Evlənməzdən qabaq bunları mütləq edin!

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 638
Səs ver:
(səs: 0)
Evlilikdən qabaq tövsiyələrə ehtiyacınız varsa, çevrənizdəki insanlara deyil, mütəxəssislərə qulaq asın.

Evlilik həyatımız boyu verəcəyimiz ən vacib qərarlardan biridir. Bu qərarı gerçəkləşdirməzdən qabaq tam olaraq hazır olduğunuzdan əmin olmalısınız. Çevrənizdən bu barədə eşidəcəyiniz məsləhətlər bəzən doğru olmaya bilər. Hər münasibətin fərqli dinamikası var və başqalarının təcrübələrinin sizə tamamilə uyğun gəlməsini gözləməyin. Bu mövzuda fikir ala biləcəyiniz ən etibarlı mənbə evlilik mütəxəssisləridir. Evlənməzdən qabaq etməli olduqlarınıza bir mütəxəssisin gözündən baxın.

Doğru ünsiyyət qurmaq üçün birlikdə işləyin.
İkiniz də hisslərinizi dürüstcə və açıq şəkildə ifadə etməlisiniz. Bu, sağlam bir evliliyin olmazsa, olmazıdır. Çətin bir mövzunu müzakirə etmək lazım gəldikdə sağlam bir üzləşmə edə bilməlisiniz. Mübahisə zamanı əsəbinizi, narazılığınızı və narahatlığınızı doğru şəkildə ifadə etməyi və qarşı tərəfi özünü müdafiə etməyə məcbur qoymamağı öyrənməlisiniz. Günahlandırıcı ifadələrdən qaçmağı, köhnə mövzuları açmamağı bacarmamış sağlam bir evlilik etmək çətindir.

Ailə planlamasını müzakirə edin.
Uşaq sahibi olmaq kimi vacib məsələlərdə partnyorunuzla eyni fikirdə olduğunuzdan əminsinizmi? Övlad sahibi olmaq, neçə uşaq istədiyiniz və ya uşaq sahibi olduqda cütlüyün karyera vəziyyətinin nə olacağı mövzusunda mütləq danışmalısınız. Uşaq sahibi olmaq həyatınızı tamamilə dəyişdirəcək bir qərardır. Cütlük olaraq bunun fərqində olmalısınız. Bu mövzuda çıxa biləcək problemlərin öhdəsindən birlikdə gələ biləcəyinizdən əmin olmalısınız.

Çatışmayan cəhətlərinizi qəbul edin.
Heç birimiz möhtəşəm deyilik. Bir çoxumuzun ətrafında xoşbəxt bir evliliyin necə olacağı ilə bağlı örnək götürəcəyimiz insanlar yoxdur. Elə isə partnyorumuzun çatışmayan cəhətlərini qəbul etməli, daha yaxşı olması üçün onu dəstəkləməliyik. Əlbəttə eyni hərəkəti qarşı tərəf də etməlidir. Sağlam bir evliliyin olmazsa, olmazlarından biri də elə budur.

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 638
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli melumat oldu
2 mart 2019 09:47
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 mart 2019 17:10
4
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
Tomris Müslümova
Çatismayan cehetim

- Beli, mende möhtesem, ideal insan deyilem. Xarakterime söz dedizdirmerem ancaq xasiyyetce özümünde sevmediyim crhetlerim var. Amma özüm sevib, seçib evleniremse eminem ki, bas cixartmaga çalisacam. Gedib heç kimle qoz qoz oynuyub üzü tüpürcekli olasi deyilem...
1 mart 2019 17:05
3
Mənim olan bu heart səni çox sevir!!!
Offline
Cema_Axodova
Bizden kecib subay qizlarimiz oxusun
1 mart 2019 00:22
2
p.s
Offline
❤Ə❤CANAN❤G❤
Xeber ucun tsk.
28 fevral 2019 23:44
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri