Foto və Video çəkilişi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 396
Paylaş:
Səs ver:
(səs: 1)
Hər insan həyatında bir dəfə evlənməyi və xoşbəxt olmağı arzulayır. O gözəl və əhəmiyyətli günün xatirəsinə ömür boyu baxdıqca xoş anları xatırlatan rəsim və video lent yazılarının qeydə alınması toy, nişan və şənliklər üçün çox vacibdir.

Bunun üçün müəyyən hazırlıqları daha əvvəlcədən görmək lazımdır. İnanın ki, daha əvvəl danışıb vaxt təyin etdiyiniz bir foto studiya sizin verdiyiniz ən gözəl qərarlardan olacaqdır.

Nikah mərasimindən və ya toy saatından 1-2 saat əvvəl daha əvvəlcədən seçdiyiniz və keyfiyyətindən əmin olduğunuz foto studiyaya gedib profesyonal tərzdə gözəl xatirə şəkilləri çəkdirə bilərsiniz. Hətta bəzi şadlıq evlərinin bu növ xidmətləri də mövcuddur. Sizə məsləhətimiz, toydan əvvəl gedib şadlıq evinin fotoqrafı ilə oturub danışın ki, sonradan sizə sürpriz və əsla qiymətcə dəyməyən albüm verməsinlər.

Yaxşı olardı ki, müəyyən limit təyin edəsiniz. Məs. Sizi sadəcə 50 şəkildən ibarət album düzəldməklə kifayətlənsin və sonra qonaqları çəksin. Eyni zamanda dijital variantını (cd və ya digər vasitələrdə) tələb etməyi unudmayın. Bundan əlavə toy və ya nişan boyunca sizin razılaşdığınız fotoqraf çox sayda şəkillər çəksin. Toydan sonra bu şəkillərə baxıb ürəyiniz istəyəni çap edib istədiyiniz kimi gözəl album hazırlaya bilərsiniz.

Qeyri profesyonal çəkilişlərə gəldikdə isə artıq rəqəmsal fotoaparatlarla, hətta telefonlarda belə yüksək keyfiyyətli şəkillər çəkildiyi üçün qonaqlar tərəfindən çəkmək istəyənlərlə olduqca çox şəkil çəkdirin. Hətta hər addım başı sizinlə şəkil çəkdirməyə gələnlərə etiraz etməyin. Vaxt gələcək ən kiçik anın belə xatirəsi çox dəyərli olacaqdır. Ən böyük tövsiyələrimizdən biri də əsla çəkdirdiyiniz şəkilləri silməyin. Hər şey təbii olsun. Sağ sola baxarkən, gözlər bağlı ikən və yaxşı görünməyən tərzdəki şəkilləri belə silməyin. Bunun əhəmiyyətini bir neçə illər keçdikdən sonra anlayacaqsınız.

Əyər ki, bu gözəl gününüzü çox daha yaxşı yaddaşlara həkk etdirmək istərsəniz, video operatorla yanaşı bir fotoqraf da sizin toy, nişan və nigah mərasimi boyunca sizə xəbər vermədən (təbii hallarda) çox şəkillər çəksin. Elən anlar olsun ki, Siz hətta fotoqrafı unudun. O yoxmuş kimi davranın.. Belə olduqda onun çəkəcəyi şəkillər daha təbii və xoş təsürat yaracadaqdır.

Eynilə yuxarıda vurğuladığımız kimi çəkiliş zamanı sizə çox pis düşmüş kimi görünən şəkillər daha sonra çox xoş təsir bağışlaya biləcəkdir.

Toyun videosun çəkilişini isə profesyonallara tapşırmağınız məsləhətdir. Adətən şadlıq evlərində dəfələrcə istifadə olunmuş köhnə video kasetlərlə çəkilən və sonradan necə olduğu müəyyən olmayan montajlar çox böyük peşmançılıq yaratmaqdadır. Yaxşı olardı ki, bu nüansı danışasınız və hətta toy büdcənizə yerləşdirə bilərsəniz Dvcam çəkilişlərdən və xüsusi kranlardan istifadə edə bilərsiniz.

Hətta ssenari çərçivəsində gözəl bir film hazırlattırıb daha sonra DVD halına gətirəcəyiniz toy xatirənizi gələcəkdə uşaqlarınıza ərmağan edəbilərsiniz.

loading...
Загрузка...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 396
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
tebikide profesyonal insana demek lazimdir cekilosi
11 yanvar 2019 09:23
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
fiyonik
Menim anamin dayisi oglu profesional fotoaparatcidi. Sekillerini gormusem cox gozeldi.
11 yanvar 2019 06:50
3
Nothing not forever!
Offline
BARBI
Mence profesional insanin cekmesi daha dogrudur.Hem qusursuz hem de gozel olar
11 yanvar 2019 05:39
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Cema_Axodova
Profsionallara tapwirmaq mencede duzgundu
10 yanvar 2019 23:45
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri