Dəvətnamə seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 458
Səs ver:
(səs: 0)
Toyun ən vacib məqamından biri də dəvətnamə seçimidir. Dəvətnamənin kiçik bir element olduğunu düşünürsünüzsə səhv edirsiniz. Kiçik element hesab etdiyiniz bu dəvətnamə vasitəsilə toy və səbəbkarlar haqda kifayət qədər təsəvvür yaratmaq olar.

Hazırkı dövrdə dəvətnamələr yüksək keyfiyyətli kağızlardan hazırlanır və onlar klassik dəvətnamələrdən həm dizayn, həm də keyfiyyət baxımından çox fərqlənir.

Dəvətnamələri hazırlarkən hər şeyi dəqiq nəzərə alsanız daha yaxşı görünüş əldə edə bilərsiniz. Məsələn dizayn zamanı əl çiçəyinizi, gəlin paltarının üzərindəki naxışları (güllər varsa onları), toy keçirilən məkanın xüsusiyyətləri, tortun üzərindəki naxış, bəzəkləri, rəngləri və naxışları nəzərə alsanız dəvətnaməniz daha gözəl olacaq. Amma dəvətnaməni də seçməmişdən qabaq büdcənizə uyğun seçim etməyi unutmayın. Həmçinin nəzərə alın ki, uzaqda yaşayan qohum ya dostlarınız varsa, onlara ilk olaraq dəvətnamələri göndərməlisiniz. Bu səbəbdən məsləhətdir ki, toyun dəvətnamələrini ən az 2 həftə əvvəlcədən paylayıb qurtarmış olun.

Dəvətnamənin üzərindəki yazılara gəldikdə isə bunu özünüz əl ilə yazmasanız daha yaxşı olar, çünki diyircəkli qələmlə yazmaq elə də məsləhət deyil. Yazı ya ucu qalın qələmlə yazılmalıdır, ya da ən optimal variant olaraq dəvətnaməni əldə etdiyiniz şirkətdə xüsusi metodla yazılmalıdır (lazer printer və ya ofset çap).

Digər məqamlardan biri isə dəvət olunan qonaqların siyahısının tutulmasıdır. Toy qabağı çox qarışıqlıq olduğundan və sonra peşman olmamaq üçün bu işi təqribən 1 ay əvvəlcədən başlamaq lazımdır, çünki bəzi dost, qohumlarınızı unuda bilərsiz.

Dəvətnamələrinizi eyni zamanda internet vasitəsi ilə də dostlarınıza göndərə bilərsiniz. Toydan sonra isə internetdə foto qalereya yaradaraq bütün dostlarınıza təşəkkür emaili göndərə bilər və qalereyanızdakı xatirə rəsimlərini təqdim edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 458
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri