Ailənizdə duyğusal uzaqlaşma hiss edirsinizsə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 718
Səs ver:
(səs: 0)
Əlaqənizdə sevginizdən başqa elementlər daha ön plana çıxmış və bundan bir sıxıntı duyursunuzsa,

Eyş-işrətdə qabarıq bir azalma varsa,

Mübarizənizdə boşanma sözləri də havada uçuşmağa başlayıbsa,

Artıq izdivacınız sevinc və həyat vermir bunun hətta tam əksini gətirirsə,

zünüzü daha inamsız hiss edirsinizsə,

Qısqanclıq və şübhələrinizdə artım varsa,

Artıq mübahisələrdə qarşılıqlı güzəştə getmirsiniz və mübahisələri nəzarət etməyiniz çətin olursa,

Həyat Yoldaşınız artıq sizə hədiyyə almır, ya da sizi xatırladığını etdirmirsə,

Artıq həyat yoldaşınızdan başqa, bəzi kişilərin çox daha yaxşı ər ola hissi artırmağa başlayıbsa

Bu on paslı maddənin yalnız birinin olması demək, ailənizin həyəcan təbili çaldığı mənasına gəlməz.

Hər bir maddəni 1 risk xalı kimi qəbul edin və çıxan xalı 10-a vurun, çıxan nəticə faiz cinsindən risk səsinizi verəcəkdir. 50 faizin üzərinə çıxan hallar artıq qabarıq mənada münasibətdə problem olduğunun göstəricisidir. Bu on riskli başlığı düzəltmək və dəyişmək mümkündür. Dəyişiklik həyatın qaçılmaz bir hissəsidir. Burada əhəmiyyətli olan dəyişikliyin istədiyiniz istiqamətdə olmasıdır.

Dünyanın ən qədim və möhkəm qurumlarından biridir evlilik. Əsrlər boyu dəyişən dünyamızda, qədim Romadan bəri qalan ən sağlam qurum demək də doğru olar. Qədim Romadan bəri deyirik, çünki bu gün ki mənada evliliyin təşkilati quruluşu o günlərdə müəyyən olunmuşdur. Əlbəttə, evlilik problemlərdən uzaq deyil.

Evlilik əslində bir-birindən fərqli iki insanın bölüşməyə başladığı yeni bir həyat dövrü kimi qiymətləndirilir. İnsan həyatındakı hər dəyişiklik stressə səbəb olur, ancaq evlilik kimi köklü dəyişikliklərin yeri daha bir fərqli olur. Belə düşünün mədəni olaraq ailə həyatı bir-birindən fərqli iki adamın eyni evi eyni zaman və məkanı bölüşməyə başlamaları həyatınızda nə qədər radikal bir dəyişiklikdir.

Hələ birdə həyat yoldaşınızla ərəfəsində tam tanış olduğunu düşünün. Bəlkə də hamı gözəl saatları bölüşdünüz və bir-birinizə göstərmək istədiyiniz üzünüzü göstərdiniz. Gülünəcək sevincli anları bölüşdünüz. Ancaq artıq evlisiniz və iki nəfərlik düşünmək məcburiyyətindəsiniz.

Bu halda özünüzü məhdudlaşdırmış kimi hiss etməyiniz çox təbiidir. Qarşı tərəfin də eyni hissləri bölüşdüyünü unutmayın. Bunu belə düşünəndə qarşılıqlı anlayışla bəzi problemlərin öhdəsindən gələ bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri