Evliliklə bağlı çevrədən eşidə biləcəyiniz yanlış düşüncələr

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 680
Səs ver:
(səs: 0)
Əvvəlcə həyəcan verici olduğunu düşünsək də evliliyə qərar vermək heç də asan deyil. Düzgün insanla həyatınızı birləşdirdiyinizdən əmin olsanız belə, bir çox problemlə qarşı-qarşıya qalmaq ehtimalınız var. Bu müddətdə ailənizdən başlayaraq bütün evli cütlüklər evlilik təcrübələrini sizinlə bölüşmək üçün can ata bilərlər. Ancaq bəzən bu tövsiyələri həyatınızda tətbiq etmək heç də yaxşı nəticələr verməyə bilər.

Evliliyə qərar verərkən evliliyinizin ilk illərində tez-tez eşidəcəyiniz məsləhətlərlə münasibətinizi yönləndirməyiniz xəta ola bilər. Bəzən çevrənizdən eşitdiyiniz tövsiyələrə qulaqlarınızı bağlamaq ən doğru qərardır. Çevrədəkilər tərəfindən yeni evlənəcəklərə ən çox edilən yanlış tövsiyələri sizin üçün sıraladıq:

“Uşaq evliliyin təməlidir”
Evləndiyiniz gündən etibarən ailələriniz başda olmaqla bütün çevrəniz sizdən nə zaman uşaq sahibi olacağınızı soruşa bilər. Eyni şəkildə uzun müddətdir evli olan insanlardan bir an öncə uşaq sahibi olmağın vacib olduğunu və bunun evliliyin təməli olduğunu tez-tez eşidə bilərsiniz. Ancaq erkən yaşda çevrənin təsiri ilə valideyn olmaq istəməyiniz doğru bir qərar olmaya bilər. Övlad sahibi olmağın evlilikdəki problemləri həll etmək, ya da münasibəti gücləndirmək üçün edilən bir şey olmadığını və sadəcə həqiqətən hazır olduğunuzda belə bir qərar verməli olduğunuzu unutmayın.

“Elə biri ilə evlən ki, o, səni daha çox sevsin”
Evlilik qərarı vermək mərhələsində xüsusilə qadınların çevrələrindən ən çox eşitdiyi məsləhətlərdən biri də “səni sənin onu sevdiyindən daha çox sevən biri ilə evlən” cümləsi olur. Əlbəttə, bunun arxasında özünü daha rahat hiss etmək və əl üstündə tutulmaq kimi istəklərin olması çox açıqdır. Ancaq sizi nə qədər sevərsə sevsin, yetərincə sevmədiyiniz biriylə xoşbəxt evlilik sürdürməyiniz çox çətindir.

“Sənə bənzəməyən biri ilə evlən”
Əks qütblərin bir-birini çəkməsi mövzusundan əlavə, bir-birlərinin çatışmayan cəhətlərini örtəcək insanların birlikdə olmasının yaxşı nəticə verəcəyi ilə bağlı inanclar var. Hər nə qədər başda doğru və hətta sizi tamamlayacaq birinin varlığı çox maraqlı gəlsə də, həyatınızı sizdən bu qədər fərqli biriylə keçirməyin çətinlikləri çox ola bilər. Evlənəcəyiniz şəxslə hər şeydən öncə çox yaxşı dost ola bilməlisiniz. Bunun üçün ortaq zövqləri və problemləri paylaşa bilmək çox önəmlidir.

“Onu xoşbəxt etsən, sən də xoşbəxt olarsan”
Əlbəttə ki, bütün münasibətlərdə qarşınızdakı insanı xoşbəxt edə bilməyiniz çox önəmlidir. Ancaq onun xoşbəxtliyini öz xoşbəxtliyinizin önünə qoymağınız, hətta öz xoşbəxtliyinizi tamamilə onun xoşbəxtliyinə bağlamağınız heç də məsləhət edildiyi kimi xoş nəticələr verməyə bilər. Hətta uzun müddətdə onun üçün bəzi şeylər etməkdən yorulmağınıza və bu səbəbdən də hər iki tərəfin üzülməyinə səbəb ola bilər. Bunun yerinə ilk öncə özünüzü xoşbəxt etmək üçün nələrsə etməlisiniz. Özü xoşbəxt olmayan birinin başqasını xoşbəxt etməsi isə elə də mümkün bir hal deyildir.

“Evlilikdə ən önəmli şey sevgidir”
Bir çoxlarının xəyalı romantik bir sevgi evliliyi olsa da, təəssüf ki, evlilikdə ən az sevgi qədər önəmli olan bir çox şey vardır. Həqiqətən sevdiyiniz biri ilə evlənməyiniz əlbəttə çox gözəldir, ancaq bəzən sevginin gözümüzü kor edə biləcəyini və yanlış qərarlar verməyimizə səbəb ola biləcəyini də düşünməlisiniz. Evlilikdə sevgidən daha çox hörmət, sədaqət, güvən kimi anlayışların ön planda olması həyəcan verici görünməsə də, daha sağlam bir evlilik qurmağınızı təmin edə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri