,

– Firavan Həyat Nazirliyinin (min-istryofwellbeing.com) sahibi Blake Worral Thompson deyir. “Bu hiss əzələ fibralarında baş verən mikroskopik cırılmalara görə baş verir. Dəhşətli səslənir, lakin məhz beləcə sən əzələ qurur və metabolizmini işə salırsan”.

Kimsə saçlarını yuyur.
Ah, bu az qala orqazm qədər ləzzətlidir – və biz bundan əsl zövq alırıq. “Bu əla masajdır”,

– Scandizzo deyir. “Və deyilənə görə, çoxları salona məhz buna görə gəlirlər!”.

Kitabı oxuyub qurtaranda onu başlayıb əlini üz qabığına qoymaq.

Bu sənə özünü ağıllı hiss etdirir və sanki Keira Knightley ilə filmin iştirakçısına çevirir.

Kinoda burnun axanadək ağlamaq.

Acı hisslər (Notebook filmi) və ya gülməkdən (The Hangover) tökülən göz yaşların sənin doğrudan da əyləndiyinin əlamətidir. Emma Markezic

Əslində gülərkən sən sekslə məşğul olduğun zamandan fərqli olaraq daha çox kalori yandırırsan.

loading...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1048
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli olmadi

maraqli olmadi
29 iyun 2018 20:17
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Onun_Mələyi
Kiminsə saçlarımı yumasını sevmirəm))əsəbləşirəm hətta09
Yuxarıda sadalananların çoxunu sevmirəm desəm yalan olmazpff
Sitat: Aliyeva.
Her seyin oz yeri var. Insan her seyden biraz biraz hezz almali .

Mən sizinlə razı08

Təşəkkürlər...
29 iyun 2018 12:46
3
Men never remember, but women never forget.hmmm
(Kişilər xatırlamaz,ama QADINLAR heç vaxt unutmaz!
Offline
CANAN
Xebere gore tsk
29 iyun 2018 10:51
2
canan qizim sirin seker qizim.
Offline
Aliyeva.
Her seyin oz yeri var. Insan her seyden biraz biraz hezz almali .
29 iyun 2018 09:56
1
İyiler kaybetmez, kaybedilir!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri