Evliliyinizi qoruyub saxlamaq üçün bir neçə tövsiyyə

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 291
Səs ver:
(səs: 1)
Adətən,bir neçə illik evlilikdən sonra qadın yoldaşından əminlik hiss edib rahatlaşır.Özünə qarşı əvvəlki kimi tələbkar olmur.Görkəminə bir o qədər əhəmiyyət vermir,ümumiyyətlə,sevgilisi üçün adiləşir.Bu mövqe ilə qadın çox böyük səhvə yol verə bilər.Həyat kişilər üçün döyüş meydanıdır – sevgilisinin məhəbbətini qazanmaq isə onun üçün əlçatmaz qələbə olmalıdır.Onlar hər zaman sizin sevginizi,rəğbətinizi,hörmətinizi qazanmağa çalışmalıdırlar.Hər gün,hər zaman o,bir addım öz məqsədində irəli getməlidir.Amma əgər yoldaşınız hiss etsəki,artıq sizə qalib gəlib,o,dərhal özünə başqa bir hədəf axtaracaq.Buna isə yol vermək olmaz.

Son qərar qəbul etmək şansını kişilərə verin.Qonaqlıqda,evdən kənar yerlərdə zəkalı qadın hamıya göstərməlidir ki,onun yoldaşı ağıllıdır,hökmlüdür,əsl ailə başçısıdır.Kişilər üstün olduqlarını həmişə hiss etməlidirlər,hətta belə olmadıqda qadın daim bu barədə düşünməlidir,şübhəsiz,əgər ailəsinin möhkəm olmağını istəyirsə.Halbuki, məlumdur ki,güclü ailəni – güclü qadın idarə edir və hər bir dahi kişinin arxasında müdrik qadın durur!

Tənqiddən uzaq olun.Bu mərhələdə qadın əsl bacarıqlarını nümayiş etdirməlidir.Xoş sözlə,düzgün hərəkətləri tərifləməklə - mənfi cəhətləri qismən aradan qaldırmaq mümkündür.Tənqid,iradlar yalnız yoldaşınızı qıcıqlandıra bilər.Ehtiyyatlı olun!Eviniz rahat və səliqəli olsun.Ağır,çətin iş günündən sonra hər bir kişi rahat,sakit,onu sevən insanlar olan evə qayıtmaq istəyir.Çalışın onun bu tələbatlarını ödəyin.Axı bu çox asan üsuldur,xüsusən,sevən qadın üçün!Öz maraqlarınızı unutmayın.Bəzi qadınlar evlilik zamanı yalnız yoldaşlarının maraqları ilə yaşayırlar.Özlərini unudur,ikinci plana çəkirlər.Bu nəinki qadını,hətta bütün ailəni uçuruma apara bilər.Çünki hər bir insanın uzun müddət səbrli,dözümlü,hövsələli olması sonda əsəbliliklə,psixolojı travmalarla nəticələnir.Ailə qurbangah deyil! Hər bir ailə üzvü şəxsiyyətdir,hər birinin maraqları,məqsədləri olmalıdır.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri