Evlilikdə xoşbəxt olmamağın səbəbləri nələrdir?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 148
Səs ver:
(səs: 0)
Xoşbəxt olmayan evliliklər hal-hazırda keçmişlə müqayisədə daha çoxdur. Cütlüklərin evləndikdən sonra bədbəxtliyə uğraması həm həyat keyfiyyətlərinin aşağı düşməsinə səbəb olur, həm də uşaqların gələcəkdə müxtəlif psixoloji problemlərə sahib olmasına gətirib çıxarır.

Xüsusilə evli cütlüklərin çox uzun müddət sevgililik dövrü yaşaması və ya tam əksi çox qısa müddətdə tanış olub tez evlənməsi bədbəxt evliliyin ən böyük səbəbkarlarındandır.

Uzunmüddətli münasibətlərdən sonra alınan evlilik qərarı sevgi və xoşbəxtlikdən çox o insana öyrəşmək və başqa bir insan ilə münasibət yaşamaqdan qorxmaq səbəbilə baş verir. Eyni şəkildə çox qısa bir müddət əvvəl tanış olmuş cütlüklər də yanlış qərar verirlər.

Bundan əlavə tərəflərin evlilikdən sonra həyat tərzlərini böyük ölçüdə dəyişdirməsi, fərqli xarakterlərə sahib olmaları və ya qarşı tərəfə qarşı laqeydlik göstəmələri yaşanan ən böyük problemlərdəndir.

Maddi məsuliyyətlər isə xüsusilə kişilərin üzərindəki iş yükünün artmasına və evə iş gətirməkdən başlamaqla qarşı tərəflə vaxt keçirmək istəməməyə qədər müxtəlif problemlərə səbəb olur. Evlilikdən əvvəl ailəsi ilə birlikdə yaşayan və hər hansı maddi məsuliyyət altına girmə təcrübəsi olmayan bir çox kişi evlilikdə bu yükdən yorulmağa başlayır. Həmin stressi isə evliliklərinə və həyat yoldaşlarına əks etdirməyə başlayırlar.

Qadınlarda isə uşaq sahibi olmağın evliliklərdəki problemlərə səbəb ola biləcəyi müşahidə edilir. Davamlı olaraq həyatlarının mərkəzinə uşaqlarını qoyan qadınların həyat yoldaşlarına diqqəti azala bilir. Bunun nəticəsində yaranan ünsiyyət azlığı bir-birindən uzaqlaşmağa yol açaraq evliliklərin sonunu gətirir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri