Boşanma haqqında 4 böyük yalan

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 353
Səs ver:
(səs: 0)
Boşanmaq hamı üçün çətindir. Ətrafdakılardan eşitdiklərimiz də bunu asanlaşdırmır. Boşanma qərarını daha da çətinləşdirən yalanları yazdıq.

Bu yaşdan sonra heç kəsi tapa bilməzsən

Boşanma dövründə ətrafdakılardan ən çox eşidilən şeylərdən biri bu yaşdan sonra özünüzə uyğun heç kəsi tapa bilməyəcəyinizdir. Amma sevgini tapmağın yaşı yoxdur. Xoşbəxtliyi tapmaq üçün gecikmək deyə bir şey yoxdur. Bir dəfə səhv etməyiniz bundan sonrası üçün dərs çıxarmağınıza, daha yaxşı qərarlar verə bilməyinizə və özünüz üçün daha yaxşı insanı tapmağınıza kömək edər.

Boşanmaq sənin uğursuz olduğunu göstərir
Bu, təkcə bir yalan deyil, eyni zamanda olduqca geniş yayılmış bir inancdır. Boşanmaq evlilikdə uğursuz olmağınızın bir əlaməti deyil. Hətta tam əksinə bir evliliyi bitirə bilmək sizin nə qədər cəsur olduğunuzu göstərən bir şeydir. Boşanmaq uğursuzluq deyil, həyatınızı özünüzün idarə etdiyinizin bir göstəricisidir.

Uşaqlar çox üzüləcəklər
Ayrılıq dövrü uşaqlar üçün asan deyil. Yenə də sevgi və dəstək ilə onları bu hala qarşı dözümlü edə bilərsiniz. Boşanmağınız uşaqlarınıza daha az vaxt ayıracağınızı göstərmir. Onlarla açıq danışmalı və hər şeyi dürüst şəkildə izah etməlisiniz. Heç kəs boşanmanın asan olduğunu demir, amma xoşbəxt olmadığınız bir evliliyi davam etdirmək də uşaqlarınız üçün yaxşı deyil.

Bundan sonra həmişə tək qalacaqsan
Bəli, bəlkə bir müddət tək qalacaqsınız, amma təklik həqiqətən bu qədər pis bir şeydirmi? Bir müddətdir evli idiniz və qəbul edək ki, artıq təkliklə bağlı bir fikriniz yoxdur. Amma bu da bizə yeridilmiş düşüncələrdən biridir. Təklik pisdir, amma öz seçiminiz deyilsə. Əgər bədbəxt və sizə zərər verən bir münasibətiniz varsa, tək qalmaq daha yaxşı variant ola bilər. Ən azı əlinizdə bir çox yeni həyat seçimi olar.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 353
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Sitat: Love Angel
Hamisi esitdiyim 4 boyuk yalandir. Azerbaycanda en cox usaqlarina gore valideynler bosanmirlar.

Sitat: Love Angel
Hamisi esitdiyim 4 boyuk yalandir. Azerbaycanda en cox usaqlarina gore valideynler bosanmirlar.

Tamamile raziyam
23 aprel 2019 16:26
4
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var
Offline
Love Angel
Hamisi esitdiyim 4 boyuk yalandir. Azerbaycanda en cox usaqlarina gore valideynler bosanmirlar.
23 aprel 2019 13:59
3
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
vipbetul
bosanma Allah heckime qismet etmesin
23 aprel 2019 10:50
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BakılıQız
Maraqli geldi mene
22 aprel 2019 23:27
1
Гулмек бир вирусдур, гулумсейин 30

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri