Evliliyə hazır olduğunuzu necə anlaya bilərsiz?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 873
Səs ver:
(səs: 0)
Bir tərəfdən, evlənmək istəyir amma bir tərəfdən də izdivacla bağlı qayğılar yaşayırsınızsa, evlilik üçün bəzi məsələlərdə yetərli olub olmadığınızı başa düşməyiniz lazımdır. Bəs evliliyə hazır olduğunuzu necə anlayarsınız?

İzdivacla bağlı düşüncələr, hər zaman insanın istədiyi kimi getmir ola bilər. Əksinə, böyük fəlakətlər və xəyal qırıqlıqları ilə nəticələnər. Ənənənələr, adət, xarakter, təhsil və təhsilləri baxımından eyni xüsusiyyətləri almayan fərdlər evlənməyə qərar verəndə cütlərin həyatları çox pis bir hal ala bilər.

ADAMIN EVLİLİYƏ HAZIR OLMASI LAZIMDIR

Mütəxəssislər, evlilik yolunda olan insanların bir-birlərinə romantik mənada yaxşı gəlmələriylə yanaşı, iqtisadi tarazlıq qurmalarının da lazım olduğunu deyirlər. Bütün bu ehtiyaclar qarşılansa da fərdlərin evliliyə hazır olmaları üçün yetişkinlik yaşının tamamlanması olduqca əhəmiyyətlidir.

Dünya Səhiyyə Təşkilatı, yetişkinliyə keçid yaşını 25 olaraq müəyyənləşdirir. Şəxsiyyətin yerinə oturması və evliliyə dair öhdəliklərin götürülməsi üçün yetkinlik prosesinin bitməsi, həyata baxış, gözləntilərin nələr olduğu və üstünlüklər barədə fikirlərin qətiyyət qazanması lazımdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri