Yoldaşınızla danışın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 606
Səs ver:
(səs: 0)

 

Yoldaşınızla danışın

Evliliklər zaman içində əsnəməyə və yoldaşların bir-birinə qarşı əlaqəsinin azalmasına səbəb ola bilər. Bu problemlə baş etmək üçün tədbirlərinizi götürməlisiniz.

Çöldə yemək yeyən evli cütləri müşahidə edin. Bəzilərinin heç danışmadığını, yalnız yemək yediyini görərsiniz. Ünsiyyətləri tükənmişdir. Başqa yerlərə baxar, başqa şeylərlə əylənərlər.

Bəzi cütlər birlikdə yaşayarlar amma təkdirlər. Kimi içəridə televiziya seyr edərkən, digəri kompüterin başında oturar. Bir-birlərinin nə etdiklərindən xəbərsizdirlər. Gecə yuxusu gələn yatıb yatar. Digəri televiziya qarşısında kreslo üstündə yatırlar

Cütlər davamlı iç içə, dib dibə olmaq məcburiyyətində deyil. Tam tərsi, kəslərin fərdi zamanlarını qorumaları, əlaqələrinin sağlam gedə bilməsi üçün lazımlıdır. Ancaq mütləq birlikdə zaman keçirmək və bu keçirilən zamanı bir-birləriylə paylaşaraq yaşamaları lazımdır.

Axşam evə dönən cütlər, bütün gecə bir yerdə olmaq məcburiyyətində deyildirlər. İş səbəbiylə və ya başqa səbəblərdən ayrı vaxt keçirə bilərlər. Ancaq bütün bu ayrı qalma vəziyyətinə baxmayaraq, mütləq bir-birilərinə qısa da olsa bir az zaman ayırmaları lazımdır.

Bir-birilərini dinləyərək, danışaraq, yoldaşlarına konsentrə olaraq müəyyən bir müddəti birlikdə yaşamaları, evliliyin keyfiyyəti və dinc davam edə bilməsi üçün şərtdir.

Davamlı bir-birindən qopuq yaşayan cütlərin, evlilikləri bir dövr sonra sevgidən və əlaqədən məhrumlaşmağa, dialoqsuz və ruhsuz bir əlaqə halına çevrilməyə başlar.

Evlilik yalnız eyni evi paylaşmaq deyil. Bir həyatı paylaşmaq, çətinlikləri birlikdə aşmaq deməkdir. Bu yolda gedərkən, yoldaşınıza güvən və hörmət etməniz lazımdır. Bunu təmin edən təməl ünsürlərdən biri də, qarşılıqlı olaraq dürüstlük, açıqlıq və ünsiyyət qura bilməkdir.

Evliliyinizin sağlam və xoşbəxt getməsi üçün, qarşılıqlı olaraq ünsiyyətinizin davamlılığına və etibarlı bir əlaqə üçün birlikdə zaman keçirməyə əhəmiyyət verin.

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri