Bir qadın evlilikdə nə istəyər ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 542
Səs ver:
(səs: 0)
Bir qadın evlilikdə nə istəyər ?
Cəmiyyətimizdə yaxşı həyat yoldaşı həmişə maraq mövzusu olmuşdur.
Ümumiyyətlə İnsanların istəkləri sərhədsizdir əslində. Lakin mən bunu məqbul və məntiqli bir şəkildə, bildiklərimə əsaslanaraq maddələr halında izah edəcəyəm. Əlbəttə bu davranışlar qarşılıqlı olmalıdır. Evlilik fədakarlıq istəyən bir təşkilatdır.
Bir qadın evlilikdə nə istəyər ?
1.Hər şeydən əvvəl sevgi, hörmət, istilik gözləyər. Təkcə davranışlar kifayət deyil. Davranışları tamamlayan sözlər əhəmiyyətlidir qadınlar üçün. Təbii ki bu davranışlar qarşılıqlı olmalıdır.
2.Ərinin qapıdan içəri girər girməz, hər zaman qaşqabaqlı olması qadının sevmədiyi bir haldır.Əlbəttə insanın zamanı zamanına uyğun gəlməz. Çox sıx və stressli günün ardından, bunu ifadəsinə əks etdirə bilər. Lakin bu hər gün eyni şəkildədirsə artıq qadın bezəcək. İşləyən qadın üçün də kişi üçün də, ev xanımları üçün də bu eyni mövzü və nəticə ola bilər . Bunu anlayışla qarşılamaq lazımdır. Amma bu hər gün davam edə bilməz.
3.Bişirdiyi yeməkləri tərifləmək, "çox dadlı hazırlamısan" deyilməsini gözləyər. Lakin ər bunu deməyi unutdusa dünyanın sonu olmamalıdır.Qadın əri tərəfindən, onün üçün çox dəyərli olduğunu hiss etmək istər. Qadını ən çox xoşbəxt edən məhz bu davranışdır. Sevildiyini, dəyər verildiyini anlayan qadın, həqiqətən fədakardır.
4.Ərinin güclü olduğunu hiss etmək istər. Bunu maddiyyat mənasında demirəm. Bu tamam ayrı bir mövzudur. Hər şeydən əvvəl güvən istər. Bir qadın hər anlamda nə qədər güclü olsa olsun, həyat yoldaşının verəcəyi stimul ona ayrı bir rahatlıq gətirir.Odur ki, unutmayın, qadın nə qədər qürurlu olsa da hər anında həyat yoldaşının varlığını hiss etmək istər.
Bir qadın evlilikdə nə istəyər ?
5.Ərinin hərdənbir olsa də, ev işlərində ona kömək etməsini istər. Çünki ev işləri bir vərdişdir və hər gün təkrarlanan ev işləri qadını depresiyaya sala bilər. Ona görə də yoldaşının bu mövzuda mümkün olduğu qədər ona köməkçi olmasını gözləyər.
6.Uşaqlar mövzusunda yoldaşının köməyini gözləyər. Uşaqların təhsili,ehtiyacları bir məsuliyyətdir. Qadın bu mövzuda tək olmamalıdır.
7.Ərinin səliqəli olmasını istər.Darmadağın, hər şeyi bir tərəfə atmaq, tör-töküntü qadına hörmətsizlikdir. "İşinin gücüün adı nədir ?? yığsın da " deyən kişilərində sayı az deyil. Halbuki öz şəxsi əşyalarını öz toplamalı, yoldaşına heç olmasa bu mövzuda köməkçi olmalıdır.
8.
Qadın sohbet etmək istər... Bu qadın üçün çox əhəmiyyətlidir.

Çox ailələrdə axşam işlər bitdikdən sonra hər kəs bir tərəfə çəkilir, qadın tv izləyir ya ütü çəkir, əri qəzet oxuyur və ya erkən yatır.Bax ünsiyyətsizliyin qaynağı buradan başlayır.Amma yaxşı olar ki,gündəlik baş verənlər birlikdə müzakirə edilsin.Bəzən keçmişin şirin xatirələrinə də nəzər salmaq qadın və kişi arasında sevginin ətrini təzələyir.Sevgi bağlarınızı gücləndirin ki, birlikdə həyatla mübarizəniz asan olsun. Xanımlarıınıza qarşı soyuqqanlı olmayın bəylər !
Çünki sizin onunla söhbət etmək istəyiniz onu fərəhləndirir və özünü sizin üçün maraqlı biri hesab etməyə başlayır.
Bir qadın evlilikdə nə istəyər ?
9.Qadın,kişiyə nisbətlə daha incədir, daha kövrəkdir, daha romantikdir. Ona qul kimi davrandığınız təqdirdə, o inciyəcək. Həmişə bu şəkildə davranıldığı təqdirdə isə o dəyişəcək. O zaman siz onun ürəyindəki yerinizi itirəcəksiniz. Və inanın ki, bunu yenidən qazanmaq asan olmayacaq.Heç olmasa hərdənbir ona hədiyyələr alın. Xüsusi günlərinizi unutmamağa çalışın.
Ümumiyyətlə kişilər unutqandır
Lakin mümkün olduğunca qarşılıqlı olaraq unutmamağa çalışın.
10.Evlilikdə " bir qadın nə gözləyər, nə istər" deyə ayrı-seçkilik etmək istəmirəm əslində. Hər iki tərəfin istəklərini nəzərə almaq lazımdır. Əhəmiyyətli olan bir-birinə qarşılıqlı diqqət göstərməkdir.
Bu gün mən gələcəyin bir qadını olaraq, "qadın nə istər "mövzusuna müraciət etdim.
Əslində bu mövzumla bir növ bəylərimizə yardım etməkdir məqsədim.
Unutmayın - qadın pişik kimidir.Sığal çəkdikcə sizə yaxınlaşacaq. Əsla qadının yaddaşında nifrət yaradan xatirələr buraxmayın.Yığılar, yığılar, sonra əsla onun üçün əvvəlki şəhanə mövqeyinizdə dayana bilməzsininz və bir birinizə məcburmuş kimi yaşayarsınız.
Və son olaraq...Qadının kaprizi ilə nazını ayırmağı bacarın.
Əyər bunu bacarsanız siz qibtə ediləcək bir həyat yoldaşı olacaqsınız.
A.Cavadzadə

Redakte etdi: PRETTY GİRL
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri