Tibbi müayinə

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1 856
Səs ver:
(səs: 0)
Toydan qabaq görülən bütün işlərlə yanaşı, həm xanımın, həm də bəyin müəyyən tibbi müayinəsi həyatı və sağlamlığı baxımından çox vacibdir. Məhz bunu nəzərə alaraq, sizə hansı növ müayinələrin olduğunu və həkim məsləhəti ilə hansından keçmək lazım olduğunu bildirəcəyik. Bütün bu müayinələrə sizi terapevt yönləndirməlidir. Ona görə də terapevtə müraciət etməlisiniz.

Kişilər üçün nəzərdə tutulmuş müayinələr aşağıdakılardır:
Talassemiya
Qan qrupu, rezus faktor
Cinsi əlaqə ilə keçən xəstəliklər QİÇS,(SPİD), hepatit B,C (5%hallarda ), kandidoz (göbələk),xlamidioz, ureoplazmoz, mikoplazmoz, herpes, sifilis, qonoreya, papilomavirus və s.
Spermoqramma
Genetik xəstəliklər (şizofreniya və s.)

Qadınlar üçün müayinələr:
Talassemiya
Qan qrupu, rezus faktor
Cinsi əlaqə ilə keçən xəstəliklər (yuxarıda qeyd olunanlar)
Toksoplazmoz, sitomeqalovirus və s.
Ağciyərlərin ümumi rentgen müayinəsi
Qadın cinsiyyət orqanlarının ultrasəs müayinəsi
Genetik xəstəliklər

Yuxarıda göstərilən bəzi xəstəliklər haqqında sizə məlumat verəcəyik.

Talassemiya xəstəliyi: genetik keçən bir xəstəlik olub, valideynlərindən uşaqlara keçir. Valideynlər isə ya özləri xəstə olurlar ya da daşıyıcı olurlar. Oğlanlar və qızlar eyni dərəcədə xəstələnirlər. Ən çox yayılmış forması isə b (betta) talassemiyadır.

Bu ən çox cənubi və dənizkənarı ölkələrdə yayılmışdır. Sözün kökü də yunan sözü olan “thalassa” sözündən götürülüb, “dəniz” deməkdir. Keçmiş SSSR ərazisində isə ən çox Azərbaycanda yayılmışdır.

Xəstəlik hemoqlobinin (qanın tərkib hissəsi) tərkib hissəsi olan qlobinin tam ya hissəvi çatmazlığı nəticəsində meydana çıxır.

Əlamətlər isə xəstəliyin dərəcəsinə görə dəyişir. Hətta elə xəstələr var ki, onlar da ümumiyyətlə xəstəlik heç bir əlamətlə özünü göstərmir və bu ötürülmüş gendən asılıdır.

İlk əlamətləri isə uşağın birinci ilinin sonunda və ikinci ilinin əvvəlində meydana çıxır. Dəri və selikli qişalar saralmış olur və boğunuq, torpaq rənginə çalır. Uşaqlar tez-tez xəstələnirlər və inkişafdan geri qalırlar. Qarın isə qaraciyər və dalağın böyüməsi hesabına böyüyə bilər. Bəzən isə öd daşı xəstəliyi qoşulur. Sidiyin rəngi qırmızı-qəhvəyi rəngə çalır. Sümüklərdə isə xüsusilə, kəllə sümüyündə məhz talassemiyaya məxsus dəyişikliklər baş verə bilər, o cümlədən, patoloji (travma yox, xəstəlik nəticəsində) sınıqlar da baş verə bilər.

Müalicəsi isə qan köçürülməsi, dalağın apmutasiyası (çıxardılması) və sümük iliyinin köçürülməsi vasitəsilə aparılır.

Toksoplazmoz: bu xəstəliklə dünyada yoluxanların sayı 1milyarddan artıqdır.

Toksoplazmoz heyvan xəstəliyi kimi 80 il, insan xəstəliyi kimi 50 ildən artıq tanınır. Bu zoonoz infeksiya kimi 3 yolla yoluxur: ət məmulatları, bitki, bətndaxili. Bu xəstəlik ən çox yaxşı bişirilməmiş ət və ət məhsullarından istifadə edən insanlarda rast gəlinir.

Qan qrupu və rezus faktor: ilk növbədə nəzərə alın ki, qan qrupu və rezus faktorun yoxlanması vacibdir (bəzi insanlar hətta şəxsiyyət vəsiqəsində qan qrupu və rezus faktor olduğu halda buna diqqət yetirmirlər).

Rezus faktor qanda olan xüsusi antigendir (aqllütinogen). İlk dəfə 1940-cı ildə makak meymunlarının qanında xüsusi antigen şəklində tapılıb, nəsildən nəsilə ötürülür.

Yer üzərində əhalinin 80% də rezus müsbətdir (Rhpozitiv). Bəzi insanlar rezus mənfi dedikdə qorxulu bir xəstəlik başa düşürlər. Əslində isə qanın rezus mənfi olması qanköçürmədə və hamiləlik zamanı xüsusiyyət əhəmiyyət kəsb edir, həmçinin yeni doğulmuşlarda isə ana ilə uşaq arasında qan qrupu, rezus uyğunsuzluğu nəticəsində hemolitik xəstəlik meydana çıxmasına ya da, ümumiyyətlə hamiləliyin düşüklə nəticələnməsinə səbəb ola bilir.

Bu faktor da irsi ötürülür. Mayalanma zamanı spermatozoidlə yumurta hüceyrənin birləşməsi baş verir. Hər bir hüceyrə isə özündə həmin nəslin genlərini daşıyır. Və bu genlər vasitəsilə gözün rəngi, qulaqların forması, digər əlamətlər o cümlədən, rezus faktor və qan qrupu ötürülür.

Rezus amilinin sonsuzluğun etiologiyasında və qanköçürmədə böyük əhəmiyyəti var. Rezus amili mənfi olan hamilə qadınla onun bətnindəki rezus müsbət döl arasında hamiləliyin 7-8 həftəsindən başlayaraq rezus konflikt baş verir. Yəni ananın qanında döldəki rezus amilinə qarşı rezus – antitellər əmələ gəlir. Belə qazanılmış immunizasiya hamilə qadınların 0.8% də təsadüf etsələr də onların 28-35% də uşaqsalma olur. Yerdə qalan hamilələr içərisində isə ölü doğuma halları artır. Antitellərin zəif titri olduqda uşaq diri doğulsa da ona hemolitik xəstəlik inkişaf edir.

İstər qanköçürmə, istərsə də hamiləlik zamanı baş verən immunizasiya hallarında rezus antitellərin əmələ gəlməsində insan orqanizmin reaktivliyinin ,allergik vəziyyətin olub-olmamasından, rezus amilin daxil olma sayının ,antigenin təkrar daxili olmalarında intervalın və digər amillərin böyük əhəmiyyəti var.

Bütün ailə qurmağa hazırlanan gənclərimizin mütləq həkim müayinəsindən keçməsinin vacibliyini vurğulayır, sağlam həyat arzulayırıq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri