Evliliyin ilk addımı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 678
Səs ver:
(səs: 0)

Evliliyin ilk addımı

Ailə bir okeandır dibinə düşməyənə qədər yosununu görməzsən.

Nikah elə bir mürəkkəblə yazılır ki, o illər keçdikcə parlaqlığını daha da əsrarəngiz edir, əks halda onu silmək istəsən ləkələrin heç vaxt apara bilməzsən.

Ailə Nikahla başlayıb zaman ilə davam edib sevgi ilə bitər.

Hər bir gəncin arzusudur gəlin paltarı, bəy libası geyinib həyata yeni başlanğıc etmək üçün zamanla müqavilə bağlasın. Bu müqaviləyə bəzən asılılıq bəzən səadət rəmzi deyirik, çünki ailə quran insanların bir çoxu düşünürlər ki ailə qurduqdan sonra onlar kimdənsə asılı vəziyyətə düşürlər, cavanlığın sultanlığını artıq itirirlər, lakin bəziləri isə illərdi sevdiyi insana qovuşduğu üçün o günü həyatlarının səadət günü kimi qeyd edirlər. Ailə qurmaq sadəcə dəbdəbəli ziyafət zalının seçilməsi, bahalı gəlin, bəy geyimləri, gözəl makiyaj, saç düzümündən ibarət deyil, o dur ki, ailə qurarkən düşünməli və düzgün qərar verilməlidir.

Evliliyə imza atmış insanlar nikahın hər bir addımını əzbər bilirlər, lakin bilməyənlərə qısa bir xatırlatma edək.

Nikah müvafiq icra orqanı tərəfindən nikaha daxil olmaq istəyən insanların bu barədə verdikləri razılıq ərizəsindən 1 ay sonra hər iki şəxsin və şahidlərin iştirakı ilə bağlanır. Nikaha girərkən kişilər üçün yaş həddi 18, qadınlar üçün 17 yaş müəyyən olunub. Nikaha daxil olduqda hər iki şəxsin tibbi müayinəsi də tələb oluna bilər. Həmçinin nikah bağlayan insanların həyatlarında xoşa gəlməz hadisə baş verərsə nikah müddəti 1 ay daha artırıla bilər.

Bu hallar hər bir ailə qurmaq istəyən insanlar üçün önəmli olan və bilmələri gərəkli olan zərurətlərdir. Qurulan evliliyi oyuncaq deyil daimi yuva bilib ona sarılın. Evliliyi bir səltənət ocağı bilib onun istisinə isinmə diləyi ilə…

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri